Məhkəmə qərarları › İş №2(010)-4149/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4149/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4149/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə borc olaraq verilmiş 1000 ABŞ dolları miqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh - Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 2020-ci ilin son aylarında bibisi oğlu Cavabdeh 1000 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. Lakin bir müddət sonra borc verilmiş pulu istədikdə cavabdeh bundan imtina etmiş və dəfələrlə mübahisə salmağa çalışmışdır. Hətta 15.05.2021-ci il tarixində borcla bağlı məsələni müzakirə etmək üçün onu yaşadığı mənzilə dəvət etmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir addım atmamış, ona qarşı nalayiq ifadələr işlədilmiş, onu söyüb təhqir etmişdir. Bununla bağlı (borcun qaytarılması və təhqir edilməyi) Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə müraciət edilmiş və şikayəti ilə bağlı araşdırılma aparılmışdır. Cavabdeh də Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə çağırılmış və izahatında ondan 1000 ABŞ dolları miqdarında pulu borc aldığını etiraf etmişdir. Əlavə olaraq guya ona hal-hazırda 1000-1100 manat borcunun qaldığını bildirmişdir. Halbuki, o 1000 ABŞ dolları miqdarında pulu hələ də ödəməyib. Göründüyü kimi, cavabdehin hərəkətlərindən bəlli olur ki, cavabdehin iddiaçıdan aldığı 1000 ABŞ dolları miqdarında pulu ödəmək fikri yoxdur. Çünki, o üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikri olsa idi, ən azından bu qədər uzun müddət ərzində pulun müəyyən hissəsini ödəməyə cəhd edərdi. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehə borc olaraq verilmiş pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalıdır. Bununla əlaqədar olaraq, cavabdehə borc olaraq verilmiş 1000 ABŞ dolları miqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh - Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. 13 avqust 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin iyul ayında işə girmək üçün 1000 (bir min) manat pula ehtiyacı olduğuna görə dayı qızı, İddiaçı ona borca pul verməsi üçün müraciət etmişdir. İddiaçı ona bildirdi ki, borca pul verə bilmir. Aylıq 150 (yüz əlli) manat əsas pulun faizi, sələmi olmaqla 1000 (bir min) manat pulu faizə, sələmə verə bilər. O, işinin düzəlməsi üçün məcburiyyət qarşısında İddiaçı şərtləri ilə razılaşmışdır. İki gün sonra İddiaçı 1000 (bir min) manat pulu evə gətirdi və ona verdi. O, 7 (yeddi) ay müddətində ona hər ay 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 1050 (bir min əlli) manat pul ödəmişdir. 2021-ci ilin mart ayında ailələrində maddi vəziyyəti pisləşdiyi üçün o, İddiaçı pul ödəyə bilməmişdir. 2021-ci ilin may ayında İddiaçı onların evinə gəldi. Onu, atanı, anasını, bacısını nalayiq küçə söyüşləri ilə təhqir elədi. Evinin qapısını qırılacaq dərəcədə vurdu getdi. Daha sonra vatsapp yazıları vasitəsi ilə onu və ailə üzvlərini küçə söyüşləri ilə təhqir elədi. O, bu barədə DİN “102” xidmətinə müraciət eləmişdir.. Araşdırılma aparılması üçün Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə onları dəvət elədilər. O, orada başverənləri izahatında bildirmişdir. İddiaçı yazdığı bu iddia ərizəsi qanunsuz, özbaşına varlanmaq niyyəti ilə faizə və sələmə pul verdiyi üçün məsuliyyətdən yayınmaq məqsədi ilə bir neçə tamahkar şəxslərin təsiri altında tamah məqsədi ilə yazılmış, şər böhtan xarakterli uydurma bir iddia ərizəsidir. İddiaçı, Cavabdeh qarşı yazdığı “Pul tələbinə dair” iddia ərizəsini, 1000 (bir min) manat pul hissəsində qismən qəbul edir. Belə ki, məsuliyyətini dərk edən, vicdanlı vətəndaş olaraq onun ona 1050 (bir min əlli) manat faizləri, sələmləri ödədiyimi hesablayaraq, hazırda 1000 (bir min) manat borcu olduğunu bilir. Hissə-hissə həmin borcu ödəyəcəyini bildirir. İddiaçı faizə (sələmə) aldığı və bu gün ona borclu olduğu 1000 (bir min) manat pulun, onun hazırda heç bir yerdə işləmədiyini, işsiz olduğunu nəzərə alaraq hər ay ondan hissə-hissə (hər ay təqribi olaraq 50-100 manat olmaqla) tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yekun məhkəmə iclasında Cavabdeh həm yazılı, həmçinin də şifahi izahatında iddianı qəbul edərək, iddia ərizəsində qeyd olunan borcun olduğunu etiraf etmişvə onun hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Cavabdeh Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə verdiyi izahatında, 2020-ci il tarixdə Aygün adında dayısının qızından 1000 dollar borc pul götürmüşdür. Həmin pulun bir hissəsini qaytamış, digər hissəsini isə işsiz olduğu üçün qaytara bilməmişdir. 15.05.2021-ci il tarixdə dayısı qızı Aygün borc pulu almaq adı ilə yaşadığı evinə gələrək mübahisə yaratmışdır. Bu istiqamətdə müvafiq tədbirlər görülməsini xahiş etmiş, İddiaçı təxmini 1000-1100 manat borcu qalmışdır. Cavabdeh İddiaçı Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə verdiyi izahatında, 2020-ci ilin sonlarında bibisi oğlu Cavabdeha 1000 ABŞ dolları məbləğində borc pul vermişdir. Lakin buna baxmayaraq həmin şəxs borc pulun heç bir hissəsini ona qaytarmamışdır. 15.05.2021-ci il tarixdə bu məsələlərin müzakirəsi ilə bağlı yaşadığı mənzilə özü və ailəsi dəvət etmişdir. Qanunla aralarında heç bir mübahisə baş verməmişdir. Ona qarşı olan iddialar şər və böhtandır. Onu söyüb təhqir etmişdir. Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etiraza əsasən, o, 2020-ci ilin iyul ayında işə girmək üçün 1000 (bir min) manat pula ehtiyacı olduğuna görə dayı qızı, İddiaçı ona borca pul verməsi üçün müraciət etmişdir. İddiaçı ona bildirdi ki, borca pul verə bilmir. Aylıq 150 (yüz əlli) manat əsas pulun faizi, sələmi olmaqla 1000 (bir min) manat pulu faizə, sələmə verə bilər. O, işinin düzəlməsi üçün məcburiyyət qarşısında İddiaçı şərtləri ilə razılaşmışdır. İki gün sonra İddiaçı 1000 (bir min) manat pulu evə gətirdi və ona verdi. O, 7 (yeddi) ay müddətində ona hər ay 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 1050 (bir min əlli) manat pul ödəmişdir. 2021-ci ilin mart ayında ailələrində maddi vəziyyəti pisləşdiyi üçün o, İddiaçı qızma pul ödəyə bilməmişdir. 2021-ci ilin may ayında İddiaçı onların evinə gəldi. Onu, atanı, anasını, bacısını nalayiq küçə söyüşləri ilə təhqir elədi. Evinin qapısını qırılacaq dərəcədə vurdu getdi. Daha sonra vatsapp yazıları vasitəsi ilə onu və ailə üzvlərini küçə söyüşləri ilə təhqir elədi. O, bu barədə DİN “102” xidmətinə müraciət eləmişdir.. Araşdırılma aparılması üçün Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə onları dəvət elədilər. O, orada başverənləri izahatında bildirmişdir. İddiaçı yazdığı bu iddia ərizəsi qanunsuz, özbaşına varlanmaq niyyəti ilə faizə və sələmə pul verdiyi üçün məsuliyyətdən yayınmaq məqsədi ilə bir neçə tamahkar şəxslərin təsiri altında tamah məqsədi ilə yazılmış, şər böhtan xarakterli uydurma bir iddia ərizəsidir. İddiaçı, Cavabdeh qarşı yazdığı “Pul tələbinə dair” iddia ərizəsini, 1000 (bir min) manat pul hissəsində qismən qəbul edir. Belə ki, məsuliyyətini dərk edən, vicdanlı vətəndaş olaraq onun ona 1050 (bir min əlli) manat faizləri, sələmləri ödədiyimi hesablayaraq, hazırda 1000 (bir min) manat borcu olduğunu bilir. Hissə-hissə həmin borcu ödəyəcəyini bildirir. İddiaçı faizə (sələmə) aldığı və bu gün ona borclu olduğu 1000 (bir min) manat pulun, onun hazırda heç bir yerdə işləmədiyini, işsiz olduğunu nəzərə alaraq hər ay ondan hissə-hissə (hər ay təqribi olaraq 50-100 manat olmaqla) tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 21 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, Cavabdeh həm yazılı, həmçinin də şifahi izahatında iddianın qəbul edilməsini, borcun etiraf edilməsini və borcunun hissə-hissə ödənilməsinə hazır oluduğunui bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmiş və işin mübahisəsiz hallarına çevrilmişdir ki, İddiaçı 2020-ci ilin son aylarında Cavabdeh 1000 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. Lakin bir müddət sonra borc verilmiş pulu istədikdə, cavabdeh bundan imtina etmiş, öhdəliyini yerinə yetirməmiş, verilmiş pulu qaytarmamışdır. Həmin hal cavabdeh öz izahatında, həmçinin də cavabdehin də Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə verilmiş izahatında ondan 1000 ABŞ dolları miqdarında pulu borc aldığını etiraf etməklə təsdiq edir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını, iddiaçının izahatlarını, cavabdehin iddianın etiraf edilməsinə dair izahatını nəzərə alaraq hesab edir ki, Cavabdeh 1000 (bir min) ABŞ dolları məblələğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar olaraq dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar