Məhkəmə qərarları › İş №2(010)-3932/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3932/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3932/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, X6 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə X6 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla X8 Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, L-BK- 0031118-F saylı kredit müqaviləsi və BK-00020526 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 459.44 ABŞ dolları məbləğində əsas borcu, 70,96 ABŞ dolları faiz borcu, 17,28 ABŞ dolları cərimə borcu və 28,03 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi, ümumilikdə 575,71 ABŞ dolları və 30 manat dövlət rüsumunun alınaraq X8 Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib izahatında bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X8 təşkilatı (bundan sonra BOKT) “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Bakı filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmişlər və onlarla təşkilat arasında xx.xx.2014-cü il tarixili, L-BK-0031118-F nömrəli X3 bağlanmışdır. Daha sonra X1 əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixili L-BK- 0031118-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Dövriyyə kapitalı” məqsədilə birgə borclulara 18 ay müddətinə, aylıq 2.5%, illik 30 % olmaqla 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini X5 ilə BK-00020526 saylı Zaminlik müqaviləsi bağlanmışdır. “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixində imzalanmış rəsmi razılaşma protokollarına əsasən kreditin faizi 12%-ə endirilərək, kredit və zaminlik müqavilələrinin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1.540,56 ABŞ dolları, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1.178,88 ABŞ dolları və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 146,92 ABŞ dolları olmaqla, cəmi 2.866,36 ABŞ dolları məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh1 təşkilata ödənilməmiş 459,44 ABŞ dolları məbləğində əsas məbləğ, 70,96 ABŞ dolları məbləğində faiz borcu və 17,28 ABŞ dolları məbləğində cərimə borcu var. Bundan əlavə, “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli L-BK-0031118-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 28,03 ABŞ dolları təşkil edir.Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, bank tərəfindən ona 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin borcdan kompensasiya da ödənilmişdir. Belə ki, hal-hazırda onun banka olan borcu tamamilə ödənilmişdir. Bu səbəbdən bankdan götürdüyü pulu ödədiyindən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o iddia tələbini qəbul etmir. Belə ki, onlar BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-dən 2000 ABŞ dolları məbləğində pul götürmüşdür. Hal-hazırda banka olan borcunu ödəmişdir. O bankdan götürdüyü pulu ödədiyindən iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehiniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli L-BK-0031118-F saylı kredit müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, X8 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 30 % olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli L-BK-0031118-F saylı X3nin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 2000 ABŞ dolları məbləğində kreditin təminatı olaraq birgə borcluluq və zaminlik öhdəliyinə birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli BK-00020526 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli, L-BK-0031118-F saylı X8 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, L-BK-0031118-F saylı kredit müqaviləsinə əsasən 575,71 ABŞ dolları əsas borcu vardır. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixədək 2000 ABŞ dolları məbləğində əsas kredit borcu, 1198,41 ABŞ dolları məbləğində faiz borcu BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödəməli idi. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bu Məcəllənin 500.1.-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2.-ci maddəsinə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədiksə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitutsiya Məhkəməsi qeyd edir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra–“Banklar haqqında” Qanun) müəyyən edilmişdir. Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasıüçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli L-BK-0031118-F saylı kredit müqaviləsinə əsasən X8 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 30 % olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Digər cavabdehlə birgə borcluluq haqqında müqavilə bağlanmışdır. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini X5 ilə BK- 00020526 saylı Zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hal-hazırda cavabdehin sözügedən kredit müqaviləsi üzrə 459.44 ABŞ dolları məbləğində əsas borcu, 70,96 ABŞ dolları faiz borcu, 17,28 ABŞ dolları cərimə borcu və 28,03 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi, ümumilikdə 575,71 ABŞ dolları borcu vardır. Lakin, razılaşmaya əsasən bank tərəfindən cavabdehə verilmiş 2000 ABŞ dolları kredit məbləğinə xx.xx.2019-cu il tarixə kimi cəmi 1198.41 ABŞ dolları faiz ödənilməsi nəzərdə tutulmuşdur. Borclu tərəfindən faiz borcu 1178.88 ABŞ dolları məbləğində ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərdən birgə qaydada 19.53 ABŞ dolları məbləğində faiz borcu, 5 ABŞ dolları məbləğində cərimə borcu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli L-BK-0031118-F saylı kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 459,44 ABŞ dolları əsas borc üzrə 19.53 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu, 28,03 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla ümumilikdə 512 ABŞ dolları məbləğində və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada xx.xx.2014-cü il tarixli L-BK- 0031118-F saylı kredit müqaviləsi üzrə 459,44 ABŞ dolları əsas, 19.53 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu, 28,03 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla ümumilikdə 512 (beş yüz on iki) ABŞ dolları məbləğində və 30 (otuz) manat dövlət rüsumu tutularaq X6 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar