Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4020/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçınınnümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, 01167 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 4748.99 ABŞ dolları, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 800.64 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 495.35 ABŞ dolları, cərimə borcu üzrə 949.80 ABŞ dolları, cəmi 6994.77 ABŞ dolları kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqının tutululması, tutmanın xx.xx.2013-cü il tarixli, 1167 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan cavabdehə məxsus Hyundai İ-20, minik markalı, tip-xetçbek, buraxılış ili 2013, BAN- MALBB51CBDM518957, 90SD476 qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01167 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə 18 % dərəcəsi ilə hesablanmaqla, 15006 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 1167 saylı ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsinin predmeti kimi cavabdehə məxsus Hyundai İ-20, minik markalı, tip-xetçbek, buraxılış ili 2013, BAN-MALBB51CBDM518957, 90SD476 qeydiyyat nişanlı avtomobil çıxış edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. xx.xx.2020-ci il tarixinə xx.xx.2013-cü il tarixli, 01167 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 4748.99 ABŞ dolları, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 800.64 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 495.35 ABŞ dolları, cərimə borcu üzrə 949.80 ABŞ dolları, cəmi 6994.77 ABŞ dolları kredit borcu mövcuddur. Cavabdehə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Dövlət X4 qeydiyyatdan keçirilmişdir. Buna görə də qeyd edilənlərinin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01167 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 18 faizlə 60 ay müddətinə 15006 ABŞ dolları kredit verilmışdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 15006 ABŞ dolları məbləğində vəsait verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan «xxxxxxxxxxxxxxxxxx» markalı, tip-xetçbek, buraxılış ili 2013, BAN- MALBB51CBDM518957, 90SD476 qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixli 1167 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 17.852 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrinin AA seriyalı 095264 №-li xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh məxsus olan ** SD *** dövlət qeydiyyat nişanlı, «xxxxxxxxxxxxxxxxxx» markalı avtomobil ABB ASC Sənaye filialı qarşısında xx.xx.2018-ci ilədək ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsi DİN BDYPİ qeydiyyat imtahan şöbəsində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli, 01167 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 4748.99 ABŞ dolları, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 800.64 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 495.35 ABŞ dolları, cərimə borcu üzrə 949.80 ABŞ dolları, cəmi 6994.77 ABŞ dolları kredit borcu mövcuddur. xx.xx.2017-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, Cavabdeh isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx.xx.2013-cü il tarixli, 01167 nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 4748.99 ABŞ dolları, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 800.64 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 495.35 ABŞ dolları borcun tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 949.80 ABŞ dolları dəbbə pulu azaldılaraq 20 ABŞ dolları müəyyən edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh lazımi qaydada borcu ödəməsi haqqında xəbərdarlıq edilmiş və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə məlumat verilmişdir. Adı çəkilən bildiriş qeydə alınması üçün 14/5898 saylı, xx.xx.2018-ci il tarixli ərizə ilə Baş Dövlət Yol Polisinə göndərilmiş və xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 4748.99 ABŞ dolları, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 800.64 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 495.35 ABŞ dolları və 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 6064,98 ABŞ dolları məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş «xxxxxxxxxxxxxxxxxx» markalı, tip-xetçbek, buraxılış ili 2013, BAN- MALBB51CBDM518957, 90SD476 qeydiyyat nişanlı avtomobilə yönəldilməli, ipoteka predmeti olan «xxxxxxxxxxxxxxxxxx» markalı, **-SD-*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 17852 ABŞ dolları müəyyən edilməli, avtomobil açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait İddiaçı ASC-nə ödənilməli, qalan vəsait Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 4 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 4748,99 ABŞ dolları, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 800,64 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 495,35 ABŞ dolları və 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 6064,98 (altı min altmış dörd dollar doxsan səkkiz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus «xxxxxxxxxxxxxxxxxx» markalı, **-SD-*** dövlət nömrə nişanlı avtomobilə (tip-xetçbek, buraxılış ili 2013, ban MALBB51CBDM518957) yönəldilsin. İpoteka predmeti olan «xxxxxxxxxxxxxxxxxx» markalı, **-SD-*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 17852 (on yeddi min səkkiz yüz əlli iki) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyən edilsin. Avtomobil açıq hərracdan satılsın və avtomobilin satışından əldə edilən pul vəsaiti hesabına 6064,98 (altı min altmış dörd dollar doxsan səkkiz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan vəsait Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 (iyirmi altı) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 4 (dörd) manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4020/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4020/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver