Məhkəmə qərarları › İş №2(010)-377/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-377/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-377/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı xeyrinə 3150 manat əsas borcun, 1000 (bir min) manat vurulmuş zərərin, cəmi 4150 (dörd min bir yüz əlli) manat pulun, həmçinin 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumunun tutulması. İddia tələbinin dəlliləri xx.xx.2018-ci il tarixli podrat müqaviləsinə əsasən, bir tərəfdən Sahibkar Cavabdeh, digər tərəfdən İddiaçı Zülfiqar qızı arasında X5 ərazisində 0,025 ha torpaq sahəsində ümumi sahəsi 72 kv/m olan fərdi yaşayış evinin podmayak tikintisinə dair müqavilə və müqaviləyə 1 saylı Əlavə (Görülən işlər) bağlanmışdır. Müqavilənin 1.3. və 2.2. maddəsinə əsasən Podratçı tikinti işlərini Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətdə, vaxtında və müvafiq qanunvericiliyə uyğun şəkildə yerinə yetirməlidir. Müqavilənin 3.1.-ci maddəsinə əsasən, Sifarişçi hazırki müqavilənin 1.2. maddəsində göstərilmiş işlər üçün 46200 (qırx altı min iki yüz) manat nağd və kredit yolu ilə ödəniləcəkdir. Ödəniş kredit cədvəlində göstəriləcəkdir, (ödəniş cədvəli əlavə olunur) Sifarişçi müqavilədən irəli gələn öhdəlikləri vaxtında yerinə yetirərək Podratçıya Ödəniş cədvəlinə uyğun şəkildə 13990 manat məbləğində ödəniş etmişdir. Buna baxmayaraq, Podratçı müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirməmiş, buna görə də tərəflər razılaşmışlar ki, Podratçı Sifarişçinin ödədiyi məbləği geri ödəsin, lakin ödənişlər tam şəkildə aparılmamışdır. Bununla bağlı cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günə qədər borcun ödənilməsi təmin edilməmişdir. Hazırda cavabdehin borcu 3150 manat təşkil edir, lakin borcun vaxtında qaytarılmadığına görə Sifarişçiyə maddi ziyan vurmuş, bu ziyanın məbləği 1000 (bir min) manat təşkil edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlçrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2018-ci il tarixdə bağlanmış podrat müqaviləsindən görünür ki, "Podratçı" Cavabdeh ilə "Sifarişçi" İddiaçı arasında podrat müqaviləsinə əsasən "Podratçı" Cavabdeh "Sifarişçi" İddiaçı aid olan Abşeron rayonu, X5 ərazisində 0,025 ha torpaq sahəsində ümumi sahəsi 72 kv.m olan fərdi yaşayış evinin podmayak tikintisini öhdəsinə götürmüşdür. Tikintidə görülən işlər “Görülən işlər “siyahısında göstəriləcək. “Podratçı” qarşılıqlı razılaşmaya əsasən “Sifarişçi”nin sifarişi ilə əvvəlcədən yerinə yetirələcək işin haqqını bu müqaviləyə əsasən müəyyən edir. Hər iki tərəf yerinə yetirələcək (görüləcək) işlərin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra “Podratçı” bu müqavilədə müəyyən olunmuş müddətə işləri kefiyyətli yerinə yetirib “Sifarişçi”yə təhvil verməyi, “Sifarişçi” isə müqavilədə göstərilən məbləği “Podratçf’ya ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, İddiaçı ödəniş cədvəlində göstərilən məbləği 42 ay müddətinə 900 manatdan aşağı olmamaq şərti ilə bağlanmalıdır. xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, xx.xx.2018-ci il tarixində sufarişçi İddiaçı Zülfıqar qızı X1 arasında bağlanmış müqaviləyə əsasən sifarişçi İddiaçı Zülfıqar qızı umumi məbləğ olan 38.300 (otuz səkkiz min üç yüz) manatdan 13.990 (on üç min doqquz yüz doxsan) manat ödəmişdir. Qalıq borc 10.190 manat geri qaytarılması razılaşmasını öz imzalarıyla təstiqləyirlər. Aylıq ödəniş minumum ***-**** manat arası podratçı tərəfindən ödəniləcəkdir. İddiaçı xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlandığı pretenziya məktubundan görünür ki, podratçı Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilmiş pulun qalığı olan 3150 manat pulun xx.xx.2024-cü il tarixədək geri qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşin faktiki halları Məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə podrat müqaviləsi imzalanmış və iddiaçı həmin müqavilə üzrə Cavabdeh İddiaçı aid olan Abşeron rayonu, X5 ərazisində 0,025 ha torpaq sahəsində ümumi sahəsi 72 kv.m olan fərdi yaşayış evinin podmayak tikintisini öhdəsinə götürmüşdür. İddiaçı podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq 13990 (on üç doqquz yüz doxsan) manat məbləğində ödəniş etmişdir. Lakin Cavabdeh podrat müqaviləsindən irəli gələn öhdəliklərini tam yerinə yetirməmişdir. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən sifarişçi İddiaçı podratçı Cavabdeh arasında razılaşma əldə olunmuş və İddiaçı ümumi məbləğ olan 38.300 (otuz şəkkiz min üç yüz) manatdan 13.990 (on üç min doqquz yüz doxsan) manat ödəmişdir. Qalıq borc 10.190 (on min yüz doxsan) manatın geri qaytarılması barədə razılaşmanı hər ayın 23-ü aylıq ödənişi minimum ***-**** manat olmaqla öz imzaları ilə təsdiqləyirlər. Hazırda iddiaçı xx.xx.2018-ci il tarixli Podrat Müqaviləsi üzrə ödənilməyən 3150 manat əsas borcun, 1000 (bir min) manat vurulmuş zərərin, cəmi 4150 (dörd min bir yüz əlli) manat pulun, həmçinin 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumunun tutulmasını Cavabdehdan alınaraq iddiaçıya ödənilməsini xahiş edir.

Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib, hesab edir ki ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında podrat münasibətləri olmuş və iddia üzrə cavabdeh tərəfindən iddiaçının sifarişi əsasında tikinti işlərinin aparılması barədə razılaşdırılmışdır. Əldə edilmiş razılıq əsasında iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş kimi cəmi 13990 manat məbləğində ödəniş edilmiş, qarşılığında cavabdeh tərəfindən tikinti işləri aparılmışdır. Lakin, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə vaxtından əvvəl xitam verilmiş və cavabdeh iddiaçı tərəfindən ödənilmiş podrat haqqını iddiaçıya geri qaytarmağa razılıq vermişdir. Cavabdeh həmin razılaşmaya əsasən 10190 (on min yüz doxsan) manat məbləğində pulu geri qaytarmağa öhdəsinə götürmüşdür. Lakin bu dəfə də cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi şəkidə yerinə yetirməmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, sonuncu dəfə cavabdeh tərəfindən 2024-cü ilin fevral ayında 200 manat ödəniş edilmiş və bundan sonra cavabdehin iddiaçıya 3150 manat məbləğində ödəniş etmək öhdəliyi qalmışdır. Məhkəmə hesab edir ki, tələb bu hissədə əsaslıdır. Eyni zamanda hazırki tələbdə iddiaçı cavabdehin ona qaytarmalı olduğu pul vəsaitini özündə qanunsuz saxlamaqla ona ziyan vurulduğunu bildirir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin maddi normasının tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilimiş məbləğə görə illik 5 faizin ödənilməsini tələb edə bildiyi üçün iddia qeyd olunan hissədə əsaslıdır və məhkəmə tələb olunan 1000 manat məbləğində pul vəsaitini cavabdehdən tutulmasını ağılabatan hesab edir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh qaytarılmalı olan podrat haqqına görə 3150 (üç min yüz əlli) manat, podrat haqqının qaytarılmasının gecikdirilməsinə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 62 (altmış iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Əsgər oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə qaytarılmalı olan podrat haqqına görə 3150 (üç min yüz əlli) manat, podrat haqqının qaytarılmasının gecikdirilməsinə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar