Məhkəmə qərarları › İş №2(010)-3875/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3875/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3875/2021 17.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Sadıqova (Yadigarova) Nazirə Rzaqulu qızının Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və onunla bağlı çıxarışın və digər sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sadıqova (Yadigarova) Nazirə Rzaqulu qızı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və onunla bağlı çıxarışın və digər sənədlərin etibarsız hesab edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.08.2020-ci il tarixdə iddiaçı tərəfindən X2 verilmiş etibarnamə əsasında aparılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Suraxanı-Hövsan yolunun 4-cü km, 7,2-ci küçə, 9 saylı sahəyə alqı-satqı müqaviləsini və onunla bağlı çıxarışı və digiər sənədlərin etibarsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 08.09.2021-ci il tarixdə iddiaçı X1 ərizəsi məhkəməyə poçt vasitəsi ilə daxil olmuşdur. Həmin ərizədə iddiaçı bildirir ki, iş üzrə cavabdeh A.Rüstəmov tərəfindən tələblərin tam şəkildə yerinə yetirildiyi üçün iddiasından imtina edir. Qeyd olunan torpaq sahəsi, çıxarış və etibarnamə ilə bağlı heç bir iddiası və əlavə maddi tələbi yoxdur, olmayacaqdır, şikayət etməyəcəkdir. Odur ki, ərizəsini qəbul edib, mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da, onlar məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iş üzrə iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sadıqova (Yadigarova) Nazirə Rzaqulu qızının Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və onunla bağlı çıxarışın və digər sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı Sadıqova (Yadigarova) Nazirə Rzaqulu qızının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunsun və həmin mülki işin icraatına xitam verilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tərəflərə izah edilsin ki, hazırki mülki iş üzrə iddiaçı iddiadan imtina etdiyinə görə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar