Məhkəmə qərarları › İş №2(010)-394/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-394/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-394/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********48585 Samsung Galaxy A30s markalı telefon üçün 176 (yüz yetmiş altı) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, 06.09.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********14714 Samsung Galaxy A31 markalı telefon üçüm 430.8 (dörd yüz otuz manat 80 qəpik) manat ödənilməmiş hissə, 43.2 (qırx üç manat 20 qəpik) manat cərimə, 13.09.2020-ci il tarixli müqaviləsinə əsasən Acer Aspire markalı kompyuter üçün 1285.2 (min iki yüz səksən beş manat 20 qəpik) manat ödənilməmiş hissə, 128.8 (yüz iyirmi səkkiz manat 80 qəpik) manat cərimə ümumilikdə 2081 manat borc və 40.81 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 25.09.2019-cu il, 06.09.2020-ci və 13.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********48585 Samsung Galaxy A30s maralı telefon, İMEİ kodu **********14714 Samsung Galaxy A31 markalı telefon və Acer Aspire markalı kompyuter almış və nəticədə 2081 (iki min səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 557 (beş yüz əlli yeddi) manat (12 ay x 45 manat + 17 manat ilkin ödəniş) İMEİ kodu **********48585 Samsung Galaxy A30s maralı telefon üçün ümumilikdə, 193 (yüz doxsan üç) manat olmaqla ondan, 176 (yüz yetmiş altı) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, 06.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 430.8 (dörd yüz otuz manat 80 qəpik) manat (12 ay x 35. manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********14714 Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə 474 (dörd yüz yetmiş dörd) manat olmaqla ondan, 430.8 (dörd yüz otuz manat 0 qəpik) manat ödənilməmiş hissə, 43.2 (qırx üç manat 20 qəpik) manat cərimə, 13.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1285.2 (min iki yüz səksən beş manat 20 qəpik) manat (18 ay x 71.4 manat + 0 manat ilkin ödəniş) Acer Aspire markalı kompyuter üçün ümumilikdə, 1414 (min dörd yüz on dörd) manat olmaqla ondan, 1285.2 (min iki yüz səksən beş manat 20 qəpik) manat ödənilməmiş hissə, 128.8 (yüz iyirmi səkkiz manat 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 381 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, 25.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********48585 Samsung Galaxy A30s maralı telefon üçün 176 (yüz yetmiş altı) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, 06.09.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********14714 Samsung Galaxy A31 markalı telefon üçüm 430.8 (dörd yüz otuz manat 80 qəpik) manat ödənilməmiş hissə, 43.2 (qırx üç manat 20 qəpik) manat cərimə, 13.09.2020-ci il tarixli müqaviləsinə əsasən Acer Aspire markalı kompyuter üçün 1285.2 (min iki yüz səksən beş manat 20 qəpik) manat ödənilməmiş hissə, 128.8 (yüz iyirmi səkkiz manat 80 qəpik) manat cərimə ümumilikdə 2081 manat borc və 40.81 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ cavabdehə müvafiq qaydada izah olunmuşdur. Lakin, Cavabdehtərəfindən məhkəməyə hər hansı bir etiraz göndərilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.09.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh İMEİ kodu **********48585 Samsung Galaxy A30s markalı telefon üçün 17 manat ilkin ödəniş, 12 ay müddətinə, hər ay 45 manat ödəmək şərti ilə nisyə satılmışdır. Belə ki, iş materiallarında olan 06.09.2020-ci il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh İMEİ kodu **********14714 Samsung Galaxy A31 markalı telefon üçün ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 35.9 manat ödəmək şərti ilə nisyə satılmışdır. Belə ki, iş materiallarında olan 13.09.2020-ci il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh Acer Aspire markalı kompyuter üçün ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 71.4 manat ödəmək şərti ilə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 14.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 25.09.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh "xxxx" MMC – yə 176 (yüz yetmiş altı) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, 06.09.2020-ci il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh "xxxx" MMC – yə 430.8 (dörd yüz otuz manat 0 qəpik) manat ödənilməmiş hissə, 43.2 (qırx üç manat 20 qəpik) manat cərimə, 13.09.2020-ci il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh "xxxx" MMC – yə1285.2 (min iki yüz səksən beş manat 20 qəpik) manat ödənilməmiş hissə, 128.8 (yüz iyirmi səkkiz manat 80 qəpik) manat cərimə ümumilikdə 2081 (iki min səksən bir) manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 08.10.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC -nin Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh gecikdirməyə görə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, "xxxx" MMC ilə 25.09.2019-cu il, 06.09.2020-ci və 13.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********48585 Samsung Galaxy A30s maralı telefon, İMEİ kodu **********14714 Samsung Galaxy A31 markalı telefon və Acer Aspire markalı kompyuter almış və nəticədə 2081 (iki min səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 557 (beş yüz əlli yeddi) manat (12 ay x 45 manat + 17 manat ilkin ödəniş) İMEİ kodu **********48585 Samsung Galaxy A30s maralı telefon üçün ümumilikdə, 193 (yüz doxsan üç) manat olmaqla ondan, 176 (yüz yetmiş altı) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, 06.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 430.8dörd yüz otuz manat 80 qəpik) manat (12 ay x 35. manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********14714 Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə 474 (dörd yüz yetmiş dörd) manat olmaqla ondan, 430.8 (dörd yüz otuz manat 0 qəpik) manat ödənilməmiş hissə, 43.2 (qırx üç manat 20 qəpik) manat cərimə, 13.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1285.2 (min iki yüz səksən beş manat 20 qəpik) manat (18 ay x 71.4 manat + 0 manat ilkin ödəniş) Acer Aspire markalı kompyuter üçün ümumilikdə, 1414 (min dörd yüz on dörd) manat olmaqla ondan, 1285.2 (min iki yüz səksən beş manat 20 qəpik) manat ödənilməmiş hissə, 128.8 (yüz iyirmi səkkiz manat 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 1892 manat məbləğində əsas borc Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 25.09.2019-cu il, 06.09.2020-ci il və 13.09.2020-ci il tarixli müqaviləsinin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 1892 manat məbləğində əsas borca tənasübsüz olaraq 189 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 189 manat məbləğində cərimə pulu azaldılaraq 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 1892 (min səkkiz yüz doxsan iki) manat ödənilməmiş əsas borc, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 1912 (min doqquz yüz on iki) manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 40.81 (qırx manat 1 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 1892 (min səkkiz yüz doxsan iki) manat ödənilməmiş əsas borc, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 1912 (min doqquz yüz on iki) manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 40.81 (qırx manat 81 qəpik) manat məbləğində Cavabdeh tutularaq "xxxx" MMC-nin ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar