Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4022/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat dəyərində vəsaitin alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə idarənin icra məmuru T.Rüstəmova məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. xx.xx.2022-ci il tarixdə müvafiq protokol tərtib edilərək məhkum Cavabdeh “ATTENTİ” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun kabrosu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və başlığı təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. *6.07.2022-ci il tarixli tarixində məhkum Cavabdeh idarəyə yaxınlaşmış, ona tətbiq olunmuş “ATTENTİ” markalı elektron nəzarət vasitəsinin qolbağının kəmərini kəsərək onu yararsız vəziyyətə saldığı müəyyən edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən mobil qurğunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından tərəfimizdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirərək qeyd etdi ki, həmin məbləği birdəfəlik ödəməyə kifayət qədər imkanı yoxdur, ancaq hissə-hissə ödəmə imkanına malikdir. İddiaçı Bakı şəhər Probasiya İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazıma qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Suraxanı Rayon Məhkəməsinin *(0*0)-*45/2022 saylı, 28 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılmaı cəzası təyin edilmiş, Cavabdeh məhkəməyədək icraat zamanı 27 oktyabr 202*-ci il tarixdən 29 oktyabr 202*-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Cavabdeh təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmış və Cavabdeh çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmiş, Cavabdeh üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, hökm qanuni qüvvəyə minənədək Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmış, Cavabdeh ərazi narkoloji dispanserində qeydiyyata alınmış, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş *09 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutulmuş, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.335 qram olan narkotik vasitə - heroin məhv edilmiş, Cavabdeh məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə *0 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X* ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN *90029243*, h/h 400900*94492*23272*4, SWİF GOODE İBAZAZ2X, m/h- 0*370*000203*, kod 805692, VÖEN 990000*88*, AİİBAZ2X, hesab- 330*00*944*300204**3, VÖEN-*6003676** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. -xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Cavabdeh * ədəd ATTENTİ markalı elektron nəzarət qurğusu komplekti ( * ədəd mobil nəzarət qurğusu, * ədəd mobil qurğunun enerji adapteri, * ədəd enerji götürücü qurğu, * ədəd sadə elektron qolbaq təhvil verilmiş, istifadə qaydaları və həmin vasitə zədələndikdə yaxud digər üsulla yararsız vəziyyətə düşdükdə dəyərinin ondan tutulacağı izah edilmişdir. - 29.07.202*-ci il tarixli “EuroDesign” tərəfindən təqdim olunmuş məktubdan görünür ki, elektron nəzarət vasitələrinin ümumilikdə dəyəri 2277.40 manat təşkil edir. - *6.07.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh psixi pozğunluqlarla əlaqədar ona təhkim olunmuş elektron nəzarət vasitəsini yararsız vəziyyətə saldığını bildirmiş və onun dəyəri olan 2277.40 manat məbləğində pulu ödəmək üçün maddi imkanının olmadığını qeyd etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, Cavabdeh AR CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Qeyd olunan cəzanın icrası ilə əlaqədar olaraq məhkumun üzərinə elektron nəzarət vasitəsini daşımaq vəzifəsi qoyulmuşdur. Cavabdeh *6.07.2022ci il tarixli izahatında elektron nəzarət vasitəsini psixi pozuntuları ilə əlaqədar yararsız vəziyyətə saldığını bildirmişdir. Hal-hazırda iddiaçı dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 2*.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin *096.*-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının dəymiş ziyanın əvəzi kimi 2277.40 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat pul vəsaiti dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4022/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4022/2022
14.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver