Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3873/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Tahirov Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “xxxxxxxxxxx” MMC) cavabdeh Tahirov Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,İMEİ kodu **********48940 Samsung Galaxy A30 markalı telefonüçün369 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu, cəmi480 manat, xx.xx.2019-cu iltarixli müqaviləsinə əsasən, Hp Pavilion 15-cs0056ur i7 komputerüçün1995 manat ödənilməmiş hissə, 284 manat dəbbə, cəmi 2279 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı LED televizor üçün1128 manat ödənilməmiş hissə, 226 manat dəbbə pulu, cəmi1354 manat, ümumilikdə 4113 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4143 manatın cavabdeh Tahirov Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh Tahirov Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh Tahirov Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********48940 Samsung Galaxy A30 markalı telefon, Hp Pavilion 15-cs0056ur i7 komputer, Samsung markalı LED televizoralmış və nəticədə 4113 manat borc yaranmışdır.Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtlərini pozmuş vənəticədə alqı-satqı qiyməti 615 manat olan İMEİ kodu **********48940 Samsung Galaxy A30 markalı telefon üçün 480 manat olmaqla ondan, 369 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu, alqı-satqı qiyməti 2215 manat olan Hp Pavilion 15-cs0056ur i7 komputer üçün 2279 manat olmaqla ondan, 1995 manat ödənilməmiş hissə, 284 manatdəbbə pulu, alqı-satqı qiyməti 1151 manat olan Samsung markalı LED televizor üçün 1354 manat olmaqla ondan 1128 manat ödənilməmiş hissə, 226 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 489 manat təşkil edir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki iş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Tahirov Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh Tahirov Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 615 olan İMEİ kodu **********48940 Samsung Galaxy A30 markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Tahirov Cavabdeh İMEİ kodu **********48940 Samsung Galaxy A30 markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********48940 Samsung Galaxy A30 markalı telefon üçün cavabdehin 369 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu, ümumilikdə 480 manat borcu yaranmışdır. “xxxxxxxxxxx” MMC ilə Tahirov Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh Tahirov Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 2215 manat olan Hp Pavilion 15-cs0056ur i7 komputeralmışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Tahirov Cavabdeh Hp Pavilion 15-cs0056ur i7 komputertəhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Hp Pavilion 15-cs0056ur i7 komputer üçün cavabdehin 1995 manat ödənilməmiş hissə, 284 manat cərimə, ümumilikdə 2279 manat borcu yaranmışdır. “xxxxxxxxxxx” MMC ilə Tahirov Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh Tahirov Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 1151 manat olan əsasən Samsung markalı LED televizor almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Tahirov Cavabdeh Samsung markalı LED televizor təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Samsung markalı LED televizor üçün cavabdehin 1128 manat ödənilməmiş hissə, 226 manat dəbbə pulu, ümumilikdə 1354 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə tezliklə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdeh Tahirov Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən müqavilələr üzrə müvafiq olaraq 369 manat, 1995 manat və 1128 manat əsas borcun tutulması barədə tələblər əsaslıdır, lakin hər üç müqavilə üzrə cərimə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 111 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 284 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 226 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq hər üç müqavilə üzrə 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 369 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 379 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1995 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 2005 manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə 1128 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 1138 manat, ümumilikdə 3522 manat məbləğində pul tutularaq, “xxxxxxxxxxx” MMCnin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,70 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 4,30 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Tahirov Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 369 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 379 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1995 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 2005 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1128 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 1138 manat, ümumilikdə 3522 (üç min beş yüz iyirmi iki) manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,70 (iyirmi beş manat yetmiş qəpik) manat məbləğində pul cavabdeh Tahirov Cavabdeh iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 4,30 (dörd manat otuz qəpik) manat hissəsi iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3873/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3873/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver