Məhkəmə qərarları › İş №2(010)-3779/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3779/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3779/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 noyabr 2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş “kredit (borc) müqaviləsi” üzrə yaranmış 6 000 (altı min manat) manat pulun, 3600 (üç mün altı yüz manat) manat cərimə məbləğinin və 116 (yüz on altı manat) manat dövlət rüsmünün tutularaq ona ödənilməsi, onunla Cavabdeh arasında 12 noyabr 2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş (reyestrdə, 3M-427 nömrə ilə qeyd edilmiş) “kredit (borc) müqaviləsi”-nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 12 noyabr 2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş (reyestrdə, 3M-427 nömrə ilə qeyd edilmiş) “kredit (borc) müqaviləsi” imzalanmışdır. Sözügedən “kredit (borc) müqaviləsi”nə əsasən həmin müqavilə üzrə “borc alan” Cavabdeh 6 000 (altı min) manat pulu 12 dekabr 2021 -ci il tarixinədək qaytarmaq şərti ilə faizsiz olaraq borc almışdır. Lakin “borc alan” müqavilə üzrə öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yaranmış mübahisənin, daha dəqiq desək “borc verən”in pozulmuş hüququnun bərpasının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında həll edilməsini qərara almışdır. Eyni zamanda, sözügedən borc müqaviləsində öhdəliyin gecikdirilməsinə görə cərimə nəzərədə tutulmuşdur. Belə ki, müqavilənin 3-cü bəndinə əsasən tərəflər borcun faizsiz verilməsini şərtləşdirilər. Lakin "Borc alan" əgər 1 (bir) ay müddətində 6000 manatı ödəməsə hər gecikdirilən ay üçün həmin məbləğin 10 faizi miqdarında cərimə (peniya) ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən 6 aydır ki, borc müqaviləsi üzrə öhdəliyi gecikdirilir. Hazırda cərimə məbləği 3600 manat təşkil edir. AR Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, pretenziya qaydasına riayət edilərək 02 iyul 2022-ci il tarixində Cavabdeh bildirişxəbərdarlıq göndərilmişdir. Sözügedən bildirişdə 5 təqvim günü müddətində 6 000 manat pulun və cərimə məbləğinin tam şəkildə ödənilməsi tələb edilmişdir. Pretenziya məktubu 15 iyul 2022-ci il tarixində cavabdehə çatmasına baxmayaraq, bu günədək cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Müxtəlif bəhanələr gətirərək öhdəliyini icra etməkdən qəsdən yayınır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış on iki noyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 6000 manat məbləğində pul borc verir. Borc alan krediti xx.xx.2021 tarixədək qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər, lakin borc alan 1 ay müddətində 6000 manatı ödəməzsə, hər gecikdirilən ay üçün həmin məbləğin 10 faizi miqdarında cərimə (peniya) ödəməyi öhdəsinə götürür. - xx.xx.2022-ci i tarixli pretenziyadan görünür ki, Cavabdeh borc məbləği qaytarılmadığı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında notarial qaydada kredit müqaviləsi bağlanmış, müqaviləyə görə iddiaçı cavabdehə bir ay müddətinə qaytarmaq şərti ilə borc pul vermişdir. İddiaçının tələbinin əsaslandırması ondan ibarətdir ki, həmin müddət keçmiş, lakin borclu pulu geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 6 000 (altı min manat) manat borc verilmiş pul vəsatinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə hesab edir ki, iddia tələbi 3600 (üç mün altı yüz manat) manat cərimə məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə arasında bağlanmış kredit müqaviləsinin 3-cü bəndinə əsaslanaraq cavabdehdən dəbbə pulu tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 466.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 3600 (üç mün altı yüz manat) manat dəbbə məbləği əsas borca münasibətdə mütənasib olmadığından azaldılmalı və 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında 12 noyabr 2021-ci il tarixində notarial qaydada bağlanmış kredit (borc) müqaviləsinin ləğv edilməsi hissəsində əsassızdır. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında kredit (borc) müqaviləsi 12 noyabr 2021-ci il tarixində 1 ay müddətinə bağlanmış və 12 dekabr 2021-ci il tarixdə qüvvədən düşmüşdür. Belə olan halda iddia tələbinin bu hissədə təmin edilməsinə zərurət qalmamışdır. Çünki, müqavilənin qüvvədə olma müddəti bitmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət 116 manat dövlət rüsumunun 85 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 noyabr 2021-ci il tarixli "kredit (borc) müqaviləsi" üzrə yaranmış 6000 manat əsas borc və 500 manat cərimə borcu tutularaq İddiaçı İsrəfı̇ l oğluna ödənilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət 116 manat dövlət rüsumunun 85 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin müvafiq madddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12 noyabr 2021-ci il tarixli "kredit (borc) müqaviləsi" üzrə yaranmış 6000 manat əsas borc və 500 manat cərimə borcu tutularaq İddiaçı İsrəfı̇ l oğluna ödənilsin. İş üzrə ödənilmiş 116 manat dövlət rüsumunun 85 manat hissəsi Cavabdeh tutularaq İddiaçı İsrəfı̇ l oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar