Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3813/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Xancanov Samı̇ r Nı̇ zami oğlu, Xancanova Nazı̇ lə İsbəndı̇ yar qızı, Cavabdeh3 qarşı “ borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC-nin cavabdeh Xancanov Samı̇ r Nı̇ zami oğlu, Xancanova Nazı̇ lə İsbəndı̇ yar qızı, Cavabdeh3 qarşı “ borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Xancanov Samı̇ r Nı̇ zami oğlu, Xancanova Nazı̇ lə İsbəndı̇ yar qızı, Cavabdeh3 müştərək qaydada Bankın xeyrinə 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.249,02 manat əsas borc, 1694,55 manat faiz borcu və 129,66 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13.073,23 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Xancanov Samı̇ r Nı̇ zami oğluna 25.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 24 faizlə 24 ay müddətinə 17.000 manat kredit verilmişdir. 07 may 2020-ci il trixli əlavə sazişə əsasən kreditin müddəti 25 senyabr 2021-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq Xancanova Nazı̇ lə İsbəndı̇ yar qızı və Cavabdeh3 ilə 25 iyun 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27 may 2021-ci dək Xancanov Samı̇ r Nı̇ zami oğlunun banka 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.249,02 manat əsas borc, 1694,55 manat faiz borcu və 129,66 manat cərimə borcu olmaqla, cəmi 13.073,23 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişdirlər. Məhkəmə, MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq işə, gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.06.2019-cu il tarixli 11-BİZ-1-0-1490-19 nömrəli kredit müqaviləsindən görünür ki İddiaçı ASC tərəfindən Xancanov Samı̇ r Nı̇ zami oğluna illik 24% olmaqla 24 ay müddətinə 17000 manat məbləğində istehlak krediti verilmişdir. İşdə olan 25.06.2019-cu il tarixli 11-BİZ-1-0-1490-19 (Z1) nömrəli Zaminlik müqaviləsindən görünür ki, Xancanova Nazı̇ lə İsbəndı̇ yar qızı və Cavabdeh3 borclu Xancanov Samı̇ r Nı̇ zami oğlunun İddiaçı ASC-yə 25.06.2019-cu il tarixli 11-BİZ-1-1-1490- 19 nömrəli kredit müqaviləsi üzrə borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 25.06.2019-cu il tarixli 11-BİZ-1-1-1490-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və Xancanov Samı̇ r Nı̇ zami oğlu 17000 manat məbləği illik 24 %-lə, 24 ay müddətinə aylıq 898.81 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə borclu, yekun olaraq Banka 17000 manat əsas borc, 4571.39 manat faiz borcu olmaqla, ümumilikdə 21571.39 manat pul ödəməli idi. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilən 22.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Xancanov Samı̇ r Nı̇ zami oğlunun 25.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 10949.02 manat əsas borc, 2102.4 manat faiz borcu, 278.35 manat cərimə borcu olmaqla, cəmi 13329.77 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Xancanov Samı̇ r Nı̇ zami oğlu, Xancanova Nazı̇ lə İsbəndı̇ yar qızı, Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 423-cü maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Həmçinin qeyd olunmalıdır ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Ona görə də, əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdeh Xancanova Nazı̇ lə İsbəndı̇ yar qızı və Cavabdeh3 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Cavabdehlərdən tutulacaq məbləğlərlə bağlı isə, məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, iddia tələbində əsas borc məbləği 11.249,02 manat göstərilsə də, iddiaçı tərəfindən təqdim edilən sonuncu maliyə arayışında əsas borc məbləği 10949.02 manat göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc məbləği 10949.02 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin faiz borcu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən maliyyə arayışında faiz borcu 2102.4 manat göstərilmiş, iddia tələbində 1694,55 manat məbləğində faiz borcunun tutulması xahiş etdilmişdir. Məhkəmə tələb həddində faiz borcunun tutulmasını əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 129.66 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Xancanov Samı̇ r Nı̇ zami oğlu, Xancanova Nazı̇ lə İsbəndı̇ yar qızı, Cavabdeh3 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25.06.2019-cu il tarixli kredit müqaviləi üzrə 10949,02 manat əsas, 1694,55 manat faiz və 50 manat cərimə borcu olmaqla, cəmi 12693,57 (on iki min altı yüz doxsan üç manat əlli yeddi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Xancanov Samı̇ r Nı̇ zami oğlu, Xancanova Nazı̇ lə İsbəndı̇ yar qızı, Cavabdeh3 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25.06.2019-cu il tarixli kredit müqaviləi üzrə 10949,02 manat əsas, 1694,55 manat faiz və 50 manat cərimə borcu olmaqla, cəmi 12693,57 (on iki min altı yüz doxsan üç manat əlli yeddi qəpik) manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3813/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3813/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver