Məhkəmə qərarları › İş №2(010)-4119/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4119/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4119/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "Azərbaycan Beynəlxalq Bankİ" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X1, cavabdeh Xəlı̇ lov Vüsal Nı̇ zami oğlunun iştirakı ilə, iddiaçı "Azərbaycan Beynəlxalq Banki" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Xəlı̇ lov Vüsal Nı̇ zami oğluna və Aaaf-İnşaat Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azərbaycan Beynəlxalq Bankİ" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Xəlı̇ lov Vüsal Nı̇ zami oğluna və AAAF-İnşaat Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ n tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "Azərbaycan Beynəlxalq Bankİ" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsini qaytarmaqla mülki işin baxılmamış saxlanılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılıb, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh Xəlı̇ lov Vüsal Nı̇ zami oğlu İddiaçı "Azərbaycan Beynəlxalq Banki" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Xəlı̇ lov Vüsal Nı̇ zami oğluna və Aaaf-İnşaat Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddia ərizəsi üzrə mülki işin mahiyyəti üzrə həll olunmasını tələb etməyərək, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı "Azərbaycan Beynəlxalq Bankİ" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X1 iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilərək, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "Azərbaycan Beynəlxalq Bankİ" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X1 iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin İddiaçı "Azərbaycan Beynəlxalq Banki" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Xəlı̇ lov Vüsal Nı̇ zami oğluna və AAAF-İnşaat Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar