Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3905/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh oğlundan 17000 (on yeddi min) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəfəq adlı tanışı 2017-ci ilin yay aylarında Cavabdeh torpaq sahəsi aldığını ona bildirmişdir. O, da özü üçün Cavabdeh torpaq sahəsini almaq qərarına gəlmişdir. R.Cəfərorvla görüşdükdən sonra o, iddiaçıya Bakı şəhəri, Sabunçu rayon, Balaxanı qəsəbəsində yerləşən torpaq sahəsini və yarım tikilini təklif etmişdir və o, həmin tikilini bəyənib onu kredit yolu ilə almaq qərarına gəlmişdir. R.Ələkbərovla onun arasında olan razılığa görə qeyd olunan tikilini orta təmir ilə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən Ramazan Ələkbərovun təklifi ilə həmin yeri almaq üçün ona ilkin olaraq beh kimi 3500 (üç min beş yüz) manat pul ödəmiş və hissə-hissə ödəmək şərti ilə 25000 (iyirmi beş min) manata alınmasına aralarında razılıq əldə olunmuşdur. Bakı şəhəri, Sabunçu rayon, Balaxanı qəsəbəsində yerləşən torpaq sahəsini və yarım tikilini almaq üçün 17000 (on yeddi min) manat pul ödəmişdir. Tərəfindən cavabdehə verilən pul məbləğlərinin ödənilməsinə dair bir neçə qəbzlər də vardır. Dəfələrlə pulunu istəsə də cavabdeh onun pulunu qaytarmamışdır. Bununla bağlı xx xxx 2020-ci il tarixdə cavabdehdən borc pulunun qaytarılması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə tərəfindən şikayət ərizəsi ilə müraciət olunmuşdur. Həmin şikayət ərizəsi üzrə cinayət işinin başlanması rədd olunmuş və həmin qərarda da cavabdeh borcunun olmasını etiraf edərək izahatında bildirmişdir ki, torpaq sahəsini iddiaçıya 25000 manata satmağa razılaşmış və torpaq sahəsi üçün ilkin olaraq 3500 manat beh almış və iddiaçı cavabdehə 13500 manat ödəniş etmişdir. Bunula da bir daha təsdiq olunmuşdur ki, cavabdehin iddiaçıya borcu var. Lakin dəfələrlə pulunu tələb etsə də cavabdeh onun pulunu qaytarmamışdır. Buna görə də cavabdehdən pulun məhkəmə qaydasından alınması zəruridir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qismən qəbul edərək bildirdi ki, o, iddiaçıdan 17000 manat deyil, 14500 manat məbləğində pul almışdır. Həmçinin, həmin evi 20000 manata satıb iddiaçının pulunu ödəyə bilər. Ona görə də iddianın 14500 manat hissəsində təmin edilməsinə etiraz etmədiyini, qalan hissədə isə iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxx 2017-ci il tarixli fərdi yaşayış(həyət) evinin beh müqaviləsindən görünür ki, müqavilə bağlandığı gündən İddiaçı ilkin olaraq 3500 manat ödəniş etmişdir. xx xxx 2020-ci il tarixli Sabunçu RPİ-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, fərdi evi iddiaçıya 25000 manata satmağa razılaşmış və ilkin olaraq 3500 manat beh almış və iddiaçı cavabdehə 13500 manat ödəniş etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş pulun ödənilməsi barədə qəbzləri, cinayət işinin başlanmasının rədd olunması barədə qərarı, həmin qərarda Cavabdeh tərəfindən verilmiş izahatı və tərəflər arasında “beh müqaviləsi” kimi bağlanan yazılı razılaşmanı iddiaçı tərəfindən cavabdehə əvvəlcə 3500, daha sonra 13500 manat pulun cavadehə verilməsini təsdiq edən sübut növü kimi qiymərəndirərək belə hesab edir ki, cavabdehin iddiaçıya 17000 manat ümumilikdə borcu olması öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər podratçı və sifarişçi arasında yaranmış münasibətlər kimi qiymətləndirilməli, öhdəliyi icra etməyən podratçı sifarişçinin ödədiyi pulu ona geri qaytarmalıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı ev tikmək adı ilə aldığı cəmi 17000 (on yeddi min) manat məbləğində pulu bu günədək iddiaçıya qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh hər nə qədər cavabdehdən cəmi 17000 manat deyil, 14500 manat məbləğində pul aldığını bildirsə də iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh İddiaçı cəmi 17000 manat məbləğində pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan 17000 (on yeddi min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3905/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3905/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver