Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3946/2021 20.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh1nun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi. İddiaçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 müştərək qaydada AN-İ № ******* saylı, 27.09.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilmiş, lakin X13 tərəfindən qoyulub və götürülmüş, ona çatmamış əmlakın qarşılığı olan, ödənilməyən pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə dəqiqləşmə verərək Cavabdeh1 evin dəyərinə görə 23.260 manat, yoldaşı X5 müalicəsinə çəkilən xərcə görə 3.250 manat, mənəvi ziyana görə 10.000 manat vəsaitin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, evi saxta yolla əlindən alınmış şəhid ailəsidir. Cavabdeh1 2019-cu ildə onu və ailəsini “mülkiyyətdən istifadəyə dair maneələrin aradan qaldırılması, zəbt olunmuş tikilidən çıxarılma, zəbt olunmuş sahənin sahə mülkiyyətçisinə qaytarılması, zəbt olunmuş sahədə qanunsuz inşa edilmiş tikililərin sökülməsi”nə dair iddia ərizəsi ilə 22 avqust 2019-cu ildə Suraxanı Rayon Məhkəməsinə vermişdir. Bütün tələbləri saxtakarlıq və mülahizələrdən ibarət olsa da, iddiaçının tələbləri qismən təmin edilmiş, 14 noyabr 2019-cu il tarixli, 2(010)-4701/2019 saylı iş üzrə qətnamə çıxarılmışdır. Qətnamədə cavabdehin tələbləri mülk hissəsində “Alqı-satqı müqaviləsi”nə istinadən təmin edilmişdir. O da eyni zamanda polisə müraciət etmişdir. Belə ki, 2(010)- 4701/2019 saylı işdə sözü gedən AN-İ № ******* saylı, 27.09.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun etibarnaməsilə notariatın Bank Respublikada olan hesabından, 32260 (otuz iki min iki yüz altmış) manat bir, 12098 (on iki min doğsan səkkiz) manat bir, cəmi 44358 (qırx dörd min üç yüz əlli səkkiz) manat pul vəsaitini alan, lakin ona təqdim etməyən, Fəridənin tanışı olan Cavabdeh2 müəyyən etsinlər və cavabdehlərə cinayət işi açıb ona məxsus olan pulu onlardan alınıb verilməsini təmin eləsinlər. Polis müvafiq olaraq araşdırma aparmış, izahatlar almış, mülki iş olduğu, məhkəmə qaydasında həll edilməli olması barədə rədd qərarı çıxarmışdır. Həmin vaxt məhkəmə davam edirdi. Məhkəmənin yekun qərarı qüvvəyə minməmişdi. Hərçənd istintaqın qərarın birinci instansiya məhkəməsinin qətnaməsi verilənə qədər ala bilməmişdir. Fəridə sözü gedən formal alqısatqını, məhkəməyə həqiqi alqı-saqtı kimi təqdim etdi. Onillərlə yaşadığı mülkünü həmin müqaviləyə istinadən məhkəmə vasitəsi ilə alıb ələ keçirməyə çalışırdı. İşlə bağlı aidiyyatı üzrə apelyasiya şikayəti vermiş, 23 yanvar 2020- ci il tarixində, apelyasiya məhkəməsinə istintaqın rədd qərarın təqdim etsə də, məhkəmə “pulunuzu Qumşut apanb, Fəridəyə heç bir aidiyyatı yoxdur, gedin onu ayrıca pul tələbi ilə məhkəməyə verin” deyərək, hazırlıq iclasında heç bir araşdırma aparmadan, tərəfləri dinləmədən birbaşa qərar verərək 1-ci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan qətnamə çıxarmışdır. Hərçənd Qumşutu pul qoyub formal alqı-satqını həyata keçirməsi üçün Fəridə gətirmişdi. Buna heç kim baxmamışdır. Daha sonra Ali Məhkəməyə müraciət etmiş, eyni vəziyyətlə qarşılaşmışdır. Burada heç Qumşut məsələsinə toxunulmamışdır. Eləcə, formal alqı-satqı həqiqi alqı-satqı hesab edilmiş, qətnamələr dəyişdirilmədən saxlanmışdır. Mülkü əlindən alınıb sələmçi Fəridəyə verilməsi qərarla təmin edildi. Hal-hazırda o, mülkün qarşılığında Fəridənin onlara ödədiyi vəsaiti tələb edir. Rəsmi sənədlərlə faktiki ona ödənilmiş sayılan vəsaiti. Daha sonra o, polisin istintaqından əldə etdiyi sübutlarla Qumşutu pul tələbi ilə Suraxanı Rayon Məhkəməsinə vermiş, lakin Qumşut Sabunçu rayonunun qeydiyyatında olduğuna görə aidiyyatı üzrə iddia ərizəsini Suraxanı rayonundan geri götürərək Sabunçu Rayon Məhkəməsinə vermişdir. İcranın dayandırılması ilə bağlı məhkəməyə müraciəti icraata götürülmüş olsa da, bildiriş qəsdən ləngidilmişdir ki, icra həyata keçirilsin. Cavabdeh2 Sabunçu Rayon Məhkəməsi prosesə cəlb etmiş. Məhkəmə araşdırması zamanı Qumşut çıxışında Fəridəni əvvəllər yaxın münasibətdə olduğu Lətafət vasitəsi ilə tanıdığını bildirmişdir. Belə ki, Fəridəyə formal alqı-satqmı həyata keçirmək üçün pul lazım olduğunu Lətafət ona bildirmiş, Qumşut isə 200 manat qarşılığında alqı-satqının təmin olunması üçün tələb olunan vəsaitin onun tərəfindən Fəridəyə verildiyini bildirdi. Qumşut alqı-satqıdan sonra pulun notariat hesabından çıxarılmasını kimsəyə etibar etmədiyini, ona görə pulu alan tərəfdən, yəni ondan etibarnamə istədiyini Fəridəyə bildirmişdir. Beləliklə ona çatmalı olan pulu onun etibarnaməsilə, yəni, öz pulunu aldığını məhkəmədə bildirmişdir. Məhkəmə bu məqamda cavabdehin Fəridə olduğu qənaətinə gəlmişdir. Lakin, Fəridənin Suraxanı rayonu ərazində yaşadığına görə eyni zamanda əvvəlki qərarlara görə Suraxanının qərarlarını qurdalamamaq niyyəti ilə tövsiyyə etmişdir ki, Sabunçu məhkəməsindən ərizəni götürüb aidiyyatı üzrə Suraxanı məhkəməsinə verək. Onlar, minvalla işi Sabunçudan götürüb yenidən Suraxanıya vermişlər. Lakin, bütün məhkəmə instansiyaları Fəridənin xeyirinə qərar qəbul edilmişdir. Belə olduğu təqdirdə, onlar ödənmiş deyilən pul vəsaitini tələb edirlər. Pulu notariat hesabından çıxaran Qumşut Sabunçu məhkəməsində iddianı qəbul etdi və bildirdi ki, pulu götürüb doğrudur, amma öz pulunu götürüb. Bütün saxtakarlığı quranın isə Fəridə olduğunu bildirdi və onun məhkəməyə cəlb edilməsini xahiş etdi. Hesab edir ki, Cavabdeh2 iştirakı ilə alqı-satqı nəticəsində ona çatmalı olan, lakin çatmayan pul vəsaitinin barəsində araşdırma aparılmalı, evinin qiymət qarşılığı olan bu pul Fəridədən alınıb ona ödənilməlidir. Odur ki, qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi və bildirdi ki, pulun Fəridə tərəfindən götürülməsi məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək alqı-satqı müqaviləsində qeyd olunan 12 min manat məbləğində pulun Məhərrəm Kələntərova aid olduğunu, Cavabdeh1 ilə əlaqəsi olmadığını bildirdi və qeyd etdi ki, iddia əsasızdır, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin hallarını araşdıraraq və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin 29.11.2019-cu il tarixli 100- 8423M-1219 saylı Nümayəndə ünvanlanmış məktubundan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. - Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli 2(010)- 4701/2019 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər İddiaçı, X8, Nümayəndə və X9 qarşı «iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən «A» tikilisindən çıxarılmaları, iddiaçının mülkiyyətində olan həmin tikilinin boşaldılaraq iddiaçıya boş vəziyyətdə təhvil verilməsi, həmin sahədən istifadəyə dair yaradılmış maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və mənəvi zərərin tutulması tələbinə dair ilkin və cavabdeh İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, evin alqı-satqı müqaviləsi üzrə müəyyən olunmuş dəyərinin ödənilməsi və pulun qanunsuz saxlanılması nəticəsində faizlərin hesablanaraq tutulması tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X10, Nümayəndə və X12 Bakı şəhəri, Suraxanı 'ayonu, Hövsan qəsəbəsində yerləşən 59/67-537/545 nömrəli bağ evinin paylı mülkiyyət nüququ üzrə X2 məxsus olan «A» tikilisindən çıxarılması, X2 məxsus olan «A» tikilisi cavabdehlər İddiaçı, X10, Nümayəndə və X12 tərəfindən boşaldılaraq iddiaçıya boş vəziyyətdə təhvil verilməsi və həmin tikilidən istifadəyə dair yaradılmış maneələr cavabdehlər tərəfindən aradan qaldırılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, İddiaçı X2 qarşı AN-İ № ******* saylı 27.09.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, evin alqı-satqı müqaviləsi, üzrə müəyyən olunmuş dəyərinin ödənilməsi və pulun qanunsuz saxlanılması nəticəsində faizlərin hesablanaraq tutulması tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə 2008-ci ildə bağlanmış və cavabdehə evin alqı-satqısından əldə olunmuş vəsaitin ona verilməməsi artıq həmin vaxt ona məlum olmuşdur. Lakin, buna baxmayaraq cavabdeh alqı satqı müqaviləsinin etibarsızlığını tələb etməmiş və buna heç bir cəhd göstərməmişdir. Bundan başqa, iş materallarından müəyyən olunur ki, cavabdeh Həsənova X6 Qumşut Yusub oğluna Respublika Bankının **********1370 saylı depozit hesabında olan 12098 manat və 32260 manat pulu almağı, aldığına dair imza etməyi və tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hərəkətləri etməyi etibar etmişdir. Məhkəmə hesab etmişdir ki, evin dəyəri Cavabdeh1 tərəfindən notariat kontoruna mədaxil olunduğundan 34000 manat pulun tutulması hisəsində qarşılıqlı iddia tələbi əsassızdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli 2(103)- 2322/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli 2(010)-4701/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilmişdir. Ali Məhkəmənin 2(102)-4632/2020 saylı 15.10.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli 2(103)-2322/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materillarına X5 Respublika Narkoloji mərkəzində asılılıq sindromu (Xr alkoqolizm) diaqnozu ilə qeydiyyatda olması və xəstəlikləri ilə əlaqədar müayinələrdən keçməsi ilə bağlı tibbi sənədlər əlavə edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilə imzalanmış, sonradan onların aralarında bununla bağlı məhkəmə mübahisələri olmuşdur. Məhkəmələr alqı-satqı müqaviləsi üzrə cavabdehin hüquqlarını tanımış, eləcə də, satış pulunun cavabdeh tərəfindən nümayəndə vasitəsi ilə verildiyi qənaətinə gəlmişlər. Hazırkı iddia tələbində iddiaçı əslində alqı-satqı pulunun onlara verilmədiyini, cavabdehin pulu mənimsədiyini iddia edirlər və bunun sübutu kimi CD disk və digər yazılı sübutlar təqdim edirlər. Cavabdeh tərəf bu məsələyə artıq əvvəlki məhkəmə aktları ilə münasibət bildirildiyini qeyd edir. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddia tələbi Cavabdeh1 qarşı yönəlmişdir. Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, hazırkı işdə preyudisiallıq prinsipi baxımından yuxarıda qeyd edilən məhkəmə qətnamələri nəzərə alınmalıdır. Belə ki, həmin qətnamələrlə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarlı hesab edilmiş, həmçinin yaranmış müqavilə münasibətləri çərçivəsində İddiaçı Cavabdeh1 mübahisəli evin satışı ilə bağlı pul tələbi əsassız hesab edilmişdir. Ona görə də, hazırkı işdə iddiaçı tərəfin cavabdeh tərəfdən müqavilə münasibətlərindən yaranan əsaslarla mübahisəli evlə bağlı, pul tələb etməsi əsaslı hesab edilə bilməz. Çünki, işə daha əvvəl baxan məhkəmələr tərəfindən bu məsələlərə qiymət verilmiş və tərəflər arasında müqavilə etibarlı hesab edilmişdir. Alqı-satqı müqaviləsinin əsasını satıcının əmlakı alıcıya verməsi müqabilində alıcının həmin əmlakın dəyərini satıcıya verməsi təşkil edir. Belə olan halda, nə qədər ki, müqavilə etibarlı hesab edilmişdir, demək ki, iddiaçı tərəf də razılaşdırılmış satış pulunu qəbul etmiş sayılır. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məkəmə iddia tələbinin iddiaçının həyat yoldaşı X5 müalicəsinə çəkilən xərc hissəsini əsassız hesab edir. Belə ki, əvvəla iddiaçı X4 X5 adından iddia qaldırmaq səlahiyyəti iş materialları ilə müəyyən olunmur, bundan başqa, hazırkı mübahisə ilə bağlı cavabdeh tərəfindən O.N.Mustafayevin səhhətinə hər hansı bir ziyan vurulması halı da sübut olunmur. Məhkəmə tələbin mənəvi ziyan hissəsi ilə bağlı qeyd edir ki, mənəvi ziyan tələbi iddianın əsas hissəsini təşkil edən pul tələbi ilə bağlıdır və iddianın cavabdehlərə qarşı pul tələbinə dair hissəsi təmin edilmədiyinə görə mənəvi ziyan tələbi də əsaslı deyildir və təmin edilməməlidir. Çünki, mənəvi ziyan vurulması halı iş materialları ilə təsdiq edilmir və formal mülahizələrə əsaslanmışdır. Beləliklə, məhkəmə iddianı əsassız sayıb, onun təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Balkı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3946/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3946/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver