Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3993/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, 18 aprel 2009-cu il tarixdə anadan olmuş X2, 10 aprel 2012-ci il tarixdə anadan olmuş X3 və 30 mart 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(010)-2528/2021 saylı qətnaməsi ilə hər ay 150 (yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat miqdarında tutulan alimentin artırılaraq 193 (yüz doxsan üç) manat olmaqla üç azyaşlı uşağın saxlanmasına cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(010)-2528/2021 saylı qətnaməsi ilə Cavabdeh 18 aprel 2009-cu il təvəllüdlü X2, 10 aprel 2012-ci il təvəllüdlü X3 və 30 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 aprel 2021-ci il tarixdən başlayaraq, hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat miqdarında aliment pulu almalıdır. Qətnamə icraya yönəldiyi tarixdən Cavabdeh qət edilmiş aliment pulunu vaxtaşırı olaraq almışdır Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunu səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nın 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(010)- 2528/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı X1 xeyrinə 18 apre! 2009-cu il təvəllüdlü X2, 10 aprel 2012-ci təvəllüdlü X3 və 30 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat olmaqla cəmi 450 manat alimentin tutulması qət edilmişdir. - xx.xx.2022-ci il tarixli, MŞB/6-4496 saylı mediasiya arayışından görünür ki, tərəflər arasında mediasiya prosesi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən baş tutmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflərin birgə nikahından doğulan üç azyaşlı uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə məhkəmə qətnaməsi ilə aliment tutulur. İddiaçı həmin məbləğin hazırkı dövrün tələblərinə cavab vermədiyi və əlavə xərclər çəkdiyi üçün artırılmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin mənasından göründüyü kimi aliment məbləğinin dəyişdirilməsi o halda baş verir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Yəni, tərəfin gəliri ya artmış, ya da azalmış olsun. Bu halda, iddiaçının tələbinə əsasən aliment məbləği müvafiq olaraq artırıla və ya azaldıla bilər. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, lakin qeyd olunan məbləğdə alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər imkanının olmasını göstərən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından hazırki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Osmanova Səbı̇ nə Şahsöyün qızının Cavabdeh Valeryevı̇ çə qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3993/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3993/2022
10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver