Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4101/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı «FinTrend” Bank olmayan Kredit Təşkilatı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «FinTrend” Bank olmayan Kredit Təşkilatı QSC Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "Bank of Baku” QSC-nin xeyrinə 1055,63 manat məbləğində əsas borcun və 395,14 manat məbləğində faiz borcunun, cəmi 1450,77 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «FinTrend” Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2019-ci il tarixli N 219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 (on iki) ay müddətinə ödəmək şərti ilə 1500 (bir min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. Hazırda borlcu kredit müqaviləsinin şərtlərini pozmuş, krediti ödəməkdən yayınmışdır. Borclunun 13 avqust 2019-ci il tarixli N 219-0***-******* nömrəli kredit müqaviləsinə görə 13.08.2020-ci il tarixə gecikdirilmiş əsas borc 1055,63 (bir min əlli beş manat altmış üç qəpik) AZN və gecikdirilmiş faiz borcu 395,14 (üç yüz doxsan beş manat on dörd qəpik) AZN təşkil edir. Kredit üzrə ümumi borc 1450,77 (bir min dörd yüz əlli manat yetmiş yeddi qəpik)AZN təşkil edir. O, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməcinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «FinTrend” Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış 13 avqust 2019-cu il tarixli Güzəştli kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh 12 ay müddətinə, 1500 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə görə borcalan müqavilə ilə müəyən edilən şərtlərlə və qaydada krediti banka ödənilməsini üzərinə götürmüşdür. İş materiallannda olan maliyyə arayışından görünür ki, Cavabdehnın iddiaçı banka 1055,63 manat əsas, 395,14 manat faiz məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh «FinTrend” Bank olmayan Kredit Təşkilatı QSC ilə bağlanmış 13 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və sonuncunun iddiaçı qarşısında 1055,63 manat əsas və 395,14 manat faiz borcu yaranmışdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmalarına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir. Belə olan halda öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququ ilə məhkəməyə müraciət edən iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh iddiaçı «FinTrend” Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1055,63 manat əsas və 395,14 manat faiz borcu olmaqla, cəmi 1450,77 manat məbləğində vəsait tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Təsvir olunanlara əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilərək, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1055,63 (min əlli beş manat 63 qəpik) manat məbləğində əsas borc, 395,14 (üç yüz doxsan beş manat 88 qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1480,77 (min dörd yüz səksən manat 77 qəpik) məbləğində borc iddiaçı «FinTrend” Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4101/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-4101/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver