Məhkəmə qərarları › İş №2(010)-3932/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3932/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3932/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “kredit üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı “kredit üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1.822,82 manat əsas borc, 83,92 manat faiz borcu və 180,40 manat dəbbə borcu olmaqla cəmi 2.087,14 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış 04.09.2014-cü il tarixli HAKU0-2771-10182 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan 04.09.2014-cü il tarixli BAKUO-2771-10182/1 və BAKUO-2771-10182/2 saylı Razılaşmalara əsasən, ikinciyə 21.7%-lə 36 ay müddətinə 13 000,00 (on üç min) manat məbləğində kredit verilmişdir. 04.09.2014-cii il tarixli ödəniş qrafikinə əsasən kreditin aylıq 497,00 (dörd yüz doxsan yeddi) manat olmaqla qaytarılması müəyyən edilmişdir. Daha sonra 27.05.2016-cı il tarixli Sazişlərə əsasən verilmiş kreditin ödənilməmiş 8 533.05 manat təşkil edən hissəsinin qaytarılması müddəti illik 24%-lə hesablanmaqla uzadılmış və kreditin qaytarılmasının son tarixi 11.05.2020-ci il müəyyən edilmişdir. Borclu Cavabdeh kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçiin "xxxx" BOKT MMC məhkəməsə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 18.06.2021-ci il tarixinədək verilmiş kredit üzrə 1.822,82 manat əsas borc, 83,92 manat faiz borcu və 180,40 manat dəbbə borcu olmaqla, cəmi 2.087,14 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul edərək, izahatında göstərdi ki, maddi imkanı olmadığından iddiaçının xeyrinə heç bir ödəniş edə bilməmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış 04.09.2014-cü il tarixli HAKU0-2771-10182 saylı Kredit müqaviləsindən və onun tərkib hissəsi olan 04.09.2014-cü il tarixli BAKUO-2771-10182/1 və BAKUO-2771-10182/2 saylı Razılaşmalardan müəyyən olunur ki, Cavabdeh 21.7%-lə 36 ay müddətinə 13 000,00 (on üç min) manat məbləğində kredit verilmişdir. 04.09.2014-cii il tarixli ödəniş qrafikinə əsasən kreditin aylıq 497,00 (dörd yüz doxsan yeddi) manat olmaqla qaytarılması müəyyən edilmişdir. Daha sonra 27.05.2016-cı il tarixli Sazişlərə əsasən verilmiş kreditin ödənilməmiş 8 533.05 manat təşkil edən hissəsinin qaytarılması müddəti illik 24%-lə hesablanmaqla uzadılmış və kreditin qaytarılmasının son tarixi 11.05.2020-ci il müəyyən edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 1822,82 manat əsas borcu, 83,92 manat faiz borcu, 180,40 manat dəbbə borc olmaqla, cəmi 2087,14 manat məbləğində cərimə borcu vardr. "xxxx" BOKT MMC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı Cavabdeh illik 1 faiz dərəcəsi ilə 21,7%-lə 36 ay müddətinə 13000,00 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə görə borcalan müqavilə üzrə ödənişlər vaxtında lazımi qaydada icra edilməzsə bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə müəyyən edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bunun nəticəsində onun bank qarşısında 1822,82 manat əsas borc, 83,92 manat faiz borcu, 180,40 manat dəbbə borcu olmaqla, cəmi 2087,14 manat məbləğində borcu yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh 180,40 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözügedən normanı rəhbər tutaraq cərimə borcunun 1 (bir) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 1822,82 (bir min səkkiz yüz iyirmi iki manat səksən iki qəpik) manat əsas borc, 83,92 (səksən üç manat doxsan iki qəpik) manat faiz borcu, 1 (bir) manat dəbbə borc olmaqla cəmi 1907,74 (bir min doqquz yüz yeddi manat yetmiş dörd qəpik) manat məbləğində borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 1822,82 (bir min səkkiz yüz iyirmi iki manat səksən iki qəpik) manat əsas borc, 83,92 (səksən üç manat doxsan iki qəpik) manat faiz borcu, 1 (bir) manat dəbbə borc olmaqla cəmi 1907,74 (bir min doqquz yüz yeddi manat yetmiş dörd qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar