Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4037/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaranmış borcun, boşanandan sonra üzərinə qalan hissəsini, yəni 634 (altı yüz otuz dörd) manatın 1/2 hissəsinin cavabdehə aid edilməsini, həmin pulun cavabdehdən alınaraq ona ödənilməsini və icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh ilə 1999-ci ildə rəsmi nikaha daxil olub evlənmişdir. Birgə nikahdan iki övladı anadan olmuşdur. Suraxanı rayon məhkəməsinin 2(010)-4031/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah dövründə cavabdeh daimi dəqiq iş yeri olmamış, ailənin sabit yeganə qazanc mənbəyi özü olmuşdur. Boşanandan bu günə kimi övladları özü ilə yaşayır. X1 Qərbi Kaspi Universitetində ödənişli təhsil alır, heç bir yerdə işləmir. X2 12 yaşı var, iddiaçının himayəsindədir. Evdə işləyib qazanc gətirən tək iddiaçıdır. Birgə nikah dövründə yaranmış təlabatlara görə bankdan götürülmüş borcun, boşanmadan sonra qalan hissəsinin ödəməyi üzərinə qalmışdir. Çünkü qeyd etdiyi kimi cavabdehin daimi dəqiq iş yeri olmadığından bank borcu iddiaçının adına tərtib etmişdir. Tərəflərin izahatları İddiaç İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirdi ki, tələbi "xxxx"la bağlanmış olan 3157tkAHM/14 saylı 23.05.2014-cü il tarixli müqavilə üzrədir. Cavabdeh iddia tələbini qəbul edərək izahatında iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsinin 28.11.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 28.11.2018-ci il tarixdə ləğv edilmişdir. "xxxx" KB ASC-nin 22.09.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Unibank KB ASC qarşısında bu günə olan kredit borcu öhdəliyi aşağıdakı kimidir: 3157tkAHM/14 saylı 23.05.2014-cü il tarixli müqavilə – bağlı; 218894sBANK/13 saylı 29.08.2013-cü il tarixli müqavilə – bağlı; 5134nkAHM/14 saylı 23.05.2014-cü il tarixli müqavilə – bağlı; 2681tkSTB2/12 saylı 12.12.2012-ci il tarixli müqavilə – bağlı və 1726nkAHM/13 saylı 22.02.2013-cü il tarixli müqaviləsi – bağlı. Cavabdeh iddianı qəbul etməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 41.2 Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 1999-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflər arasında nikah Suraxanı rayon məhkəməsinin 08.10.2018-ci il tarixli 2(010)-4031/2018 saylı qətnaməsi ilə ləğv edilmişdir. İddiaçı ilə "xxxx" KB ASC arasında bağlanmış olan 3157tkAHM/14 saylı 23.05.2014-cü il tarixli müqavilə üzrə iddiaçıya 750 manat məbləğində kredit verilmiş və iddiaçı sözügedən müqavilə üzrə götürdüyü kredit məbləğini tam olaraq qeri qaytarmışdır. Tərəflər arasında nikah pozulduqdan sonra iddiaçının banka ödədiyi məbləğ 634 manatdır. Məhkəmə müəyyən edir ki, cavabdeh izahatında iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olub olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd hesab edilməsi üçün isə heç bir əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilə "xxxx"KB ASC arasında bağlanmış olan 3157tkAHM/14 saylı 23.05.2014-cü il tarixli müqavilə üzrə 634 manat borcun yarısı cavabdehə aid edilməli və Cavabdeh İddiaçı xeyrinə 317 (üç yüz on yeddi) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx"KB ASC arasında bağlanmış olan 3157tkAHM/14 saylı 23.05.2014cü il tarixli müqavilə üzrə 634 manat borcun yarısı cavabdehə aid edilsin Cavabdeh İddiaçı xeyrinə 317 (üç yüz on yeddi) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4037/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4037/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver