Məhkəmə qərarları › İş №2(010)-3727/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3727/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3727/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X20 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-9857/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Mədətova Tamara Abdulla qızı, X5, İddiaçı, X16, X4 və X9 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə ümumilikdə cəmi 7635,62 ABŞ dolları məbləğində borc pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qətnaməsi ilə cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9857/17 saylı, 01 dekabr 2017-ci il tarixli qətnaməsinin cavabdeh X7 bankın xeyrinə borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın həmin cavabdehə aid hissədə təmin edilməməsi, qətnamənin cavabdeh Ə.Həsənovun apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9857/2017 saylı, 01 dekabr 2017-ci il tarixli qətnaməsinin cavabdeh Mədətova Tamara Abdulla qızına aid hissədə ləğv edilməsi və ona münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(103)- 3940/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X5, İddiaçı, X4 və X9 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 5882,1 ABŞ dolları məbləğində əsas kredit borcu, 1703,52 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 7635,62 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir.

5. "xxxx" QSC tərəfindən Suraxanı rayon İcra və Probasiya şöbəsinə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, cavabdehin borc öhdəliyi Azərbaycan Respublikası Prezidenti X22 ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il il tarixli Fərmanından irəli gələn, verilməsi nəzərdə tutulan kompensasiya siyahısına daxil edilməmiş və hər hansı bir güzəşt məbləği hesablanmamışdır. Cavabdeh Ağayev X17 Radiotezliklər İdarəsindən əmək haqqı alır. Odur ki, borcun ödənişinin təmin etmək məqsədilə icra tədbirlərini davam etdirərək “İcra haqqında” qanunun 24.1.1-ci maddəsinə müvafiq olaraq əlavə tədbirlərin görülməsi və borcun cavabdehin əmək haqqına yönəldilməsinin təmin edilməsi xahiş edilmişdir.

6. Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən Dövlət Radiotezliklər İdarəsinə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı icra sənədinə əsasən borclu İddiaçı əmək haqqından tələbkar ‘‘Access Bank’’ QSC-nin xeyrinə tutulacaq 7635,62 ABŞ dolları pul vəsaitinin borclunun əmək haqqından 20% miqdarında tutulması xahiş edilmişdir.

7. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Radiotezliklər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində Radiotezliklərin qeydiyyatı və uçotu şöbəsində xx.xx.2007-ci il tarixdən hal-hazıradək mühəndis vəzifəsində işləyir. 2019-cu ilin oktyabr ayından bugünədək xx.xx.2018-ci il tarixli, 2(103)- 3940/2018 saylı məhkəmə qərarına əsasən 9632,41 manat məbləğində pul vəsaiti əməkhaqqından tutularaq "xxxx"ın hesabına ödənilmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 39, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə 1/8 hissədə Cavabdeh (qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2017-ci il), 7/8 hissədə X2 (qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2017-ci il) adına qeydiyyata alınmışdır.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1872/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X19 və X3 qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölüşdürülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1056/2023 saylı qətnaməsi ilə cavabdeh X1 5250 manat məbləğində kompensasiya tutularaq iddiaçı Cavabdeh ödənilməklə, iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzil üzərindəki 1/8 hissədə payının cavabdeh X2 xeyrinə ayrılması, ödənilmiş 72,5 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2/2021 saylı qətnaməsi ilə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və mərhum Mədətova Tamara Abdulla qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı və X7 müştərək qaydada, digər cavabdehlərdən onların mirasdakı paylarına mütənasib şəkildə - Cavabdeh Göyaş qızından (1/8), X13 (7/8) olmaqla, cəmi 7458,77 manat məbləğində əsas borc, 30,40 manat məbləğində dövlət rüsumu və bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Suraxanı rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(010)-2/2021 saylı məhkəmə əmrinə əsasən borclu İddiaçı, X16, Cavabdeh və X13 müştərək qaydada cəmi 7458,77 manat borc pul vəsaiti və 30,40 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Zərurət aradan qalxdığından icra sənədi üzrə borclu Cavabdeh əmək haqqından tələbkar banka tutulmasının dayandırılması xahiş edilmişdir.

13. Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən verilən arayışın surətindən görünür ki, Cavabdeh məhkəmə qərarına əsasən 2021-ci ilin dekabr və 2022-ci il yanvar-aprel aylarında əmək haqqından 914,91 manat məbləğində pul vəsaiti tutulmuşdur.

İddia tələbi.

14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qətnaməsinə əsasən "xxxx" QSC-yə ödədiyi 9632,41 manat məbləğində pul vəsaitinin 1/8 hissəsi, yəni 1204 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" QSC cavabdehlər Mədətova Tamara Abdulla qızı, X6, İddiaçı, X16, X4, X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan iddiaçının xeyrinə müştərək qaydada 5882,1 ABŞ dolları məbləğində əsas kredit borcu, 1703,52 ABŞ dollar məbləğində faiz borcu və 588,21 ABŞ dollar məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8173,83 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 9857/2017 saylı qətnaməsi iə iddia qismən təmin edilmiş, cavabdehlər Mədətova Tamara Abdulla qızı, X5, İddiaçı, X16, X4 və X8 iddiaçının xeyrinə müştərək qaydada 5882,1 ABŞ dolları məbləğində əsas kredit borcu, 1703,52 ABŞ dollar məbləğində faiz borcu və 50 ABŞ dollar məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7635,62 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh X16 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsində iş üzrə araşdırma aparılan zaman cavabdeh Mədətova Tamara Abdulla qızının ölməsi müəyyən edilmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qərardadı ilə Mədətova Tamara Abdulla qızına münasibətdə iş üzrə icraata xitam verilmiş, həmin tarixli qətnamə ilə isə X10 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-9857/2017 saylı qətnaməsi dəyişdirilmiş, ona münasibətdə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və həmin qətnaməyə əsasən ondan 9632,41 manat məbləğində pul vəsaiti tutulmuşdur. O, "xxxx" QSC ilə Mədətova Tamara Abdulla qızı arasında bağlanmış kredit müqaviləsi üzrə Mədətova Tamara Abdulla qızının öhdəliklərinə zamin durmuş, bu səbəbdən bir zamin kimi onun banka ödədiyi pul vəsaitini Mədətova Tamara Abdulla qızından tələb etmək hüququ yaranmışdır. Lakin "xxxx" QSC ilə Mədətova Tamara Abdulla qızı arasında kredit müqaviləsi bağlandıqdan və "xxxx" QSC tərəfindən Mədətova Tamara Abdulla qızına kredit verildikdən sonra Mədətova Tamara Abdulla qızı xx.xx.2014-cü il tarixdə vəfat etmiş, Mədətova Tamara Abdulla qızının vərəsəsi oğlu X18 müəyyən edilmişdir. X18 şəhadətnamə verilən miras əmlakı vərəsəliyə qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2015-ci il tarixdə vəfat etmiş, Mədətova Tamara Abdulla qızının ünvan 7 ünvanında qeydiyyatda olan gəlini Cavabdeh mərhum Mədətova Tamara Abdulla qızına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsindəki (4/5 məhəllə) 39 saylı evin yaşayış sahəsi 28.81 m2 olan 2 otaqlı 5 nömrəli şəxsi mənzilindən 1/8 hissədə irs almışdır. Beləliklə də, əsas borclu Mədətova Tamara Abdulla qızı öldükdən sonra ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzilin 1/8 hissəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh, 7/8 hissəsi isə xx.xx.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Belə olduqda isə o, əsas borclu Mədətova Tamara Abdulla qızına qarşı olan tələb hüququnu onun vərəsələrinə onlara keçmiş mirasın həcmi dəyərində irəli sürə bilər. Cavabdehin miras paydan əldə etdiyi əmlak miras payın 1/8 hissəsini təşkil edir və o, həmin paya görə məhkəmə qətnaməsinə əsasən digər vərəsədən 5250 manat məbləğində kompensasiya almışdır. Yəni Cavabdeh Mədətova Tamara Abdulla qızından almış olduğu mirasın həcmi 5250 manat məblğindədir və onun da həmin məbləğdə iddia irəli sürmək hüququ var. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qətnaməsinə əsasən Mədətova Tamara Abdulla qızının "xxxx" QSC-yə olan borcuna görə onun əmək haqqından 9632,41 manat məbləğində pul vəsaiti tutulduğundan o, həmin pul vəsaitinin 1/8 hissəsini, yəni 1204 manat məbləğində hissəsini Cavabdeh tələb edə bilər. Yəni Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zamin kimi "xxxx" QSC-nin həmin öhdəlik üzrə hüquqları onun kreditorun tələbini ödədiyi həcmdə ona keçmişdir. O, "xxxx" QSC-nin əsas borclulara qarşı olan tələbi 9632,41 manat həcmdə icra etdiyinə görə, onun həmin məbləğdə pul vəsaitini əsas borclulardan tələb etmək hüququ yaranmışdır. Tərəflərin izahatları.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, Tamara Mədətovanın borcu üzrə "xxxx" onu vərəsə kimi cəlb etmiş və ondan pul tutulması barədə qətnamə çıxarılmışdır. Tamara Mədətovanın "xxxx" ASC-yə borcu olması barədə heç bir məlumatı olmayıb. Hazırda həmin iş üzrə bir neçə zamin vardır. Elə çıxır ki, hər dəfə bir zamin olan şəxs onu məhkəməyə verəcək. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1153. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1313. Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

21. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Tamara Mədətova arasında bağlanmış kredit müqaviləsinə əsasən ona kredit xətti açılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 9857/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Mədətova Tamara Abdulla qızı, X5, İddiaçı, X16, X4 və X9 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə ümumilikdə, cəmi 7635,62 ABŞ dolları məbləğində borc pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qətnaməsi ilə cavabdeh Ə.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9857/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin cavabdeh Ə.Həsənovdan bankın xeyrinə borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın həmin cavabdehə aid hissədə təmin edilməməsi, qətnamənin qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin eyni tarixli qərardadı ilə həmçinin, Tamara Mədətova xx.xx.2014-cü il tarixdə öldüyü üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin cavabdeh Abdulla qızına aid hissədə ləğv edilməsi və ona münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

22. İddiaçı "xxxx" QSC ilə Tamara Mədətova arasında bağlanmış kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşımışdır və 9632,41 manat məbləğində pul vəsaiti onun əmək haqqından tutularaq "xxxx" QSC-nin hesabına ödənilmişdir.

23. Tamara Mədətova xx.xx.2014-cü il tarixdə ölmüş, ondan miras qalmış əmlak Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzilin 1/8 hissəsi Cavabdeh, 7/8 hissəsi Təranə Mədətovanın adlarına qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1056/2023 saylı qətnaməsi ilə cavabdeh X1 5250 manat məbləğində kompensasiya tutularaq iddiaçı Cavabdeh ödənilməklə, iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzil üzərindəki 1/8 hissədə payının cavabdeh X2 xeyrinə ayrılması qət edilmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 dekabr 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər.

25. Beləliklə, müəyyən olundu ki, Cavabdeh miras əmlakdan 1/8 hissədə pay almışdır və ona qalan miras əmlakı 5250 manat dəyərindədir. Həmçinin,Tamara Mədətova ilə Bank "xxxx"ASC rasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh məhkəmə qərarına əsasən onun miras payına mütənasib şəkildə, əmək haqqından 914,91 manat pul tutulmuşdur.

26. Göründüyü kimi, iddiaçının hazırkı tələbi qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından mərhum Tamara Mədətovanın şəxsi xarakter daşıyan və yalnız ona məxsus olan əmlak hüquqları olmayıb, öldüyü məqamədək malik olduğu və tələb etmək hüququnun mövcud olduğu əmlak hüququ olduğundan, Tamara Mədətovanın kredit öhdəliyini zamin, yəni hazırki iş üzrə iddiaçı tərəfindən icra edilməsi işin materialları ilə təsdiq olunduğundan, hazırkı iş üzrə cavavbdeh mərhum Tamara Mədətovanın vərəsəsi olduğundan məhkəmə hesab edir ki, iddiaçı kreditora ödənilmiş məbləği cavabdehdən miras əmlakın ona keçdiyi həcmdə tələb etməkdə haqlıdır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilir ki, “...Kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

28. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

29. ... Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər.

30. ... Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.”

31. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 aprel 2023-cü il tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.

32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmə xərcləri.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

35. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. 1204 (min iki yüz dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar