Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4147/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********93317 Samsung Galaxy A8 markalı telefon üçün 357 (üç yüz əlli yeddi) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə cəmi 465 manat; İMEİ kodu **********12709 iPhone X 64GB markalı telefon üçün 1590 (min beş yüz doxsan) manat ödənilməmiş hissə, 429 (dörd yüz iyirmi doqquz) manat dəbbə cəmi 2019 manat, ümumilikdə 2484 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2514 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93317 Samsung Galaxy A8 markalı telefon, İMEİ kodu **********12709 iPhone X 64GB markalı telefon almış və nəticədə 2484 (iki min dörd yüz səksən dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1466 (min dörd yüz altmış altı) manat (24 ay x 60 manat +26 manat ilkin ödəniş) İMEİ kodu **********93317 Samsung Galaxy A8 markalı telefon üçün 465 (dördyüz altmış beş) manat olmaqla ondan, 357 (üç yüz əlli yeddi) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2862 (iki min səkkiz yüz altmış iki) manat (18 ay x 159 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********12709 iPhone X 64GB markalı telefon üçün 2019 (iki min on doqquz) manat olmaqla ondan, 1590 (min beş yüz doxsan) manat ödənilməmiş hissə, 429 (dörd yüz iyirmi doqquz) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2514 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, maddi imkanı olmadığından iddiaçının xeyrinə ödənişlər edə bilməmişdir. İddiaçının tələb etdiyi məbləği birdəfəyə ödəməyə imkanı yoxdur, hissə-hisə öhdəliyini icra edəcəkdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1466 manat olan Samsung Galaxy A8 markalı telefonu ilkin ödəniş 25 manat olmaqla hər ay 60 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 2862 manat olan iPhone X 64GB markalı telefonu ilkin ödənişsız hər ay 159 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 357 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1590 manat ödənilməmiş hissə, 429 manat dəbbə pulu olmaqla – cəmi 2484 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 1466 manat olan Samsung Galaxy A8 markalı telefonu ilkin ödəniş 26 manat olmaqla hər ay 60 manat ödəniş edilməsi şərti ilə 24 ay müddətinə, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsinə əsasən dəyəri 2862 manat olan iPhone X 64GB markalı telefonu ilkin ödənişsiz hər ay 159 manat ödəniş edilməsi şərti ilə 18 ay müddətinə nisyə satılmış olsa da, həmin müqavilələrin şərtləri pozularaq, alıcı tərəfindən əsas məbləğ üzrə 1947 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi qismən təmin edilərək, xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 357 manat, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1590 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cavabdehdən xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli Alğı-satqı müqavilələri üzrə 5 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 357 manat məbləğində ödənilməmiş dəyəri və 5 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1590 manat məbləğində ödənilməmiş dəyəri və 5 manat məbləğində dəbbə pulu “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxx” MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 357 (üç yüz əlli yeddi) manat məbləğində əsas borc və 5 (beş) manat məbləğində dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1590 (min beş yüz doxsan) manat məbləğində əsas borc və 5 (beş) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1987 (bir min dloqquz yüz səksən yeddi) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4147/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4147/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver