Məhkəmə qərarları › İş №2(010)-3797/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3797/2020

28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3797/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən-Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqların saxlanması, təlim və tərbiyəsi, eləcə də müayinə və müalicəsi üçün Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-9990/2017 saylı Qətnaməsi ilə müəyyən edilmiş hər ay hər bir uşağa görə 137 manat məbləğindəki alimentin miqdarının dəyişərək Cavabdeh sabit pul məbləğində hər ay xx.xx.2006-cı il təvəllüdlü X1 görə 170 (yüz yetmiş) manat, xx.xx.2008-ci il təvəllüdlü X2 və müalicəsi üçün isə hər ay 170 (yüz yetmiş) manat olmaqla, əlavə xərclərə görə 100 manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddiaçı yalnız iddia ərizəsini məhkəməyə təqdim etməklə kifayətlənmiş və iddia ərizəsinə əlavə ediləcək siyahıda göstərilmiş sənədlərin heç birini iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3.-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırda İddiaçı iddia ərizəsini məhkəməyə təqdim etməklə kifayətlənmiş, öz tələblərini əsaslandırdığı hallara dair heç bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Bütün bunlarla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddia ərizəsində cavabdeh kimi göstərilən şəxs Cavabdeh ünvanı ərizədə Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 kimi göstərilməsinə baxmayaraq, cavabdehin həmin ünvanda rəsmi olaraq pasport qeydiyyatında olmasına dair ərizəyə nə DİN-nin MAPS şöbəsinin müvafiq arayışı, nə cavabdehin şəxsiyyət vəsiqəsinin surəti və nədə ki, cavabdehin yaşayış yerindən hər hansı bir arayış əlavə edilməmişdir. İddia ərizəsinin həqiqətən də Suraxanı rayon məhkəməsinə aid olmasını və iddia ərizəsinin ərazi aidiyyati üzrə düzgün verilməsini hazırda məhkəmə tərəfindən müəyyən edilməsi mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Odur ki, iddiaçının diqqətinə çatdırılır ki, hazırda məhkəməyə təqdim etdiyi iddia ərizəsinə görə, o, öz tələblərini əsaslandırdığı hallara dair sənədləri (şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamələrin surətini, iş üzrə qəbul edilmiş əvvəlki qətnamənin surətini və s.) və cavabdehin rəsmi qeydiyyat ünvanı barədə DİN-nin MAPS şöbəsinin müvafiq arayışı və ya cavabdehin şəxsiyyət vəsiqəsinin surəti iddia ərizəsinə əlavə etməklə ərizəsini məhkəməyə təqdim etməlidir ki, hazırkı iddia ərizəsi icraata qəbul edilə bilinsin. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.2, 152.1.5, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ M: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar