Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3989/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia qaldırıb, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bankın xeyrinə 0.44 manat məbləğində əsas borc, 510.92 manat faiz borcu, ümumilikdə 511,36 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verib bildirdi ki, iddiaçı təşkilatın cavabdehlərin ölməsindən xəbəri olmamış, bu səbəblə onlara qarşı iddia qaldırmışdır. Hazırda mərhumların hüquqi varislərinin axtarılması üçün məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 18.02.2016-cı ildə, Cavabdeh2 isə 16.09.2015-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nın 72.3-cü maddəsinə görə ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin nümayəndəsi kimi çıxış edir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, eləcə də, iddia verilərkən Cavabdeh1 və Cavabdeh2 öldüyünü nəzərə alaraq hesab edir ki, işin icraatına xitam verilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3989/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3989/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver