Məhkəmə qərarları › İş №2(010)-3765/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3765/2021

25.06.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3765/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 itkin düşməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-478/2020 saylı 10 fevral 2020-ci il tarixli qərardadı ilə Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılmışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlunun itkin düşdüyünü, Dubayda axtarılması üçün Bakıdan gedən nümayəndələr ilə onun da getməsinin planlaşdırıldığını, lakin COVİD-19 pandemiyası ilə bağlı səfərlərinin baş tutmadığını bildirmiş və qeyd etdiklərinə əsasən iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. İş üzrə icraat təzələnərək məhkəmə baxışı iclası 25 iyun 2021-ci il tarixə, saat 12:50yə təyin edilmişdir. 16.06.2021-ci il tarixdə SMS bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə məlumat verilməsinə baxmayaraq, ərizəçi göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəməyə gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyindən, ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar