Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-400/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı (digər iddiaçının nümayəndəsi) İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsini, Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 28 yanvar 2022-ci il tarixli qərarına əsasən, onlara nəvələri 25 iyul 2012-ci il təvəllüdlü X8 və 16 iyul 2014-cü il təvəllüdlü X4 ilə ünsiyyətdə olmaqları üçün hər həftənin bazar günü saat 11:00-dan saat 17:00-dək olmaqla yaşadıqları ünvan 1 ünvanında görüş vaxtının verilməsinə olan maneənin aradan qaldırılmasını cavabdehin üzərinə qoyulması, ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin tutulub onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğulları İlkin Məmmədovla 21 oktyabr 2011-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 25 iyul 2012-ci il tarixdə X8 və 16 iyul 2014-cü ildə X4 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə İlkin Məmmədov arasında olan nikah xx.xx.2020-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Onlar Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına uşaqlarla ünsiyyətin verilməsi üçün müraciət etmişdirlər və həmin orqanın 28 yanvar 2022-ci il tarixli qərarına əsasən, onlara nəvələri 25 iyul 2012-ci il təvəllüdlü X8 və 16 iyul 2014-cü il təvəllüdlü X4 ilə ünsiyyətdə olmaqları üçün hər həftənin bazar günü saat 11:00-dan saat 17:00-dək olmaqla yaşadıqları ünvan 1 ünvanında görüş vaxtının verilməsi qərara alınmışdır. Lakin, cavabdeh uşaqlarla ünsiyyətdə olmaqlarına maneələr göstərir, Qəyyumluq və Himayəçilik Komissiyasının qərarını icra etmir. Göründüyü kimi cavabdeh tərəf qanunla müəyyən edilmiş tələbləri qərəzli şəkildə pozaraq, nənə və babanın uşaqla ünsiyyət hüququnu həyata keçirməyə imkan vermir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçı (digər iddiaçının nümayəndəsi) İddiaçı1 iddiasını müdafiə etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. Nizami rayon İcra Hakimiyyəti aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 20 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 61.1, 61.2, 61.3-cü maddələrini, eyni zamanda psixoloji rəyi nəzərə alaraq, komissiya tərəfindən X5 övladları Mətləb və Məhəmmədlə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-dək, həmçinin 2 gündən artıq davam edən bayram günlərində saat 11:00-dan saat 17:00-dək olmaqla görüş vaxtının verilməsi məqsədəuyğun hesab edilmişdir. Nizami rayon İcra Hakimiyyəti aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 28 yanvar 2022-ci il tarixli iclasının 04 saylı protokolundan görünür ki, İddiaçı1 və İddiaçı2 nəvələri - 25 iyul 2012-ci il tarixdə X8 və 16 iyul 2014-cü ildə X4 ilə ünsiyyətdə olmaları üçün hər həftənin bazar günü saat 11:00-dan saat 17:00-dək olmaqla yaşadıqları ünvan 2 ünvanında görüş vaxtının verilməsi qərara alınmışdır. Mediasiya Şurası ünvan 3 Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X3 (İMS) iştirak edilməməsi barədə” MŞB/2-02411/2023 nömrəli arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş X3 İddiaçı1 və İddiaçı2 iştirak etmiş, cavabdeh X6 isə X3 iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı1 oğlu tərəfindən 10 manat kargüzarlıq-poçt xərləri və 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. ünvan 3 Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/2-02411/2023 nömrəli Mediasiya Prosesinə xitam verilməsi haqqında protokola əsasən, tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdiyinə görə Mediasiya Prosesinə xitam verilmişdir. Azərbaycan SSR Yevlax rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş, İİ-ЖГ seriyalı, 487164 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və X7 arasında 20 may 1982-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-5088/2023 saylı qərardadı ilə iş üzrə icraat dayandırılaraq, 25 iyul 2012-ci il tarixdə X8 və 16 iyul 2014-cü ildə X1 babaları İddiaçı1 və nənələri İddiaçı2 ilə görüşünün məqsədəmüvafiq olması barədə rəy verilməsi üçün Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-20/2-2793/2023 nömrəli rəyinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-ci il təvəllüdlü X1 ata babası İddiaçı1 və ata nənəsi İddiaçı2 ilə hər həftənin bazar günü saat 12:00-dan 16:00-dək ünsiyyətdə olması yetkinlik yaşına çatmayanların mənafeyi baxımından məqsədəuyğun hesab edilmişdir. 14 fevral 2024-cü il tarixli Aktdan görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı1 və İddiaçı2 mənzil-məişət şəraitinə baxış keçirilmiş və ünvan 4 ünvanının yaşayış üçün əlverişli olduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 50. Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Maddə 62. Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququ 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 62.4. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Maddə 73. Məhkəmədə uşaqların tərbiyəsi ilə bağlı mübahisəyə baxıldıqda müvafiq icra hakimiyyəti orqanının iştirakı 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. ....8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin hallarından görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-ci il təvəllüdlü X4 iddiaçıların nəvələridir. Nizami rayon İcra Hakimiyyəti aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 28 yanvar 2022-ci il tarixli iclasının 04 saylı protokoluna əsasən uşaqların ata babası İddiaçı1 və ata nənəsi İddiaçı2 ilə ünsiyyətdə olmaları üçün hər həftənin bazar günü saat 11:00-dan saat 17:00-dək olmaqla yaşadıqları ünvan 2 ünvanında görüş vaxtının verilməsi qərara alınmışdır. Lakin, iddiaçılar bəyan edirlər ki, nəvələrin anası, Cavabdeh uşaqlar ilə görüşmək üçün şərait və imkan yaratmır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, öz mövqeyini bildirməmişdir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4.1-ci bəndinə əsasən, ... məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə qəyyumluq və himəyəçilik orqanı işə cəlb etmiş, nəticədə Qəyyumluq və Himayəçilik Komissiyasından alınan rəydən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-ci il təvəllüdlü X1 ata babası İddiaçı1 və ata nənəsi İddiaçı2 ilə hər həftənin bazar günü saat 12:00-dan 16:00-dək ünsiyyətdə olması məqsədəuyğundur. Eyni zamanda, Cavabdeh məhkəmə iclaslarına gəlmədiyi üçün, uşaqlar isə onun himayəsində olduğundan, onların dəvət edilməsi və dindirilməsi mümkün olmamışdır. Nəticədə, uşaqların rəyi alınmamışdır. Bütün bunlar onu göstərir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 haqlı olaraq Cavabdeh nəvələri ilə ünsiyyətdə olmağa maneənin aradan qaldırılmasını tələb edirlər. Məhkəmə hesab edir ki, tərəflərin münasibətləri baba-nənə və nəvələrin hüquqlarına təsir etməməli, nənə və baba öz nəvələri ilə ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. Eyni zamanda, uşağın normal psixi inkişafı üçün baba-nənənin qayğısı vacibdir. İddiaçılar tərəfindən mediasiyaya ödənilən 50 manat və 50 manat dövlət rüsumu iddiaçılara özlərinə aid edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə ki, Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli rəyi nəzərə alınmaqla və iddia tələbi qismən təmin edilməklə, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-ci il təvəllüdlü X1 ata babası İddiaçı1 və ata nənəsi İddiaçı2 ilə hər həftənin bazar günü saat 12:00-dan 16:00-dək görüş vaxtının verilməsinə olan maneənin aradan qaldırılması cavabdehin üzərinə qoyulması müəyyən edilməlidir. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə - 100 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-ci il təvəllüdlü X1 ata babası İddiaçı1 və ata nənəsi İddiaçı2 ilə hər həftənin bazar günü saat 12:00-dan 16:00-dək görüş vaxtının verilməsinə olan maneənin aradan qaldırılması cavabdehin üzərinə qoyulması müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-400/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-400/2024
23.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver