Məhkəmə qərarları › İş №2(010)-4146/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4146/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4146/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehqarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli (bundan sonra mətndə “xxxxxxxxxxx” MMC) Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, İMEİ kodu **********09098 Xiaomi Mi A2 markalı telefon üçün 370 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu, cəmi 475 manat, İMEİ kodu **********33933 Samsung Galaxy S10+ markalı telefon üçün 1408 manat ödənilməmiş hissə, 422 manat dəbbə pulu, cəmi 1830 manat,İMEİ kodu **********74146 Samsung Galaxy A50 markalı telefon üçün 512 manat ödənilməmiş hissə, 154 manat dəbbə pulu, cəmi 666 manat, Gorenje markalı ütü üçün 32 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, cəmi 43 manat, Playstatıon-4 Sony üçün 710 manat ödənilməmiş hissə, 213 manat dəbbə pulu, cəmi 923 manat, Hoffmann markalı kondisioner üçün 720 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu, cəmi 882 manat, İMEİ kodu **********35603 Samsung Galaxy S10+ DUAL üçün 2100 manat ödənilməmiş hissə, 630 manat dəbbə pulu, cəmi 2730 manat, İMEİ kodu **********20119 Samsung Galaxy A50 markalı telefon üçün 720 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu, cəmi 936 manat, LG markalı paltaryuyan üçün 458 manat ödənilməmiş hissə, 138 manat dəbbə pulu, cəmi 596 manat, Playstatıon - 4 Sony üçün 413 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu, cəmi 537 manat, ümumilikdə 9618 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9648 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il ,xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2018-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********09098 Xiaomi Mi A2 markalı telefon, İMEİ kodu **********33933 Samsung Galaxy S10+ markalı telefon, İMEİ kodu **********74146 Samsung Galaxy A50 markalı telefon, Gorenje markalı ütü, Playstatıon-4 Sony, Hoffmann markalı kondisoner, İMEİ kodu **********35603 Samsung Galaxy S10+ DUAL, İMEİ kodu **********20119 Samsung Galaxy A50, LG markalı paltaryuyan, Playstatıon-4 Sony almış və nəticədə 9618 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 manat İMEİ kodu **********09098 Xiaomi Mi A2 markalı telefon üçün 475 manat olmaqla ondan, 370 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2287 manat İMEİ kodu **********3933 Samsung Galaxy S10+ markalı telefon üçün 1830 manat olmaqla ondan, 1408 manat ödənilməmiş hissə, 422 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 768 manat İMEİ kodu **********74146 Samsung Galaxy A50 markalı telefon üçün 666 manat olmaqla ondan, 512 manat ödənilməmiş hissə, 154 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 manat Gorenje markalı ütü üçün 43 manat olmaqla ondan, 32 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 852 manat Playstatıon-4 Sony üçün 923 manat olmaqla ondan, 710 manat ödənilməmiş hissə, 213 manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 810 manat Hoffmann markalı kondisioner üçün 882 manat olmaqla ondan, 720 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2275 manat İMEİ kodu **********35603 Samsung Galaxy S10+ DUAL üçün 2730 manat olmaqla ondan, 2100 manat ödənilməmiş hissə, 630 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 730 manat İMEİ kodu **********20119 Samsung Galaxy A50 markalı telefon üçün 936 manat olmaqla ondan, 720 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu, xx.xx.2018-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 918 manat LG markalı paltaryuyan üçün 596 manat olmaqla ondan, 458 manat ödənilməmiş hissə, 138 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 773 manat Playstatıon-4 Sony üçün 537 manat olmaqla ondan, 413 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2642 manat təşkil edir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı qiyməti 918 manat olan LG markalı paltaryuyan almışdır. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh LG markalı paltaryuyan təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Hoffmann markalı kondisoner üçün cavabdehin 458 manat ödənilməmiş hissə, 138 manat dəbbə pulu, ümumilikdə 537 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 773 manat olan Playstatıon-4 Sony almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Talıbov X1-4 Sony təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Hoffmann markalı kondisoner üçün cavabdehin 413 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu, ümumilikdə 537 manat borcu yaranmışdır. “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı qiyməti 600 manat olan İMEİ kodu **********09098 Xiaomi Mi A2 markalı telefon markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********09098 Xiaomi Mi A2 markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə İMEİ kodu **********09098 Xiaomi Mi A2 markalı telefon üçün cavabdehin 370 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu, ümumilikdə 475 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 2287 manat olan İMEİ kodu **********33933 Samsung Galaxy S10+ markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********33933 Samsung Galaxy S10+ markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********33933 Samsung Galaxy S10+ markalı telefon üçün cavabdehin 1408 manat ödənilməmiş hissə, 422 manat dəbbə pulu, ümumilikdə 1830 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 768 manat olan İMEİ kodu **********74146 Samsung Galaxy A50 markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********74146 Samsung Galaxy A50 markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********74146 Samsung Galaxy A50 markalı telefon üçün cavabdehin 512 manat ödənilməmiş hissə, 154 manat dəbbə pulu, ümumilikdə 666 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 72 manat olan Gorenje markalı ütü almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Talıbov X4 markalı ütünü təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Gorenje markalı ütü üçün cavabdehin 32 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, ümumilikdə 43 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 852 manat olan Playstatıon-4 Sony almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Talıbov X1-4 Sony təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Playstatıon-4 Sony üçün cavabdehin 710 manat ödənilməmiş hissə, 213 manat dəbbə pulu, ümumilikdə 923 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 810 manat olan Hoffmann markalı kondisoner almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Talıbov X3 markalı kondisoner təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Hoffmann markalı kondisoner üçün cavabdehin 720 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu, ümumilikdə 882 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 2275 manat olan İMEİ kodu **********35603 Samsung Galaxy S10+ DUAL almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********35603 Samsung Galaxy S10+ DUAL təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Hoffmann markalı kondisoner üçün cavabdehin 2100 manat ödənilməmiş hissə, 630 manat dəbbə pulu, ümumilikdə 2730 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 730 manat olan İMEİ kodu **********20119 Samsung Galaxy A50 markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********20119 Samsung Galaxy A50 markalı telefon təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Hoffmann markalı kondisoner üçün cavabdehin 720 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu, ümumilikdə 936 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən müqavilələr üzrə ödənilməmiş əsas borcların tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulları yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, bütün müqavilələr üzrə dəbbə pulu azaldılaraq xx.xx.2018-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 458 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 468 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 413 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 423 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 370 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 380 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1408 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 1418 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 512 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 522 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 32 manat ödənilməmiş hissə və 5 manat dəbbə olmaqla, ümumilikdə 37 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 710 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 720 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 720 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 730 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2100 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 2110 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 720 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 730 manat, cəmi 7538 manat pul tutularaq, “xxxxxxxxxxx” MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 6,60 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 458 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 468 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 413 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 423 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 370 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 380 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1408 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 1418 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 512 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 522 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 32 manat ödənilməmiş hissə və 5 manat dəbbə olmaqla, ümumilikdə 37 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 710 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 720 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 720 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 730 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2100 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 2110 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 720 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 730 manat, cəmi 7538 (yeddi min beş yüz otuz səkkiz) manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23,40 (iyirmi üç manat qırx qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 6,60 (altı manat altmış qəpik) manat hissəsi iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar