Məhkəmə qərarları › İş №2(010)-400/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-400/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-400/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X7 o qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X7 o qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 38.534 manat borcu tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, respublikanın müxtəlif rayonlarının heyvan bazarlarından iri və xırda buynuzlu heyvanları alaraq gətirib Bakı şəhərində ət kəsimi mağazalarına topdan satırdı. Mağaza sahibləri ilə münasibət yarandıqda onlara nisyə mal verirdi. 2019-cu ilin sonlarında ona məxsus mal-qaranın daşınması ilə məşğul olan sürücü Asifin vasitəsi ilə Suraxanı rayonu, Əmircən qəsəbəsində yerləşən “Qarabağ” stadionunun yaxınlığında olan “Dostluq” adlı ət kəsimi və satışı mağazasının sahibi X3 ilə tanış olmuş, Pirismayıl ondan nisyə şəkildə ona mal-heyvan verməyini, o da kəsib ətin hər kiloqramının üzərinə öz qiymətini qoymaqla pulunu verəcəyini xahiş etmişdir. 2019-cu ilin sonlarından 2021-ci ilin aprel ayının sonlarınadək həmin mağazaya mal verib, lakin malın satışından əldə edilən gəlirdən bir qismini saxlamaqla, Pirismayıl ona 38.534 manat pul borclu qalmış, dəfələrlə ona müraciət edərək həmin borcun qaytarılmasını tələb etsə də, o pulun qaytarılmasından boyun qaçırmışdır. Bununla əlaqədar Suraxanı rayon Polis idarəsinə müraciət etmiş və nəticədə 19.08.2021-ci il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 19.08.2021-ci il tarixli qərarda X1 İddiaçı 38534 manat borcunun olmasının təqdim edilmiş diskə baxış keçirilməsi zamanı müəyyən edildiyi qeyd edilmişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək cavabdehin onun pulunu verməmsi səbəbindən onun da heyvan satıcılarına borclu qaldığını bildirib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh X3 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə uyğun olaraq işə məhkəmə iclasında iştirak etməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında aparılan araşdırma zamanı X4 izahatında göstərmişdir ki, “Dosdluq” adlanan kafe və ət kəsimi mağazasının sahibidir. İddiaçı ilə 2019-cu il tarixdən Asif adlı sürücünün vasitəsi ilə tanış olmuş, Ələsgərlə 2019-cu ildə razılaşmışdır ki, o topdan qiymətə ona iri və xırda buynuzlu heyvanlar verəcək, o da öz növbəsində mağazsında əti sataraq onun pulunu verəcəkdir. Həmin satışdan Ələsgərə xeyir vermiş, 2020-ci ilin mart ayından məlum pandemiya ilə əlaqədar ət kəsimi zəiflədiyi üçün kəsilmiş ətləri sata bilməmiş və ya dəyərindən ucuz qiymətə satmışdır. Mağazada satış dayanmasın deyə məcburiyyət qarşısında əti sümüksüz halda satmağa başlamış, lakin Ələsgər bunu nəzərə almamış, mağazada satışdan əldə olunan gəlirlərin hesablanması və qeydiyyataalınması ilə qeyri rəsmi olaraq oğlu X5 ağarmış, Teymur sadəcə mağazaya gələn ətin gəlməsini və satılmasını dəftərdə qeydiyyatını aparmış, hazırda Ələsgərə borcu ödəməyə imkanı yoxdur və aylıq məbəğlərə bölünməklə borcunu qaytarmağa söz verir. İddiaçı tərəfindən təqdim edilən dəftərdə ətin satışı ilə bağlı müxtəlif hesablamalar aparılmış və sonda cəm olaraq qalan pulun 38534 manat olması müəyyən edilmişdir. İş materiallarında olan CD diskdə əks olunmuş video çəkilişdə İddiaçı ilə cavabdeh X2 oğlu X6 arasında ət satışı ilə bağlı hesablaşma apardıqları, sonda P.Ş.Baqauddinovun 38534 manat borcunun olması ilə bağlı Ə.A.Surxayevin T.P.Baqauddinova məlumat verməsi müəyyən edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş dəftərin CD diskə yazılmış videoda onun əlində olan və Teymur Pirismayılovla birgə qeydlər aparılan eyni dəftər olması da müəyyən edilir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, cavabdeh tərəflər arasında işgüzar münasibətlər olmuş, iddiaçı mütəmadi olaraq iri və xırda buynuzlu heyvanları cavabdehə məxsus ət kəsimi və satışı mağazasına tədarük etmiş, cavabdeh də ət satışını həyata keçirməklə, əldə edilmiş gəlirin bir hissəsini iddiaçıya vermidir. Tərəflərin izahatlarından müəyyən edilir ki, pandemiya ölkə ərazisində Covid 19 pandemiyasi ilə əlaqədar karantin rejimi qüvvəyə minəndən sonra ət satışında problemlər başlamış və satış nəzərdə tutulan kimi aparılmamışdır. İddiaçı tərəfin dəlilinin əsası ondan ibarətdir ki, tələb edilən məbləğ qeyd edilən vaxtdan 2021-ci ilin aprel ayına kimi olan dövr ərzində yığılan borcdur. Belə ki, hər tədarükdən sonra cavabdeh müəyyən məbləğdə borclanmış, lakin satış dayanmasın deyə, həmçinin aralarında olan münasibətə görə o heyvan tədarükünü saxlamamışdır. Cavabdehin etirazı ondan ibarətdir ki, düzdür, onun bu müddət ərzində iddiaçıya borcu yaranmış, lakin tələb edilən məbləğdə deyil, 4600 manat məbləğində olmuşdur. Borcun yaranması onun təqsiri deyil, məlum hadisələrlə bağlı ət satışı zəifləmiş və nəticədə hazırkı vəziyyət yaranmışdır. Tərəflər arasında hər hansı bir yazılı sövdələşmə mövcud olmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olmuş münasibətə və bu münasibətdən əmələ gələn mübahisəyə mülki qanunvericiliyin əqdlər haqqında müddəaları baxımından qiymət verilməlidir. Mülki Məcəllənin 324.1-ci maddəsinə görəəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görəəqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Hazırkı işdə tərəflər arasında işgüzar münasibətlər formalaşmış, hər bir tərəf öz üzərinə müəyyən öhdəlik götürmüş və bu münasibətlər uzun müddət davam etmişdir. Bu, işin mübahisəsiz halıdır. Bu münasibətlər zəmnində P.Ş.Baqauddinovun S.A.Ələsgərova borclanması faktı da işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəf də tələb edilən məbləğlə razılaşmasa da, ümumilikdə onun iddiaçıya borcunun (izahatına görə 4600 AZN) olduğunu bildirmişdir. Tərəflər arasında işin mübahisəli halını mövcud borcun məbləği təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tələb edilən borcun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlarda – cinayət işinin başlanılmasının rədd edilməsi haqqında istintaq orqanının qərarında, CD daşıyıcıya yazılmış video yazıda və hesabat dəftərində cavabdehin iddiaçıya 38534 manat borcunun olduğu müəyyən edilir. Buna münasibətdə, cavabdeh tərəf hər hansı əks sübutu məhkəməyə təqdim etməmiş, yalnız şifahi etirazla kifayətlənmişdir. Nəzərə alınmalıdır ki, bu növ münasibətlərdə, formalaşmış işgüzar adətlərə görə mütəmadi olaraq yazılı hesabatlar aparılır və cavabdeh tərəf borcunun tələb edilən miqdarda yox, daha az olduğunu bildirsə də, bu halı təsdiq edəcək hər hansı bir yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq, işdə iddiaçı tərəfin təqdim etdiyi sübutlara tənqidi yanaşılmasına əsas müəyyən edilmir, həmçinin cavabdeh tərəf də onların mötəbərliyini mübahisələndirmir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin qeyd edilən madddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Baqouddı̇ nov Pı̇ rı̇ smayil Şahı̇ smayil oğlundan 38.534 (otuz səkkiz min beş yüz otuz dörd) manat məbləğində pul tutularaq İddiaçı Arı̇ f oğluna ödənilsin. İş üzrə ödənilməli olan 205.6 manat dövlət rüsumu cavabdeh Baqouddı̇ nov Pı̇ rı̇ smayil Şahı̇ smayil oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar