Məhkəmə qərarları › İş №2(010)-399/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-399/2025

07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-399/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq iddiaçının xeyrinə tutulması və mediasiya üçün ödədiyi 50 manat pulun iddiaçıya verilməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh nikahı xx.xx.2014-cü ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 776 saylı nikahla rəsmi olaraq evlənmiş, həmin nikahdan xx.xx.2015ci ildə qızı X6 anadan olmuşdur. Ucar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(063)- 67/2020 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) Cavabdeh qarşı ‘’nikahın pozulması, uşağın iddiaçının yanında qaldığının müəyyən edilməsi və aliment tələbinə” iddia ərizəsi təmin edilərək, xx.xx.2014-cü ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 776 saylı nikah qeydi ləğv edilmiş, övladı yanında saxlanılmış, həmin qətnaməyə əsasən Cavabdeh xx.xx.2015-ci ildə qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi təmin edilmişdir. Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(063)-1127/2022 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) alimentin miqdarı 170,0 manatdan artırılaraq 186 manat xeyrinə tututması qət edilmişdir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, özü Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(063)-11272022 saylı qətnaməsi ilə müəyyən edilmiş 186 manat məbləğində alimenti maddi vəziyyəti ilə bağlı olaraq güclə ödəyir. Belə ki, bir müddət heç bir yerdə işləməmişdir və bu səbəbdən maddi vəziyyəti ağır olmuşdur. Hətta o, iddiaçının özünə də məlumat vermişdir ki, aliment ödənişlərində gecikmələr olacaq. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində İnşaat fəhləsi vəzifəsində işləyir və aylıq əmək haqqı 555.43 manatdır. Onun 5 aydan sonra başqa övladı dünyaya gələcəkdir, maddi vəziyyəti ağırdır və ailəsinin dolanışığında çətinlik çəkir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materialları Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə doğulmuş və valideynləri Cavabdeh ilə İddiaçıdır. Ucar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(063)-67/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddiası təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış və 02 sentyabr 2014-cu ildə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 776 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 02 iyul 2015-ci ildə doğulmuş X6 iddiaçı X4 yanında qalması, Cavabdeh 19 mart 2020-ci ildən başlayaraq 02 iyul 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yuz yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(063)-11272022 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi barədə iddiası qismən təmin edilmiş, 02 iyul 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Ucar Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(063)-67/2020 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan 170 (bir yüz yetmiş) manat alimentin miqdarı artırılaraq hər ay üçün 186 (bir yüz səksən altı) manat müəyyən edilmiş və həmin miqdarda aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 02 iyul 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X5 verilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02150 saylı arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi "alimentin artırılması" tələbi üzrə xx.xx.2024-cü il tarixində 13:00-dan 14:00-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İşin faktiki halları İddiaçı və Cavabdeh 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından 2015-ci ildə Fatimə adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı, cavabdehdən övladı Fatimənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.

8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi İddiaçı və Cavabdeh 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından 2015-ci ildə Fatimə adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı, cavabdehdən övladı Fatimənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. Məhkəmə tərəflərin övladı Fatimənin saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi il - 2024-cü il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (345 manat) 0.68 misli miqdarında aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyindən çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. Belə olan halda ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(063)-11272022 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində müəyyən edilməli və xx.xx.2024-cü il tarixdən hesablanmaqla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-399/2025 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(063)-11272022 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində müəyyən edilsin və xx.xx.2024-cü il tarixdən hesablanmaqla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-399/2025 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar