Məhkəmə qərarları › İş №2(102)-2339/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2339/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2339/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8943/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh1 MMC ilə İddiaçı arasında yaşayış evinin alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MMC tərəfindən İddiaçı 100.000 manat məbləğində pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC tərəfindən müqavilədə göstərilən pul məbləğinin ona verilməməsini əsas göstərməklə müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: A.F.İbrahimov) İddiaçı iddia tə ləbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılması barədə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8943 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və X.A.Mərdanova) İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməs inin elə həmin gün, qətnamənin tam mətni hazır olmadan (çıxarışın) ona verilməsini, qətnamənin tam mətninin ona verilməməsi səbəbindən qətnamədən vaxtında apellyasiya şikayətinin verilməməsini, belə vəziyyətdə apellyasiyanın qeyri-mümkün sayılmasının qanunsuz olmasını əsas göstərməklə qərardadın ləğv edilməsini və apellyasiyanın mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və X2 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklə rindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 360 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 366.4 Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Kassasiya baxışının hədləri Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qərardad ləğv edilərək iş yenidən apell yasiyanın mümkünlüyü məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanı qeyri-mümkün hesab edərkən qətnamənin surətinin iddiaçının nümayəndəsi X1 tərəfindən məhkəmə qəbzinə əsasən xx xxxxxx 2020-ci il tarixdə alınmasını və eyni zamanda qətnamənin surətinin iddiaçının ünvanına sifarişli məktubla göndərilməsini, lakin buna baxmayaraq apellyasiya şikayətinin məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə təqdim olunmasını əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən məhkəmənin həmin nəticəsi ilə razılaşmır. İşin 101-ci səhifəsində olan qəbzdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə iddiaçının nümayəndəsi Kamran Hüseynova xx xxxxxx 2020-ci il tarixli qətnamədən çıxarış verilmişdir. İşin 102-ci səhifəsində olan məhkəm ənin xx xxxxxx 2020-ci il tarixli məktubuna və işin 103-cü səhifəsində olan eyni tarixli xəbərnaməsinə görə isə qətnamənin surəti İddiaçı xx xxxxxx 2020-ci il tarixdə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixli qəbzlə iddiaçının nümayəndəsinə məhkəmənin əsaslandırılmış qətnaməsi təqdim olunmadığından, həmin qəbz iddiaçıya qətnamənin rəsmi qaydada təqdim edilməsi qənaətinə gəlmək üçün əsas verməmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə göndərilmiş qətnamənin isə iddiaçıya həqiqətən də rəsmi qaydada təqdim olunması barədə işdə sübutlar olmadığından, kollegiya hesab edir ki, işin həmin halı da apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün əsas verməmişdir. İşin 104-cü səhifəsində olan iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, qətnamən in surətinin onlara təqdim olunmamasını əsas göstərməklə qətnamənin verilməsini xahiş etmiş və xx xxxxxxx 2020-ci il tarixli qəbzlə qətnamənin surəti Kamran Hüseynova rəsmi təqdim olunmuşdur. Qətnamədən apellyasiya şikayəti isə İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qətnamənin rəsmi təqdim olunduğu vaxtdan təxminən 20 gün sonra verilmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən vəziyyətdə apellyasiya şikayətinin verilmə müddətinin ötürülməsi əsası ilə apellyasiyanın qeyrimümkün hesab edilməsi əsassız olduğundan, kollegiya hesab edir ki, qərardad ləğv olunmalı və iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə təkrar baxılarkən yuxarıda göstərilən hallara obyektiv qiymət verilməklə apellyasiyanın mümkünlüyü məsələsi həll edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8943/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar