Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4091/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Salel oğlundan 2244 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlə rüsumunun, cəmi 2274 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/k AZ03NABZ********************, H/h: AZ531BAZ********************) ödənilmə: barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddianın müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh 14 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 492 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 369 manat borcu qalmışdır. İş üzrə Cavabdeh 14 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 1629 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1350 manat borcu qalıb. İş üzrə Cavabdeh 14 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 764 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 525 manat borcu qalıb. Odur ki, cavabdehdən 2244 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2274 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. xx.xx.1970-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Salel oğlundan 2244 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlə rüsumunun, cəmi 2274 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/k AZ03NABZ********************, H/h: AZ531BAZ********************) ödənilmə: barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 11.08.2021-ci il tarixində ərizə göndərərək, mülki işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 14.12.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçındən məişət avadanlığı almış və həmin əşyanı alınmasına görə 492 manat pulu ilkin ödənişsiz, 12 ay ərzində, hər ay 41 manat ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 14.12.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçındən məişət avadanlığı almış və həmin əşyanı alınmasına görə 492 manat pulu ilkin ödəniş 9 manat olmaqla, 18 ay ərzində, hər ay 90 manat ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 14.03.2020-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçındən məişət avadanlığı almış və həmin əşyanı alınmasına görə 764 manat pulu ilkin ödəniş 14 manat olmaqla, 10 ay ərzində, hər ay 75 manat ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 23 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14.02.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC –yə 369 (üç yüz altmış doqquz) manat məbləğində borcu vardır. Eyni zamanda 14.02.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC –yə 1350 (bir min üç yüz əlli) manat məbləğində borcu vardır. Eyni zamanda 14.03.2020-ci il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC –yə 525 (beş yüz iyirmi beş) manat məbləğində borcu vardır. Hər üç müqavilə üzrə cavabdehin 2244 (iki min iki yüz qırx dörd) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, iş üzrə Cavabdeh 14 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 492 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 369 manat borcu qalmışdır. İş üzrə Cavabdeh 14 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 1629 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1350 manat borcu qalmışdır. İş üzrə Cavabdeh 14 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 764 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 525 manat borcu qalmışdır. Cavabdehin ümumilikdə 2244 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2244 (iki min iki yüz qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/k AZ03NABZ********************, H/h: AZ531BAZ********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 2244 (iki min iki yüz qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/k AZ03NABZ********************, H/h: AZ531BAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4091/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4091/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver