Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3788/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1iştirakı ilə, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasənGorenje markalı kondisioner üçün 378 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu cəmi 491 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı LED televizor üçün 1635 manat ödənilməmiş hissə, 360 manat dəbbə cəmi 1995 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********40889 SamsungGalaxy A50 markalı telefon üçün 265 manat ödənilməmiş hissə, 150 manat dəbbə pulu cəmi 775 manatvə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********331667 Samsung Galaxy A10 markalı telefon üçün 312 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu cəmi 406 manat olmaqla ümumilikdə 3667 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3697 manat Cavabdeh alınaraq ‘‘xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərəkbildirdi ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasənGorenje markalı kondisioner, Samsung markalı LED televizor, SamsungGalaxy A50 markalı telefon, Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 3667 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 693 manat (11 ay x 63 manat + 0 manat ilkin ödəniş) olan Gorenje markalı kondisioner üçün 491 manat olmaqla ondan 378 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsaən alqı-satqı qiyməti 2071 manat (18 ay x109 manat + 109 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor üçün 1995 manat olmaqla ondan 1635 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 800 manat (16 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan Samsung Galaxy A50 markalı telefon üçün 776 manat olmaqla ondan 625 manat ödənilməmiş hissə, 150 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 345 manat (12 ay x 26 manat + 33 manat ilkin ödəniş) olan Samsung GalaxyA10 markalı telefon üçün 406 manat olmaqla ondan 312 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 959 manat təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 693 manat olan Gorenje markalı kondisioner üçün ilkin ödənişsiz hər ay 63 manat ödəmək şərti ilə 11ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 2071 manat olan Samsung markalı LED televizor üçün ilkin ödəniş109 manat,hər ay 109 manat ödəmək şərti ilə 18ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 800 manat olan Samsung Galaxy A50 markatı telefon üçün ilkin ödənişsiz,hər ay 50 manat ödəmək şərti ilə 16ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 345 manat olan Samsung Galaxy A10 markalı telefon üçün ilkin ödəniş 33 manat olmaqla, hər ay 26 manat ödəmək şərti ilə 12ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə 378 manat ödənilməmiş əsas məbləğ və 113 manat dəbbə pulu olmaqla – cəmi 491manat məbləğində; xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə 1635 manat ödənilməmiş əsas məbləğ və 360 manat dəbbə pulu olmaqla – cəmi 1995manat məbləğində; xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə 625 manat ödənilməmiş əsas məbləğ və 150 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 312 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu olmaqla ümumilikdə 3667 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 693manat olan Gorenje markalı kondisioneri hər ay 63 manat ödəniş edilməsi şərti ilə 11 ay müddətinə, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən cəmi dəyəri 2071 manat olan Samsung markalı LED televizoru hər ay 109 manat ödəniş edilməsi şərti ilə 18 ay müddətinə, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən cəmi dəyəri 625 manat olan Samsung Galaxy A50 markalı telefonu hər ay 50 manat ödəniş edilməsi şərti ilə 16 ay müddətinə və xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən cəmi dəyəri 345 manat olan Samsung Galaxy A50 markalı telefonu hər ay 26 manat ödəniş edilməsi şərti ilə 12 ay müddətinə nisyə satılmış olsa da, müqavilə şərtləri pozularaq, alıcı tərəfindən əsas məbləğ üzrə2950 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən,bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Alqı-satqı Müqavilələri üzrə özöhdəliyini yerinə yetirməmiş və buna görə də, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 378 manat, xx.xx.2019--cu il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 1635 manat, xx.xx.2019--cu il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 625 manat və xx.xx.2018--ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 312 manat məbləğində pul vəsaiti tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən cəmi 717 manat məbləğində dəbbə pulunun tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə puluməbləği azaldılaraq,cavabdehdən 31.03 2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli Alğı-satqı müqavilələri üzrə hər bir müqavilə üzrə 20 manat olmaqla cəmi 80 manat məbləğində dəbbə pulututulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 378 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu; xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1635 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu; xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 625 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu və xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 312 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu olmaqla cəmi 3030 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 378 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu; xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 1635 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu; xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 625 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu və xx.xx.2019-cu il tarixli alğısatqı müqaviləsi üzrə 312 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 3030 manat məbləğində və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3788/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3788/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver