Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3962/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 1254 manat məbləğində əsas borcun, 742 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu ilə, cəmi 2026 manat məbləğində borcun Cavabdeh alınaraq iddiaçı «TAB” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «TAB” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh 14.09.2017-ci il tarixli, alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazından 1607 azn dəyərində “İphone 7 32gb” markalı mobil telefon almış və bu zaman müqaviləyə uyğun olaraq 239 azn həcmində ilkin ödəniş etmiş, 1368 manat təşkil edən qalıq məbləği isə 12 ay ərzində, hər ay 114 manat ödəmək şərti ilə ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh cəmi 114 manat ödəniş etmiş, qalan 1254 manat isə ödənilməmiş qalmışdır. Gecikdirmə ilə əlaqədar 14.09.2018-ci il tarixinə qədər yaranan dəbbə pulu (faiz borcu) isə 742 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.09.2017-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” - fərdi sahibkar kimi qeydə alınmış X3 “alıcı” Cavabdeh dəyəri 1607 manat olan “İphone 7 32gb” satılmışdır. Həmin Müqavilənin şərtlərinə görə alıcı ilkin ödəniş olaraq 239 manat, bundan sonra 12 ay müddətində hər ay 114 manat ödənilməsini üzərinə götürmüşdür. Həmin Müqavilənin 5.3-cü bəndi ilə ödəniş cədvəlindəki gecikmələrə görə “Alıcı” hər gecikdirilən gün üçün aylıq ödənişin 3 faizi həcmində cərimə ödəməlidir. İşin materiallarında olan 10 oktyabr 2020-ci il tarixli Bağışlama müqaviləsindən görünür ki, X3 əvəzsiz olaraq 14.09.2017-ci il tarixində 12 aylıq bağlanmış “4229205” nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını İddiaçı MMC bağışlamışdılr. İş materiallarında olan «TAB” MMC-i tərəfindən tərtib edilmiş 08 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh 14.09.2017-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə 1254 manat ödənilməmiş əsas məbləğ və 742 manat dəbbə pulu olmaqla – cəmi 1996 manat məbləğində borcu vardır. Alıcı əsas borcundan 114 manat məbləğində pul ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, fərdi sahibkar kimi qeydə alınmış X3 “alıcı” Cavabdeh 14.09.2017-ci il tarixli müqaviləsinə əsasən dəyəri 1607 manat olan “İphone 7 32gb” satmışdır. Həmin Müqavilənin şərtlərinə görə alıcı ilkin ödəniş olaraq 239 manat, bundan sonra 12 ay müddətində hər ay 114 manat ödənilməsini üzərinə götür olsa da, öhdəliyini lazımınca icra etməmiş və nəticədə alıcı tərəfindən əsas məbləğ üzrə 1254 manat məbləğində pul vəsaiti ödənilməmişdir. 10 oktyabr 2020-ci il tarixli Bağışlama müqaviləsindən görünür ki, X3 əvəzsiz olaraq 14.09.2017-ci il tarixində 12 aylıq bağlanmış “4229205” nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını İddiaçı MMC bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1.-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Sadalanan xüsusatlara qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi ilə müəyyənləişdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliyini icra etməyərək aldığı əşyanın əvəzini ödəmədiyindən iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 742 manat məbləğində dəbbə pulunun tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən 14.09.2017-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə 10 manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 14.09.2017-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1254 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 1264 manat məbləğində pul vəsaiti «TAB” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 1254 (min iki yüz əlli dörd) manat məbləğində borc, 10 (on) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1294 ( min iki yüz doxsan dörd) manat məbləğində pul vəsaiti iddiaçı «TAB” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3962/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3962/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver