Məhkəmə qərarları › İş №2(010)-3782/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3782/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3782/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X8 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 20352,90 (iyirmi min üç yüz əlli iki ABŞ dolları, doxsan sent) ABŞ dolları, faiz borcu üzrə 6109,27 (altı min yüz doqquz ABŞ dolları, iyirmi yeddi sent) ABŞ dolları olmaqla, cəmi üzrə 26462,17 (iyirmi altı min dörd yüz altımış iki ABŞ dolları, on yeddi sent) ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 224,96 (iki yüz iyirmi dörd manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh qızma dair sənədlər S-AVK 1680 saylı, 13 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin ilə cavabdeh Teymurova Ay gül Natiq qızı arasında nəqliyyat vasitəsinin alınması məqsədilə xx.xx-2013-cü il tarixdə, № 01315 Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 33670,00 (otuz üç min altı yüz yetmiş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan’hn ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 20 352,90 (iyirmi min üç yüz əlli iki ABŞ dolları, doxsan sent) ABŞ dolları, faiz borcu üzrə 6109,27 (altı min yüz doqquz ABŞ dolları, iyirmi yeddi sent) ABŞ dolları olmaqla, cəmi üzrə 26 462,17 (iyirmi altı min dörd yüz altımış iki ABŞ dolları, on yeddi sent) ABŞ dolları məbləğində təşkil edir. Məhkəmənin nəzərinə çatdırırıq ki, Cavabdeh qeyd olunan öhdəliyi vaxtında icra etmədiyi üçün İddiaçı QSC-nin adından çıxış edən “ X6 Edilməsi Agentliyi” tərəfindən 01 fevral 2019-cu ildə Yasamal rayon Məhkəməsinə müraciət olunmuş və iddia tələbi Yasamal rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(004)-2070/2019 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Yasamal rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(004)- 2070/2019 saylı qətnaməsindən narazı qalan Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2946/2021 saylı qərardadı ilə Yasamal rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(004)- 2070/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5978/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka premetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmənin qərardadı ilə iddiaçı iddia ərizəsini verərkən dövlət rüsumunun ödənilməsinə dair sənəd təqdim etsə belə, bu növ iddialar üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləğindən az ödənildiyi qeyd edilmişdir. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddia müddətini ötürməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh qarşı irəli sürülmüş iddia tələbinin əsassızdır. Belə ki, müqavilə xx.xx-2013-cü il tarixdə 60 ay müddətinə bağlanmış və müqavilənin qüvvədə olma müddəti xx.xx.2018 - ci il tarixdə bitməsinə bu illər ərzində məhkəməyə müraciət olunmamışdır. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il nəzərdə tutulduğundan iddiaçı iddia müddətini də buraxmışdır. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 21 noyabr 2013-cü il tarixli 01315 №-li Kredit Müqaviləsindən görünür ki, borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 33670,00 (otuz üç min altı yüz yetmiş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, Cavabdehnun Banka 21 noyabr 2013-cü il tarixli Kredit müqaviləsi üzrə 20352.90 ABŞ dolları əsas borcu və 6109.27 ABŞ dolları məbləğində faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 01315 №-li Kredit Müqaviləsi ilə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və "xxxx" ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin yarandığı vaxtdan 36 aydan çox vaxt keçdikdən sonra müraciət etmiş, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli Kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 36 aydan artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etiraz etməsi ilə bağlı iddiaçının nümayəndəsinin dəlillərini məhkəmə əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh qarşı hazırki iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə buna səlahiyyəti olan hazırki iddiaçı – İddiaçı Qapalı Səhmdar Cəmiyyəti deyil, “X6 Edilməsi Agentliyi” MMC müraciət etdiyindən həmin iş üzrə qəbul olunmuş qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra isə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsi üzrə dövlət rüsumu ödənilmədiyindən məhkəmənin 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürülməyərək geri qaytarılmışdır. Bu hal isə ona dəlalət edir ki, iddiaçının həmin müraciət müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyünü təsdiq etmir və belə olan halda məhz hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəmyə müraciət edilməsi iddia müddətinin kəsilməsinə dəlalət edən haldır. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsinə əsasən təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar