Məhkəmə qərarları › İş №2(010)-3958/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3958/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3958/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasmov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-ti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart şərtlər müqaviləsinə əsasən 3872,42 manat əsas borc və 203,69 manat faiz borcu olmaqla ümumilikdə 4076,11 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdehilə "TBC kredit" Bank olmayan kredit təşkilatı arasında bağlanmış BAKU0-1470-17597 №-li kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, X3 fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən “TBC Kredit” Bank olmayan Kredit təşkilatından illik 19 faizlə 24 ay müddətinə 5000 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. “TBC Kredit” Bank olmayan Kredit təşkilatı ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbin güzəşti barədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə xx xxxxxx 2019-cu il tarixli 1 saylı Əlavə Sazişə əsasən X3 ilə “TBC Kredit” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən borcun tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il avqustun 24-dək X2 banka fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən 3872,42 manat əsas borc və 203,69 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 4076,11 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart şərtlər müqaviləsinə əsasən 3872,42 manat əsas borc və 203,69 manat faiz borcu olmaqla ümumilikdə 4076,11 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdehilə "TBC kredit" Bank olmayan kredit təşkilatı arasında bağlanmış BAKU0-1470- 17597 №-li kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehiddia tələbi ilə razılaşraq izahatında göstərdi ki, maddi çətinlikləri ilə əlaqədar kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra edə bilməmişdir. İddia təmin olunduğu halda belə borcunu birdəfəyə ödəmək iqtidarında deyil. Məhkəmə proses iştirakçısının izaһatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən “TBC Kredit” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeharasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 19 faizlə 24 ay müddətinə 5000 manat məbləğindəkredit verilmişdir. “TBC Kredit” Bank olmayan Kredit təşkilatı ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbin güzəşti barədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə xx xxxxxx 2019-cu il tarixli 1 saylı Əlavə Sazişə əsasən X3 ilə “TBC Kredit” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən borcun tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. İş materiallarından görünür ki, cavabdeh Şaydulina X1 borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi xx.xx.2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Kassa Məxaric qəbzinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X4“xxxxxx” X5 ASC -dən 2650 AZN məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə borcverən “xxxxxxxx” ASC-yə 3872,42 manat əsas borc və 203,69 manat faiz borcu olmaqla ümumilikdə 4076,11 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh xx.xx.2019-ce il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı “xxxxxxxx” ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən 3872,42 manat əsas borc və 203,69 manat faiz borcu olmaqla ümumilikdə 4076,11 manatborcun tutulması və tərəflər arasında bağlanmışBAKU0-1470-17597 №-likredit müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli və iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə Cavabdeh Temirxanovndan 3872,42 manat əsas borc və 203,69 manat faiz borcu olmaqla ümumilikdə 4076,11 manat məbləğində borc tutularaq “xxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxxxxxx” ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3872,42 manat əsas borc və 203,69 manat faiz borcu olmaqla ümumilikdə 4076,11 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehilə "TBC kredit" Bank olmayan kredit təşkilatı arasında bağlanmış BAKU0- 1470-17597 №-li Kredit müqaviləsi ləğv edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar