Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4129/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əvəzinə ödədiyi kommunal xərclərinə görə 897 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ƏMDK-nin yanında DƏDXR-nin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə Cavabdeh verilmiş **********26-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ümumi sahəsi 297.7 kv/m fərdi yaşayış evi və ümumi sahəsi 0.025 ha torpaq sahəsi 4 saylı notariat konturunun AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 220000 manata almışdır. Aldığı evin ona təhvil verilməsi gecikdirilərək 2024-ci ilin mart ayında təhvil verildi. Həmin alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən evi təhvil verənədək olan bütün komunal borclarının ödənilməsi satıcının üzərinə düşür. Lakin buna baxmayaraq, evi təhvil verənə qədər yaranmış işığa 475 AZN, qaza 393 AZN, suya 47 AZN olmaqla, ümumilikdə 897 AZN məbləğində borcu ödəməkdən imtina edir. Cavabdehin ərizəsi. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı iddiasını tam şəkildə (897 manat məbləğində) qəbul etdiyini bildirmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, kommunal xərclərin ödənilməsini xahiş edir. Asan Kommunalda borcu yoxlatmışdır. Qaz borcu köhnədən qalmışdır. Sayğaca kartla pul vurduqda çıxırdı. Qaz borcu 393 manat idi. Suyun isə qəbzini qapıya qoymuşdular. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı tam şəkildə qəbul edir, 897 manat ödəməyə razıdır. İş materialları. Azərbaycan Respublikası Sabirabad rayonu Qaratəpə Kənd Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ seriyalı 411469 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Nümayəndə və İddiaçı arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 54 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı (Cavabdeh) ünvan 1 ünvanındaki mənzili alıcının (İddiaçı) mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndinə əsasən, Satıcı daşınmaz əmlakı 220000 manat qəpik qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır. Müqavilənin 10-cu bəndinə əsasən, Alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi Satıcının üzərinə düşür. İş materiallarında olan “Azərsu ASC” Sukanal İdarəsinin hesab fakturasından görünür ki, Cavabdeh (abonent kodu: **********001) xx.xx.2024-cü il tarixinə 52,89 manat ödənilməmiş borc vardır. İş materiallarında olan Azərişıq ACC1 **********7001B kod üzrə qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixində “Azərişıq ASC”-ə 200 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Azərişıq ACC1 **********7001B kod üzrə qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixində “Azərişıq ASC”-ə 290 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan **********7001B kod üzrə qəbzdən görünür ki, ünvan 2 ünvanındaki mənzil üzrə işığın sərfiyyatına görə xx.xx.2024-cü il tarixinə 519.97 manat borcu vardır. İş materiallarında olan **********7001B kod üzrə qəbzdən görünür ki, ünvan 2 ünvanındaki mənzil üzrə işığın sərfiyyatına görə xx.xx.2024-cü il tarixinə 492.50 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, **********7001B kodlu “Abunə haqqında” məlumatından görünür ki, xx.xx.2010-cu il tarixdə bağlanmış 056393 saylı müqavilə üzrə ünvan 3 ünvanında yaşayan **********7001B kodlu abonent Cavabdeh sayğac quraşdırılana qədər 0 manat borcu, xx.xx.2024-cü il tarixinə isə 519.97 manat məbləğində borcunun olduğu aydın olur. İş materiallarında olan Cavabdeh aid **********00750 kod üzrə abonentin saldosuna əsasən, Cavabdeh qaz sərfiyatına görə 2024-cü il yanvar ayına 448.50 manat, fevral ayına 393.50 manat, mart ayına 328.50 manat, aprel ayına 278.50 manat, avqust ayına 0.00 manat borcu vardır. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, təbii qazın sərfiyyatına 278.50 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC Suraxanı Rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində 10 manat və 20 manat, xx.xx.2024-cü il tarixində isə 75.89 manat, cəmi 105.89 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.... 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə ünvan 4 ünvanındaki mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, cavabdeh həmin evin iddiaçıya 2024-cü il mart ayının əvvəlində təhvil verilmişdir. Tərəflərin hər ikisi məhkəmə iclasında izahat verərək bu faktı təsdiq etmişdir. Sonra isə, həmin tarixədək evin kommunal xərcləri ilə bağlı ödənişlər cavabdehin əvəzinə iddiaçı tərəfindən həyata keçirilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş qəbzlərlə təsdiq olunur. Həmçinin, cavabdeh onun kommunal xərclərin iddiaçı tərəfindən ödənildiyini etiraf edir. Belə olan halda, məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh istifadə edilmiş kommunal xidmətlərə görə ödənişi bilavasitə özü etməli olduğu halda, ödəniş etməmiş və bununla bağlı ödənişləri iddiaçı, yəni evin yeni mülkiyyətçisi həyata keçirmişdir. Halbuki xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində kommunal xidmətlər üzrə yaranmış borcların ödənilməsinin satıcının üzərinə düşdüyü qeyd olunmuşdur. Bununla da, iddiaçı cavabdehdən əsassız varlanma nəticəsində yaranmış borcunu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kommunal xərclərə görə 897 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kommunal xərclərə görə 897 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-4129/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4129/2024
31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver