Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3854/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə* iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 34 saylı Notariat Ofisinin xüsusi notariusu X* qarşı "icra qeydiyyatının ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 34 saylı Notariat Ofisinin xüsusi notariusu X* qarşı "icra qeydiyyatının ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə olan borcların ödənilməsi barədə qərar çıxarılanadək Suraxanı Rayon İcra Şöbəsinin Bakı şəhəri 34 saylı Notariusunun qərarının icra edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, rəsmi nikahın ləğv edilməsi barədə iddia ərizəsi hazırda məhkəmənin icraatındadır. Lakin birgə nikah dövründə ABB-dən götürdüyü krediti beş aydır ödəyə bilmədiyi üçün Suraxanı İcra Şöbəsi tərəfindən kreditin məcburi qaydada əmək haqqından tutulacağı barədə *7.06.2025-ci il tarixdə xəbərdarlıq edilib. Həyat yoldaşı Namiq Şərifov onu aldadaraq ABB-dən *5.338 manat, Kapital Bankdan *5.000 manat, Tam Kartdan - 500 manat olmaqla cəmi 32.338 manat pul götürməyə vadar etmişdir. Pulları ondan aldıqdan sonra isə “get hansı yolla istəyirsən ödə” demişdir. Hətta onu əxlaqsızlığa məcbur etməklə pulları ödətdirmək üçün zor tətbiq edərək ağır bədən xəsarətləri yetirmişdir. Ona görə həbs olunmuşdur. Himayəsində iki məktəbli övladı var, hər ay *000 manat kredit ödəməlidir. Əlavə evin xərcləri və kommunal xərcləri var. Odur ki, borcları tam ödəyə bilmir. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi Nümayəndə* iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 26*.0.*-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə xatırladır ki, İddiaçı hazırki iddia tələbi ilə ondan *30*4.97 manat məbləğində borcun tutulması ilə bağlı Bakı şəhəri 34 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş icra qeydinin icrasının birgə nikah dövründə olan borcların ödənilməsi barədə iddia ərizəsinə məhkəmədə baxılıb qutaranək icra edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.*. Aşağıdakılar icra sənədləri sayılır: 6.*.4. notariusun icra qeydləri. *7.*. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: *7.*.*. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda;[46] *7.*.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; *7.*.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; *7.*.4. bu Qanunun 6.*.3–6.*.8-ci maddələrində göstərilən icra sənədləri və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; *7.*.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; *7.*.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; *7.*.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; *7.*.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; *7.*.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; *7.*.*0. tələbkarın müvafiq xahişi olduqda. Maddə *8. İcraatın dayandırılmasının mümkün olduğu hallar *8.*. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: *8.*.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; *8.*.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; *8.*.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; *8.*.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda; 2*.*. Bu Qanunun *7-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 2*.2. Bu Qanunun *8-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 2*.3. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23*-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 2*.4. İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 2*.5. İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 2*.6. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən *0 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun *7-ci maddəsində nəzərdə tutulmuş hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun *8-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Məhkəmə izah edir ki, İddiaçı hər bir halda müvafiq İcra şöbəsinə müraciət etməli olmasına baxmayaraq, bunu etməmişdir. Məhkəmə həmçinin izah edir ki, icra məmuru ərizəçinin müraciəti əsasında icra sənədi üzrə icraatın dayandırılması məsələsinə baxır, yuxarıda adı çəkilən Qanunun *7-ci maddəsində göstərilən hallarda icraatı dayandırmaq barədə qərar qəbul edir, eləcə də həmin Qanunun *8-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verir. Eyni zamanda məhkəmə izah edir ki, İddiaçı icra məmurunun qərarından, hərəkət və hərəkətsizliyindən narazı qaldığı təqdirdə məhkəməyə şikayət etmək hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, sözügedən məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 34 saylı Notariat Ofisinin xüsusi notariusu X* qarşı "icra qeydiyyatının ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3854/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3854/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver