Məhkəmə qərarları › İş №2(010)-4128/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4128/2025

15.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4128/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yol nəqliyyat hadisəsi nəticəsində əmlaka dəymiş 870 (səkkiz yüz yetmiş) AZN ziyan məbləğində pulun cavabdeh tərəfindən mənə ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, AR MPM-nin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı iş üzrə iş materiallarından görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1axanı Rayon Məhkəməsində baxılmasına hər hansı bir prosessual əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, hazırkı iddiaya cavabdehin qeydiyyatda olduğu ərazi üzrə məhkəmədə baxılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək olar. Qərardaddan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov İş № e-2(010)-2555/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında 12 may 2023-cü il tarixdə iddiaçı “X1 cavabdeh X2 qarşı birgə nikah dövründə tikilərək təmir edilmiş evə məcburi qaydada köçürülmə tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxılır. Prosessual hərəkət saat 14:10-da başlandı. Hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, iddia ərizəsinin geri qaytarılmasına dair qərardadı qəbul edir. Prosessual hərəkət saat 14:15-də qurtardı. Protokol 12 may 2023-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim: Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar