Məhkəmə qərarları › İş №2(010)-378/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-378/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-378/2022 18.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Dı̇ lman oğlunun iştirakı ilə, İddiaçı Dı̇ lman oğlunun Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsindəki 9 saylı evin 27-ci mənzilinə açılmış dəlik nəticəsində vurulmuş 1000 (min) manat məbləğində maddi ziyanın Cavabdeh tutularaq İddiaçı Dı̇ lman oğlunun xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsindəki 9 saylı evin 27-ci mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh onun üst qonşusudur, o, 4-cü mərtəbədə, cavabdeh isə 5-ci mərtəbədə yaşayır. Cavabdeh onun mənzilini 2020-ci ildən etibarən bir çox problemlər ilə narahat edir. O, dəfələrlə həmin xanıma xəbərdarlıq etsə də, o buna məhəl qoymamışdır. O, tək nəinki onunla bütün qonşularla problem yaşamışdır. Hətta öz qapı qonşusunu ona təcavüz etməkdə təqsirləndirmiş və buna görə məhkəməyə müraciət etmişdir. Şahid qismində onun atası X1, anası Nümayəndə göstərmişdir. Mülkiyyət onun olsa da həmin ünvanda onun valideynləri yaşayır. Onlar həmin məsələ ilə bağlı məhkəmədə şahid qismində Cavabdeh iddiasının yalan olduğunu bildirmişlər. Həmin gündən etibarən cavabdeh onunla konflikt yaratmağa başlamış, iddiaçının mənzildə bir çox yerdə xoşa gəlməyən deşiklər açmışdır. Bununla bağlı bir çox sübutlar vardır. Dəfələrlə cavabdehə müraciət etsə də, o guya bundan xəbərsiz olduğunu və hətta onu iddiaçının etdiyini bildirmişdir. 104 saylı MKİ-nin sahə nəzarətçilərini də bu işlə bağlı baxışa dəvət etdik. Onlara cavabında isə cavabdeh törətdiyi əməllə bağlı heç bir əsaslı səbəb göstərmədi. xx.xx.2021 -ci il tarixdə açılmış deşiklə bağlı şikayət ərizəsinə baxış zamanı 104 saylı MKİS-in əməkdaşları tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə tavan hissəsini dələrək təxminən 08-lik 3 ədəd deşik açmışdır. İddiaçının mülkiyyət hüququnu pozan qonşu onun mənzilinə dəyən maddi ziyanı ödəməlidir. İddiaçının mənzilinə təmir tikinti mütəxəsissləri baxış keçirən zaman ona dəymiş ziyanı 1000 (min) manat məbləğində qiymətləndirmişlər. Tərəflərin izahatları İddiaçı Dı̇ lman oğlu iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməcinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 9 mənzil 27 xüsusi mülkiyyət hüququ ilə İddiaçı Dı̇ lman oğlunun adına ********** saylı xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 104 saylı MKİS-nin sahə nəzarətçiləri Tural Rəhimov, İbadulla Əhmədov, Ələkbər Əliyev, dalandar Ələmşah Məmmədov, H.Quliyev küçəsi, ev 9 mənzil 27-nin sakini Nümayəndə həmin aktı ondan ötrü tərtib etdilər ki, Suraxanı rayon Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi 9 saylı binanın 27-ci mənzilində yaşayan Nümayəndə xx.xx.2021-ci il tarixdə yazmış olduğu şikayət ərizəsinə əsasən onun yaşadığı mənzilinə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, həqiqətən mənzil 29-da yaşayan Cavabdeh mənzil 27-nin tavan hissəsini dələrək təxminən 08-lik 3 ədəd deşik açmışdır, mənzil 29-un sakini Cavabdeh ilə görüş keçirilmiş və onunla bu qanunsuz əməli ilə bağlı izahat aparıldı, qarşılığında törətdiyi əmələ heç bir səbəb demədi. Mənzilində apardığı təmirlə əlaqədər pilləkənə qoyduğu zibilləri də yığışdırmaq haqqında məlumat verildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/441 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 27 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 29 saylı mənzilin isə binanın 5-ci mərtəbəsində yerləşdiyini, 27 saylı mənzilin yaşayış otağı tikilisinin tavanında 02 (iki) ədəd təxmini 1-2 sm diametrində dəliklərin olduğunu və qüsurlar əmələ gəldiyini, həmin qüsurların tavanda açılmış dəliklər səbəbindən yarandığını, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşəndə 9 saylı evin 27 saylı mənzilinin tavanında həmin mənzilin üst mərtəbəsində yerləşən 29 saylı mənzilinin döşəməsində aparılmış işlər zamanı dəliklər açıldığı və nəticədə 27 saylı mənzilin yaşayış otağı tikilisinin tavanına ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşəndə 9 saylı evin 27 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 707,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3338 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşəndə 9 saylı evin 27 saylı mənzilin tavanında açılmış dəliklər nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 707,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə müəyyən edir kii, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşəndə 9 saylı evin 27 saylı mənzilin mülkiyyətçisi İddiaçı Dı̇ lman oğludur. Məhkəmə həmçinin müəyyən edir ki, Həsənalıyeva (Fərziyeva) Mətanət Gülağa qızı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşəndə 9 saylı evin 29 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə ekspert rəyini mötəbər sübut hesab etməklə müəyyən edir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşəndə 9 saylı evin 27 saylı mənzilinin tavanında həmin mənzilin üst mərtəbəsində yerləşən 29 saylı mənzilin döşəməsində aparılmış işlər zamanı dəliklər açılmış və nəticədə 27 saylı mənzilin yaşayış otağı tikilisinin tavanına ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının əmlakına vurulmuş maddi zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna əsasən məhkəmə hesab edir ki, cavabdeh Həsənalıyeva (Fərziyeva) Mətanət Gülağa qızı tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli və son nəticədə ondan 707,00 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Həsənalıyeva (Fərziyeva) Mətanət Gülağa qızından vurulmuş maddi ziyana görə 707 (yeddi yüz yeddi) manat məbləğində vəsait tutularaq İddiaçı Dı̇ lman oğluna ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə müəyyən edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində vəsait cavabdeh Həsənalıyeva (Fərziyeva) Mətanət Gülağa qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Həsənalıyeva (Fərziyeva) Mətanət Gülağa qızından vurulmuş maddi ziyana görə 707 (yeddi yüz yeddi) manat məbləğində vəsait tutularaq İddiaçı Dı̇ lman oğlunun xeyrinə tutulsun. İddia qalan hissəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh Həsənalıyeva (Fərziyeva) Mətanət Gülağa qızından alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar