Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4172/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 1575 (min beş yüz yetmiş beş) manat ödənilməmiş hissə, 203 (iki yüz üç) manat dəbbə pulu. Cəmi 1778 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08780 Samsung galaxy A10 markalı telefon üçün 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə, cəmi 715 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Smart Segway üçün 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 97 (doxsan yeddi) manat dəbbə pulu, cəmi 493 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 112 (yüz on iki) manat dəbbə pulu, cəmi 484 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Smart Segway üçün 444 (dörd yüz qırx dörd) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu, cəmi 544 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********52706 HOFFMANN T110 markalı telefon üçün 60 (almış) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat dəbbə pulu, cəmi 78 manat. ümumilikdə 3719 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3749 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərəkbildirdi ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, Samsung markalı soyuducu, İMEİ kodu **********08780 Samsung galaxy A10 markalı telefon, Smart Scgway, Samsung markalı soyuducu, Smart Segway, İMEİ kodu **********52706 HOFFMANN T110 markalı telefon almış və nəticədə 3719 (üç min yeddi yüz on doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1800 (min səkkiz yiiz) manat (24 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün 1778 (min yeddi yüz yetmiş səkkiz) manat olmaqla ondan, 1575 (min beş yüz yetmiş beş) manat ödənilməmiş hissə, 203 (iki yüz üç) manat dəbbə pulu; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (12 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********08780 Samsung galaxy A10 markalı telefon üçün 342 (üç yüz qırx iki) manat olmaqla ondan, 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan Smart Segway 493 (dörd yüz doxsan üç) manat olmaqla ondan 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 97 (doxsan yeddi) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 (üç yüz yetmiş iki) manat (6 ay x 62 manat -t- 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün 484 (dörd yüz səksən üç) manat olmaqla ondan 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 112 (yüz on iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444 (dörd yüz qırx dörd) manat (12 ay x 37 manat + 0 manat ilkin ödəniş) olan Smart Segway üçün 544 (beş yüz qırx dörd) manat olmaqla ondan 444 (dörd yüz qırx dörd) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 60 (altmış) manat (6 ay x 10 manat + 0 mancıt ilkin ödəniş) olan İMEİ kodu **********52706 HOFFMANN T110 markalı telefon üçün 78 (yetmiş səkkiz) manat olmaqla ondan 60 (almış) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 351 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq həmin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısınıdinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1800 manat olan Samsung markalı soyuducunu ilkin ödənişsiz, hər ay 75 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 360 manat olan Samsung Galaxy A10 markalı telefonu ilkin ödənişsız hər ay 30 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 432 manat olan Smart Segwayı ilkin ödənişsız hər ay 36 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 372 manat olan Samsung markalı soyuducunu ilkin ödənişsız hər ay 62 manat ödəmək şərti ilə 6 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 544 manat olan Smart Segwayı blkin ödənişsız hər ay 37 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 60 manat olan HOFMANN T110 markalı telefonu ilkin ödənişsız hər ay 10 manat ödəmək şərti ilə 6 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 1575 manat ödənilməmiş hissə, 203 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 270 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 396 manat ödənilməmiş hissə, 97manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 372 manat ödənilməmiş hissə, 112 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 444 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə 60 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu olmaqla – cəmi 3719manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 1800 manat olan Samsung markalı soyuducunu ilkin ödənişsiz hər ay75 manat ödəniş edilməsi şərti ilə 24ay müddətinə; xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 360 manat olan Samsung galaxy A10 markalı telefonu ilkin ödənişsiz hər ay 30 manat ödəniş edilməsi şərti ilə 12ay müddətinə; xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 432 manat olan Smart Segwayı ilkin ödənişsiz hər ay36 manat ödəniş edilməsi şərti ilə 12ay müddətinə; xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 372manat olan Samsung markalı soyuducunu ilkin ödənişsiz hər ay 62 manat ödəniş edilməsi şərti ilə 6ay müddətinə; xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 444 manat olan Smart Segwayı ilkin ödənişsiz hər ay37 manat ödəniş edilməsi şərti ilə 12ay müddətinə; xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 60 manat olan HOFMANN T110 markalı telefonu ilkin ödənişsiz hər ay 10 manat ödəniş edilməsi şərti ilə 6ay müddətinə nisyə satılmış olsa da, həmin müqavilələrin şərtləri pozularaq, alıcı tərəfindən əsas məbləğ üzrəcəmi 3719 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən,bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə özöhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli Alğısatqı müqaviləsi üzrə ödənilməmiş 1575 manat, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 270 manat, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 396 manat, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 372 manat, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 444 manat, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cavabdehdən xx.xx.2019-cu il tarixli; xx.xx.2019-cu il tarixli; xx.xx.2019-cu il; xx.xx.2019-cu il; xx.xx.2019-cu il Alğı-satqı müqavilələri üzrəhər biri üçün 20 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2019-cu il tarixli müqaviləsiüzrə 1575 (min beş yüz yetmiş beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsiüzrə 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsiüzrə 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsiüzrə 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsiüzrə 444 (dörd yüz qırx dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə puluolmaqla cəmi 3157 (üç min yüz əlli yeddi) manat məbləğində borc“xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxxxxxxxxx” MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 1575 (min beş yüz yetmiş beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsiüzrə 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsiüzrə 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsiüzrə 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsiüzrə 444 (dörd yüz qırx dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 60 manat ödənilməmiş hissə və 18 manat dəbbə, cəmi 3235 (üç min iki yüz otuz beş) manat alqı-satqı müqavilələri üzrə borcvə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4172/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4172/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver