Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1910/2024 17.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cəlilabad rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı Cavabdeh2 25653 manat əsas borc, 65 ay üçün 6400 manat gecikmə faizi olmaqla, cəmi 32053 manat borcun, məhkəmə xərcləri üçün 300 manat və ödənilmiş 220 manat dövlət rüsumunun alınaraq ona verilməsi və Cəlilabad rayon 1 saylı Notariat Ofisində Cavabdeh2 ilə 03 sentyabr 2020-ci il tarixdə aralarında bağlanmış “Saziş”in ləğv edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı cavabdehlər Cəlilabad rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon 1 saylı Notariat Ofisində Cavabdeh2 ilə 03 sentyabr 2020-ci il tarixdə aralarında bağlanmış “Saziş”in ləğv edilməsini və cavabdehdən 27600 manat əsas borc, 65 ay üçün 6400 manat gecikmə faizi, məhkəmə xərcləri üçün 300 manat və 220 manat dövlət rüsumu olmaqla, cəmi 34520 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh2 25653 manat əsas borc, 65 ay üçün 6400 manat gecikmə faizi olmaqla, cəmi 32053 manat borcun, məhkəmə xərcləri üçün 300 manat və ödənilmiş 220 manat dövlət rüsumunun alınaraq ona verilməsinə və Cəlilabad rayon 1 saylı Notariat Ofisində Cavabdeh2 ilə 03 sentyabr 2020-ci il tarixdə aralarında bağlanmış “Saziş”in ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cəlilabad rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 2014-cü ildən ayrı-ayrı vaxtlarda hissəli şəkildə Cavabdeh2 adlı sahibkara mebel dəstləri verirdi, cavabdehdə mebellərin dəyərini hissəli şəkildə ödəyirdi. Aralarında normal dövriyyə olduğu üçün Cavabdeh2 ümumi dəyəri 32600 manat olan mebel dəstləri vermişdir. Həmin mebel dəstlərinin pulunu üstündən bir neçə il keçsədə qərəzli şəkildə ödəmirdi. O da, Cavabdeh2la Cəlilabad rayon 1 saylı Notariat Ofisində aralarında 03 sentyabr 2020-ci il tarixdə “Saziş” bağlamışlar. Cavabdeh 32600 manat borcu oldduğunu etiraf etmiş, 65 ay müddətinə hər ay 500 manat olmaqla, hissəli şəkildə ödəyəcəyini bildirmiş və 10 ay ərzində hər ay 500 manat olmaqla, cəmi 5000 manat borcundan ödəmişdir. 2020-2022-ci illər ərzində borcundan ödəniş eləmiş, əsas borcundan 25653 manat borcu qalmışdır. Lakin üstündən uzun müddət keçməyinə baxmayaraq ödəniş etməmiş, telefon və məktublara cavab verməmiş, ödənişləri qərəzli şəkildə ödəməkdən yayınmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xaiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh2 arasında Cəlilabad rayon 1 saylı Notariat Ofisində bağlanmış 13 sentyabr 2020-ci il tarixli “SAZİŞ”dən görünür ki, Cavabdeh2 İddiaçı aldığı mebel dəstlərinə görə 65 ay müddətinə hər ay 500 manat olmaqla, cəmi 32603 manat pulu İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 18 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırkı ərizənin verilməsi ilə əlaqədar 220 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh2 ümumi dəyəri 32600 manat olan mebel dəstləri vermişdir. Həmin mebel dəstlərinin pulunu üstündən bir neçə il keçsədə qərəzli şəkildə ödəməmişdir. O da, Cavabdeh2la Cəlilabad rayon 1 saylı Notariat Ofisində aralarında 03 sentyabr 2020-ci il tarixdə “Saziş” bağlamışlar. Cavabdeh 32600 manat borcu olduğunu etiraf etmiş, 65 ay müddətinə hər ay 500 manat olmaqla, hissəli şəkildə ödəyəcəyini bildirmiş və 10 ay ərzində hər ay 500 manat olmaqla, cəmi 5000 manat borcundan ödəmişdir. Lakin üstündən uzun bir müddət keçməyinə baxmayaraq qalan məbləğdən ödəniş etməmiş, telefon və məktublara cavab verməmiş, ödənişləri qərəzli şəkildə ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cəlilabad rayon 1 saylı Notariat Ofisində 03 sentyabr 2020-ci il tarixdə tərəflər arasında bağlanmış “Saziş” vaxtından əvvəl ləğv edilməlidir və Cavabdeh2 25653 manat əsas borc, 65 ay üçün 6400 manat gecikmə faizi olmaqla, cəmi 32053 manat borc və çəkilmiş məhkəmə xərcləri üçün 300 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 220 (iki yüz iyirmi) manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 13 sentyabr 2020-ci il tarixdə Cəlilabad rayon 1 saylı Notariat Ofisində bağlanmış “Saziş” vaxtından əvvəl ləğv edilsin. Cavabdeh2 25653 (iyirmi beş min altı yüz əlli üç) manat əsas borc, 65 ay üçün 6400 (altı min dörd yüz) manat gecikmə faizi olmaqla, cəmi 32053 (otuz iki min əlli üç) manat borcun, məhkəmə xərcləri üçün 300 (üç yüz) manat və ödənilmiş 220 (iki yüz iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1910/2024
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-1910/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver