Məhkəmə qərarları › İş №2(010)-3868/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3868/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3868/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı Kreditor ASC-nin nümayəndəsi X1, Cavabdeh Borclu1 iştirakı ilə, İddiaçı Kreditor ASC-nin cavabdeh Borclu1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Kreditor ASC cavabdeh Borclu1 və qeyrisinə qarşı – kredit müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-13408/2016 saylı əmri ilə borclular Borclu1 və Borclu2 4773,63 ABŞ dolları əsas, 1461,92 ABŞ dolları faiz borcu, cəmi 6235,55 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor ASC-nin xeyrinə tutulması əmr edilmişdir. xx.xx.2023-cü il tarixdə Borclu1 yuxarıda göstərilən məhkəmə əmrinə qarşı yazılı etiraz (ərizə) ilə məhkəməyə müraciət edərək təkrar məhkəmə keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə göstərilən məhkəmə əmri ləğv edilmiş və materiallar əsasında ümumi iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək ərizəsində qeyd etmişdir ki, hal-hazırda mübahisələndirilən və əmrdən etiraz verilmiş borc krediti “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq restrukturizasiya edilmişdir. Beləliklə, Fərmanın 6.2-ci bəndinə və “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xx.xx.2019-cu ildə qeyd olunan əmr üzrə icraata xitam verilmişdir. Hazırda sözügedən kredit və əmr üzrə borc yoxdur. Belə ki, xx.xx.2016-cı ildə çıxarılmış əmr üzrə olan borc, yəni 4773,63 dollar məbləğində əsas borc məzənnəyə uyğun olaraq konversatiya edilmişdir. Restrukturizasiya olunan kredit borcuna dair tərəflər arasında xx.xx.2019-cu ildə BF/12339/72/18 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə tələb olunan borca dair iddia təmin olunaraq Suraxanı Rayon Məhkəməsində müvafiq qətnamə qəbul olunmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq iş üzrə iddiadan imtina etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Borclu1 iddiadan imtina olunması barədə ərizəyə etiraz edərək, bildirdi ki, onun banka heç bir borcu yoxdur. Buna görə də, qeyd olunan işə baxılmasını və borcu olmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Digər cavabdeh Borclu2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələblərinə görə, iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 122.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtina edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar