Məhkəmə qərarları › İş №2(010)-3968/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3968/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3968/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 14.06.2019cu il tarixli İK № Özəl (2) 904/F-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və TuranBank ASC ilə Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli İK № Özəl (2) 904/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh “Bank”a olan 4,595.74 (dörd min beş yüz doxsan beş manat, yetmiş dörd qəpik) manat əsas, 768.76 (yeddi yüz altmış səkkiz manat, yetmiş altı qəpik) manat faiz, 1,510.88 (min beş yüz on manat, səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,875.38 (altı min səkkiz yüz yetmiş beş manat, otuz səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia həcminin artırılması barədə ərizə təqdim edərək, TuranBank” Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli İK № Özəl (2) 904/F-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və TuranBank ASC ilə Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli İK № Özəl (2) 904/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh “Bank”a olan 4359,7474 manat əsas, 1212,97 manat faiz, 1685,27 manat cərimə borcu olmaqla, cəmi 7257,98 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin “Yasamal”'filialı ilə Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli İK № Özəl (2) 904/F-19 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 24 % faiz olmaqla 36 (otuz altı) ay müddətinə 6.000 (altı min ) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh (borcalan) öhdəliklərinin icrasının təminatı kimi TuranBank ASC ilə Zamin arasında 14.06.2019-cu il tarixli Özəl (2) 904/F-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh 14.06.2019-cu il tarixli İK № Özəl (2) 904/F-19 saylı kredit müqaviləsinə əsasən 14 aprel 2021-ci il tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcunu ödəniş qrafıkinə uyğun ödəməmişdir. Hal-hazırda Cavabdeh “Bank”a 4,359.74 manat əsas, 1212,97 manat faiz, 1685.27 manat cərimə borcu olmaqla, cəmi 7257,98 manat kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhtəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanm Bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Zamin və Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.06.2019-cu il tarixli İK № Özəl (2) 904/F-19 saylı borcverən İddiaçı QSC ilə kredit alan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 14.06.2019-cu il tarixli İK № Özəl (2) 904/F-19 saylı zaminlik müqaviləsindən görünür ki, Zamin kredit alan Cavabdeh bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 14.06.2019-ci il tarixli Kredit müqaviləsi üzrə banka 4359,74 manat məbləğində əsas borc, 1212,97 manat məbləğinə faiz, cərimə 1685,27 manat borcu vardır. İş materiallarından görünür ki, cavabdehlər borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə 14.06.2019-cu il tarixli Kredit Müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımı qaydada icra etməyərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 420.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh 14.06.2019-cu il tarixli İK № Özəl (2) 904/F-19 saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, digər cavabdehlər – Zamin isə lazımınca icra edilməmiş öhdəlik üzrə sonuncu ilə birgə məsuliyyət daşıdıqlarından iki cavabdehə qarşı pul tələbinə dair iddia əsaslıdır. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 20 manat məbləğinə qədər azaldılmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlərdən 4359,74 manat məbləğində kredit borcu, 1212,97 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5582,71 manat məbləğində borc tutulması, tərəflər arasında bağlanmış 14 iyun 2019-cu il tarixli İK Özəl (2) 904/F-19Kredit müqaviləsi ləğv edilməsi barədə iddia tələbi əsaslıdır. İddia qalan hissədə təmin edilməməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı «TuranBank” Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin, müştərək qaydada 4359,74 manat məbləğində kredit borcu, 1212,97 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5582,71 manat məbləğində və 30 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tarixli İK Özəl (2) 904/F-19Kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar