Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3905/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qonşuluqdakı qəssab vasitəsilə tanış olmuşdur. Həmin qəssab ona bildirmişdir ki, Cavabdeh oğluna toy edir və ona iribuynuzlu mal lazımdır. Tərlan oğlunun toyunu yola verdikdən sonra həmin dananın pulunu verəcəkdir. O da qəssabın sözünə inanmış və Cavabdeh iri buynuzlu 200 kq çəkisi olan, dəyəri 2000 manat olan iri buynuzlu heyvan vermişdir. Cavabdeh oğluna toy etdikdən sonra, onu axtarmamışdır. Qısa müddət keçdikdən sonra, cavabdehdən aldığı iri buynuzlu heyvanın pulunu qaytarmasını tələb etmişdir. Cavabdeh isə cavabında bildirmişdir ki, toydan pul yığa bilməmiş və ziyanla çıxmışdır. Oğluna daha bir toy edəcəyini və oradan yığılan pul hesabına aldığı heyvanın dəyərini ona ödəyəcəyinə söz vermişdir. Onda olan məlumata görə Cavabdeh oğluna təkrar toy etmiş, ondan sonra yenə də onun pulunu qaytarmamışdır. O, dəfələrlə Cavabdeh axtarmışdır ki, ondan aldığı heyvanın dəyərini ona ödəsin, lakin tapa bilməmişdir. Hətta cavabdehin yaşadığı evə də gedərək pulunu tələb etmiş, lakin cavabdehin oğlu onun qabağına çıxaraq pulu haçansa qaytaracağını bildirmişdir. Daha dəqiq, Cavabdeh iri buynuzlu, 200 kq çəkisi olan və 2000 manat dəyərində heyvanın pulunu verməkdən yayınmış, telefon zənglərinə cavab verməmiş və sonra ümumiyyətlə telefonu söndürmüşdür. Daha sonra o, məcbur qalaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Cavabdeh iri buynuzlu heyvanın pulunu, yəni 2000 manatı geri qaytarmamağına görə rəsmi ərizə ilə müraciət etmişdir. Polisə müraciət edildikdən sonra, cavabdeh 2000 manat borcundan 500 manat pulu ona ödəmiş, lakin 1500 manat ona borclu qalmışdır. Cavabdeh izahat verərək iltizam yazmış və orada qeyd etmişdir ki, ona olan 1500 manat pulu qısa müddət ərzində qaytaracaq, əks təqdirdə qanun qarşısında məsuliyyətə cəlb olunacağı ona aydındır. Buna baxmayaraq, Cavabdeh bu günə qədər ona qalan 1500 manat pulu geri qaytarmır və qaytarmaqdan qəsdən yayınır. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixlə, 3-13-54-1/2-A-23975/11/23 sayla ona ünvanladığı məktubun surətinin məzmununda qeyd edilir ki, etdiyi müraciətin araşdırılması mülki xarakterli olduğundan, məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. Ona görə də, məhkəməyə müaciət etmək qərarına gəlmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsinə heç bir etirazı olmadığını bildirdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-54-1/2-A-23975/11/23 nömrəli məktubun surətindən görünür ki, ərizəçi İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna və Suraxanı rayon Prokurorluğuna etdiyi müraciətin araşdırılması mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.
İşin faktiki halları.
6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş zərərə görə 1500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini etiraf edərək təmin edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq.
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 608. Alğı-satqı haqqında müddəaların tətbiqi Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
9. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
10. İşin hallarından görünür ki, iddiaçı cavabdehdən ona olan borcunu tələb etmiş, cavabdeh isə buna heç bir etirazı olmadığını bildirərək, məhkəməyə iddianın etiraf edilməsi barədə ərizə təqdim etmişdir.
11. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin, hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də etiraf qəbul edilməli və iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
12. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş iddia qiymətinə mütənasib olmuşdur.
13. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
14. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat məbləğində pul və ödənilmiş 35 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
15. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul və 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva