Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3805/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsini törətməklə ona cinayət yolu ilə vurduğu 4110 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 avqust 2022-ci il tarixdə gecə saat 01-dən saat 06-dək olan müddəti ərzində ona (İddiaçı Həmdulla qızına) məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasarın üzərindən aşmaq yolu ilə daxil olaraq evin mətbəx hissəsinin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçan ilə açaraq yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq bir ədəd qiyməti 700 manat olan 107 düyümlü “Samsung" markalı televizoru, bir ədəd qiyməti 300 manat olan olan su dispenserini, bir ədəd qiyməti 400 manat olan “HP” markalı printeri, bir ədəd qiyməti 600 manat olan velosipedi, qonaq otağından birinin qiyməti 40 manat olan 04 ədəd maşın maqnitafonlarını, bir ədəd qiyməti 500 manat olan xəmir yoğuran aparatı, bir ədəd qiyməti 200 manat olan “LG” markalı kompyuter monitorunu, bir ədəd qiyməti 10 manat olan klaviaturanı və bir ədəd qiyməti 400 manat olan “Fujitsu” markalı kompyuter prosessorunu (sistem bloku), bir ədəd qiyməti 700 manat olan “Electrolux” markalı kondisioneri, birinin qiyməti 100 manat olan 04 ədəd peyk antenası aparatını, bir ədəd qiyməti 100 manat olan fotoaparatı, koridordan bir ədəd qiyməti 150 manat olan inkubator aparatını, həyət hissədə 10 metr uzunluğunda qiyməti ümumilikdə 40 manat olan evə gələn mis işıq xəttini, hamamdan qiyməti 100 manat olan su qızdırıcısını, evin yan hissəsindən iki ədəd ümumi qiyməti 50 manat olan dəmir boruları gizli olaraq talayaraq ona (İddiaçı Həmdulla qızına) xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-403/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməklə üç il doqquz ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hal-hazırda məhkum Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsinin birində cəza çəkir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 2022-ci ilin avqust ayında ona məxsus Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi ev 29 ünvanında yerləşən evin satılması üçün elan verilməsi ilə bağlı vasitəçilərə bildirmişdir. O, həmin evdən köçmüş və evin satılmasını gözləməyə başlamışdır. Ancaq tez-tez gələrək evə baş çəkmişdir. 16 avqust 2022-ci il tarixdə günorta saatlarında evə gəlmişdir. Evdə hər şeyin yerində olduğu müşahidə etmişdir. 16 avqust 2022-ci il tarixdə evdən gedərkən oğlu darvazanı içəri hissədən qıfılla bağlamış və sonra hasardan aşaraq çöl hissəyə çıxmışdır. Onlar evdən gedərkən darvazanın qapısı içəri hissədən bağlı olmuşdur. Sonra 18 avqust 2022-ci il tarixdə saat saat 12 radələrində yenidən həmin evə gəlmişdir. Evə gələrkən qonaq otağına keçmiş və “Elektrolux” markalı kondisionerin yerində olmadığını görmüşdür. Sonra həyətin çöl hissəsinə çıxdıqda evin arxa hissəsində mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. Mətbəx mebelinin üstündə isə dəmir alət olmuşdur. O, bunu görüb evə icazəsiz daxil olmaqla ona məxsus əşyaların gizli olaraq oğurlandığını başa düşmüşdür. Qayıdıb evdəki əşyaları yoxlayarkən mətbəxdən bir ədəd qiyməti 700 manat qiymətində olan 107 düyümlü “Samsung” markalı televizorun, bir ədəd 300 manat qiymətində olan su dispenserinin, bir ədəd 400 manat dəyərində olan “HP” markalı printerin, bir ədəd 600 manat dəyərində olan velosipedin, qonaq otağından 04 ədəd birinin qiyməti 40 manat olan maşın maqnitafonlarının, bir ədəd 500 manat qiymətində olan xəmir yoğuran aparatın, bir ədəd 200 manat dəyərində olan “LG” markalı kompyuter monitorunun, bir ədəd 10 manat qiymətində olan klaviaturanın və bir ədəd 400 manat dəyərində olan “Fujitsu” markalı kompyuter prosessorunun (sistem bloku), bir ədəd 700 manat qiymətində olan “Elektrolux” markalı kondisionerin, 04 ədəd birinin qiyməti 100 manat olan peyk antenası aparatının, bir ədəd 100 manat dəyərində olan fotoaparatın, koridordan bir ədəd qiyməti 150 manat olan inkubator aparatının, həyət hissədə 10 metr uzunluğunda qiyməti ümumilikdə 40 manat olan evə gələn mis işıq xəttinin, bir ədəd həyətdəki qapısı həmişə açıq olan, lakin örütülü vəziyyətdə olan hamamdan qiyməti 100 manat olan su qızıdırıcısının, evin yan hissəsindən iki ədəd ümumi qiyməti 50 manat, diametri təxminən 20 santimetr olan 10 metr uzunluğunda dəmir boruların naməlum şəxs və ya şəxslər tərəfindən gizli olaraq və qanunsuz daxil olmaqla oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 4810 (dörd min səkkiz yüz on manat) maddi ziyan dəydiyini bildirmişdir. Sonda o, evindən oğurlanmış kondisionerin ibtidai istintaq zamanı ona qaytarıldığını, lakin oğurlanmış digər əşyalara görə təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Cəzaçəkmə müəssisəsində cəzaçəkən Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, o, vətəndaş İddiaçı evindən oğurluq etməmişdir. Həmin vaxt o, ailəsinin yanında olmuş və İddiaçı aid əşyaları o, aparmamışdır. Belə ki, “Elektrolux” markalı kondisioneri Bülbüləli Kamran adlı şəxsdən almışdır. Kamranı ələ verməmək üçün bu oğurluq hadisəsini boynuna almışdır. Hazırda o, yalnız kondisionerin pulunu ödəyə bilər, bir şərtlə ki, o, cəza çəkməkdən azad edilsin. Onun hazırda səhhətinin ağır olduğu üçün məhkəmə iclasının sonraya təxirə salınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-403/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəza təyin edilməsi, Cavabdeh Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-251/2023 saylı, 13 aprel 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla Cavabdeh çəkilməsi üçün 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməsi, Cavabdeh ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, Cavabdeh Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-251/2023 saylı, 13 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablanması və Cavabdeh cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablanması, Cavabdeh Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-251/2023 saylı, 13 aprel 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə Cavabdeh barəsində hazırki cinayət işi üzrə qətimkan tədbiri seçilməsi, həbsdə olduğu nəzərə alınması, İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş 01 ədəd “Electrolux” markalı, “EACS-18HGB\N3ln” modelli kondisioner zərərçəkmiş şəxs İddiaçı Həmdulla qızına qaytarılması, zərərçəkmiş şəxs İddiaçı Həmdulla qızına ona dəymiş maddi ziyanla bağlı Cavabdeh qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunması, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutulması, Cavabdeh məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir.
İşin faktiki halları.
6. Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-403/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və İddiaçı ümumilikdə 4810 manat maddi ziyan vurması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
8. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
M a d d ə 5 9 . Cəzanı yüngülləşdirən hallar 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
10. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
11. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 avqust 2022-ci il tarixdə gecə saat 01-dən saat 06-dək olan müddəti ərzində ona (İddiaçı Həmdulla qızına) məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasarın üzərindən aşmaq yolu ilə daxil olaraq evin mətbəx hissəsinin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçan ilə açaraq yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq bir sıra əmlakları gizli olaraq talamış və İddiaçı maddi 4810 manat maddi zərər vurmuşdur. Baş vermiş oğurluq hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi qanuna zidd əməllər nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus əmlakların oğurlanması iş materialları əsasında müəyyən edilir.
12. Məhkəmə hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizə verilməsi mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.
13. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.
14. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
15. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.
16. Bu baxımdan məhkəmə hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə sübut təqdim olunmadığından və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən bu hal nəzərə alınmadığından zərərçəkmişə dəymiş zərər ödənilməlidir.
17. Beləliklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-403/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı 4810 manat məbləğində maddi zərər dəydiyi müəyyən olunur və həmin məbləğdən 700 manat dəyərində kondisionerin ona qaytarıldığını iddiaçı qəbul edir. Məhkəmə 4110 manat maddi zərərin Cavabdeh tutularaq iddiaçıya ödənilməli olduğu nəticəsinə gəlir.
Məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 61 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4110 manat məbləğində pul və 61 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İş üzrə ödənilməmiş -10(on)qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
20. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 4110 (dörd min yüz on) manat məbləğində pul və 61 (altmış bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməmiş - 10 (on) qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova