Məhkəmə qərarları › İş №2(010)-3806/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3806/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3806/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasmov Anar Adil oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 23476.23 manat əsas borc, 1468.41 manat faiz borcu və 158.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25103.20 manat borcun və 165.31 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 faizlə 36 ay müddətinə 24000 manat kredit götürərək, kredit müqaviləsinin tərkib hissəsi hesab edilən cədvəl qrafiki üzrə müəyyən olunmuş vaxtda və qaydada ödənişlərini həyata keçirilməsinə dair vəzifə daşısa da, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 15 iyul 2022-ci il tarixədək Cavabdeh Banka 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 23476.23 manat əsas borc, 1468.41 manat faiz borcu və 634.22 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 25578.86 manat borcu vardır. Cavabdeh 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 634.22 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 158.56 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 23476.23 manat əsas borc, 1468.41 manat faiz borcu və 158.56 manat cərimə borcu olmaqla, cəmi 25103.20 manat borcun və 165.31 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə " Yelo Bank” ASC arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, göndərilən məhkəmə bildirişləri «bu ünvanda yaşamır» qeydi ilə geri qayıtdığına görə məhkəmə Cavabdeh məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq İcra Hakimiyyəti orqanı – Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 139 saylı MKİS-nə məhkəmə bildirişlərini göndərmiş və aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişlərini aldıqdan sonra Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izaһatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 yanvar 2022-ci il tarixli Kredit müqaviləsindən görünür ki, “Kreditor” İddiaçı Açıq Səhmdar Cəmiyyəti və “Borcalan” Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 16 faizlə 36 ay müddətinə 24000 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilə ilə gecikdirilən kredit ödənişinə görə illik 180% dərəcəsi ilə cərimə pulu hesablanır. İş materiallarından görünür ki, Cavabdehnın Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 24 yanvar 2025-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdehnın kredit müqaviləsi üzrə borcverən "xxxx" ASC-yə 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 23476.23 manat əsas borc, 1468.41 manat faiz borcu və 158.56 manat cərimə borcu olmaqla, cəmi 25103.20 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 24 yanvar 2022-ci il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən 23476.23 manat əsas borc, 1468.41 manat faiz borcu və 158.56 manat cərimə borcu olmaqla, cəmi 25103.20 manat borcun tutulması və tərəflər arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsininin ləğv edilməsi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, tərəflər arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməli və iddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh 23476.23 manat əsas borc, 1468.41 manat faiz borcu və 158.56 manat cərimə borcu olmaqla, cəmi 25103.20 manat məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 165.31 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23476.23 manat məbləğində əsas borc, 1468.41 manat məbləğində faiz borcu və 158.56 manat məbləğində cərimə və 165.31 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 25268.51 manat borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli Kredit müqaviləsi ləğv edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar