Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-396/2020 18.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 12000 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun qızının keçmiş həyat yoldaşıdır. Onun qızı x5 ilə Cavabdeh ev almaq niyyətində olmuşlar və həmin evin qiyməti isə 15600 manat təşkil etmişdir. Cavabdeh 12000 manat pulu olduğundan evin qalan pulunu, yəni 3000 manatını o, vermişdir. Daha sonra əlavə işlər üçün 600 manat tələb olunduğundan o, cavabdehə 600 manat vermişdir. Sonradan o, Cavabdeh həmin evi təmir etdirmək məqsədilə 8400 manat məbləğində pul vermişdir. Həmin vaxt cavabdeh onun qızı ilə evli olduğundan o cavabdehə pulu verərkən qəbz almamışdır. Həmin ev alındıqdan sonra onun tərəfindən usta tutulmuş, təmir işləri ilə əlaqədar bütün materialları o təşkil edərək təmir-tikinti işini başa çatdırmışdır. Onunla cavabdeh arasındakı razılaşmaya əsasən cavabdeh həmin pulu ona bir müddət sonra qaytarmalı idi. Lakin sonradan onun qızı ilə cavabdeh arasında problemlər yaranmış və onların nikahları pozulmuşdur. O, Cavabdeh borclu olduğu pulu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə onun pulunu qaytarmaqdan yayınır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdiki, o, iddiaçı onun keçmiş qaynatasıdır. Onun iddiası əsassızdır, belə ki, iddiaçı ona pul verməmişdir. O, iddiaçının qızı x5 ilə 2006-cı ildə ailə qurmuş, 2017-ci ildə isə onların nikahları pozulmuşdur. Onun anası tərəfindən 2014-cü ildə yaşamaqları üçün onlara ev alınmış və 2015-ci ildən həmin evdə yaşamışlar. Həmin evin bütün təmir işləri onun tərəfindən aparılmış və ustaya verilən pul onun özü tərəfindən verilmişdir. İddiaçı ondan x5 ilə birgə nikah dövründə alınmış özbaşına tikilinin dəyərinin qızına verilməli olan hissəsini tələb edir. İddiaçının qızı x5 oxşar məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin 25.09.2019-cu il tarixli qətnaməsi ilə özbaşına tikilinin alınmasına görə 15600 manat məbləğin ½ hissəsi yəni, 7800 manat ondan alınıb x2 qaytarılması qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti versə də, onun şikayəti təmin edilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu barədə etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən x6 öz ifadəsində bildirmişdir ki, Cavabdeh onun oğludur. İddiaçı isə onun keçmiş gəlinin atasıdır. İddiaçı onun oğluna ev almaq və təmir etdirmək üçün pul verməmişdir. Bundan əlavə iddiaçı həmin mənzildə heç bir təmir-tikinti işləri aparmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən Kərimova Hökimə Həsən-Ağa qızı öz ifadəsində bildirmişdir ki, Cavabdeh onun qardaşıdır. Qardaşı evləndiyi gündən onların evində həmişə söz-söhbət olmuşdur. O, qardaşının evinə tez-tez gedib-gəlmiş, lakin həmin evdə təmir işləri aparıldığını görməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən x5 öz ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. Cavabdeh isə onun keçmiş həyat yoldaşıdır. Onunla Cavabdeh birgə nikah dövründə 15600 manata fərdi yaşayış evi almışlar. Həmin evin alınması məqsədilə 3600 manat pul onun atası İddiaçı tərəfindən verilmişdir. Daha sonra həmin evin qarşısında əlavə tikinti işləri apararkən onun atası tərəfindən 2500 manat məbləğində pulu Cavabdeh vermişdir. Evin alınması və təmir olunması məqsədilə onun atası tərəfindən Cavabdeh ümumilikdə 12000 manat pul verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən x3 öz ifadəsində bildirmişdir ki, o, İddiaçı evinə tez-tez getdiyindən iddiaçını yaxından tanıyır. İddiaçı öz evini satmış və hazırda yaşadığı fərdi yaşayış evinə köçərkən bir-iki gün onlarda qalaraq iddiaçıya köməklik göstərmişdir. Həmin vaxt iddiaçının kürəkəni Cavabdeh özünə məxsus evdə təmir-tikinti işlərinin aparılması üçün İddiaçı pul lazım olduğunu bildirdi. İddiaçı onun yanında Cavabdeh evin təmir olunması məqsədilə 8400 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən x9 öz ifadəsində bildirmişdir ki, o, İddiaçı əmisi nəvəsidir. O, ustadır. Cavabdeh fərdi yaşayış evini aldıqdan sonra həmin evdə təmir-tikinti işlərini o aparmışdır. Həmin fərdi yaşayış evi təmir olunarkən üstü sökülmüş, böyürləri daşla hörülmüş, mansart artırılmışdır. Evə lazım olan təmir-tikinti materiallarını o, İddiaçı və onun kürəkəni Cavabdeh ilə birlikdə almışlar. Materialların bir qisminin pulunu İddiaçı vermişdir. Həmin vaxt İddiaçı onun yanında Cavabdeh 8400 manat məbləğində pul vermişdir. İddiaçı tərəfindən pul vəsaiti Cavabdeh evin təmiri üçün verilmişdir. Məhkəmə iddiaçınınvəcavabdehin izahatlarını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayou İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozu y/s, nömrəsiz fərdi evdə yaşayır. İş materiallarına əlavə edilmiş 11.04.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 3978/2019 saylı, 25.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı x1 cavabdehlər Cavabdeh və x4 qarşı «əmlak və pul tələbinə dair» iddiası qismən təmin edilərək, Cavabdeh stenka mebel-450 manat, divan kreslo dəsti - 650 manat, stol-stul dəsti-320 manat, kiçik masa-50 manat, televizor (böyük)-250 manat, Tv altlığı-175 manat, karniz-30 manat, pərdə tül-300 manat, çilçıraq-120 manat, xalça-550 manat, kamin-650 manat, divan-kreslo üstlüyü-75 manat, yataq dəsti-380 manat, xalça -170 manat, çilçıraq-67 manat, karniz-30 manat, süfrələr (5 dəst)-90 manat, yemək dəsti-450 manat, çay dəsti- 250 manat, bagema dəsti-330 manat, xurustallar-700 manat, meduza dəsti-180 manat, pakrıval dəsti (2 ədəd) 120+75 manat, pakrıval qalın (1ədəd)-95 manat, tək döşək 2 ədəd -140 manat, cüt döşək 1 ədəd-200 manat, yorğan tək iki qalın, iki nazik-280 manat,cüt-1 ədəd -80 manat, balış 6 ədəd-105 manat, ədyallar 5 ədəd 75 manat, yataq dəsti tək adamlıq 4 dəst -160 m cüt adamlıq-3 dəst 250 manat, dəsmallar böyük-5 dəst-80 manat, kiçik dəsmallar 12 ədəd- 95 manat, uşaq çarpayısı-200 manat, raskladuşka-75 manat, uşaq döşəyi-50 manat, uşaq yorğanı-45 manat,uşaq dəstləri-45 manat, açılan masa-175 manat, televizor (kiçik)-80 manat, Seqa oyun əşyası-45 manat, xalça-175 manat, mətbəx mebeli-650 manat, soyuducu-340 manat,ətçəkən maşın- 175 manat, şirəçəkən-95 manat, qaşıq dəsti 12 ədəd 7 növ-230 manat,çamadan qaşıq dəsti 1 ədəd-75 manat,xalça-180 manat,karniz-30 manat, qazan dəsti (3 ədəd) -370 manat,çayniklər-50 manat, qab-qacaq 12 ədəd 8 növ-200 manat, süfrələr-65 manat, tok samavar-250 manat,tefal çaynik-55 manat,ütü-85 manat,ütü altlığı -45 manat və mikser 50 manat dəyərində olmaqla alınaraq iddiaçı x2 qaytarılması, Əgər sadalanan əmlaklardan hansısa qətnamə icra olunan vaxt mövcud olmazsa həmin əmlakın (əşyanın) qətnamədə göstərilən dəyəri pul şəklində cavabdehdən alınıb iddiaçıya verilməsi, Tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakların (məişət avadaqlıqlarının) ümumi dəyəri 3080 (üç min səksən) manatının ½ hissəsi, yəni 1540 (bir min beş yüz qırx) manatı və özbaşına tikilinin alınmasına görə çəkilmiş xərc 15600 (on beş min altı yüz) manat məbləğinin ½ hissəsi, yəni 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı x2 qaytarılması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 24.02.2020-ci il tarixli 76 saylı rəyindən müəyyən olunur ki, Ekspertizaya təqdim olunmuş 1 ədəd “VERBATİM” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd «VERBATİM» markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda iştirak edən K1 və K2 diktoruna məxsus danışıq materialları eyniləşdirici tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və Dövlət Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 12-ci maddələrinə əsasən bildirilmişdir ki, həmin fonoqramda İddiaçı və Cavabdeh məxsus səs və nitqin olub-olmaması haqqında rəy vermək mümkün deyildir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “VERBATİM” markalı CD diskdə olan mübahisəli fonoqramda tədqiqi hissədə qeyd olunan səbəblərdən montaj əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “VERBATİM” markalı CD diskdə olan mübahisəli fonoqramın həcmi və keyfiyyəti kifayət qədər olmadığından yazılışın aparıldığı akustik şəraiti müəyyən etmək mümkün olmamışdır.Ekspertizaya təqdim olunmuş 1 ədəd “VERBATİM” markalı CD diskdə olan mübahisəli fonoqramın yazılmasında psixoakustik kodlaşma proqram təminatlı kodeklərə malik MP3, WMA, AAC, Vorbis formatda yazan rəqəmsal yazı qurğusundan istifadə olunmuşdur və ya ilkin yazılmış fayl-fonoqram sonradan qeyd olunan kodeklər vasitəsi ilə təkrar kodlaşdırılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edilən Məcəllənin 740.2.-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu məcəllənin 449.1.-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırda iddiaçı Cavabdeh 12000 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. . Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 12000 manat pulu tələb edərək bildirmişdir ki, həmin pulun 3600 manat hissəsi cavabdehə fərdi yaşayış evinin alınması məqsədilə verilmiş, yerdə qalan 8400 manat hissəsi isə həmin evin təmiri məqsədilə verilmişdir. İş materiallarına əlavə olunmuş qətnamədən müəyyən olunur ki, evin alınması məqsədilə 3600 manat pul vəsaiti Nuranə və onun atası tərəfindən verilmiş və buna görə də həmin məbləğ birgə nikah dövründə əldə olunmuş əmlakın dəyəri kimi qiymətləndirilərək tərəflər arasında bölünmüş, həmin məbləğin ½ hissəsinin Cavabdeh tutularaq x2 ödənilməsi qət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3600 manat pul vəsaiti tərəflər arasında bölündüyündən iddia həmin hissədə təmin oluna bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 8400 manat məbləğində borc almışdır. Lakin sonradan cavabdeh iddiaçıya borc məbləğini qaytarmamışdır. İş üzrə İddiaçı həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu öhdəliklərini lazımınca icra etməməklə mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Onlar arasında qohumluq əlaqəsi olduğundan müqavilə şifahi formada bağlanmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8400 manat məbləğində borc pul və 30 manat dğvlət rüsumu tutularaq İddiaçına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində borc və 30(otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1(bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-396/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-396/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver