Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4173/2021 17.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 2012-ci ildən bu günə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərə vəzifə maaşlarına elmi dərəcəsinə və elmi adlara görə ödənilən əlavə məbləğin müəyyən edilməsi haqqında” bütün qərarların onun haqqında pozulmuş bəndlərinin bərpa olunmasını təmin etməklə dəymiş ziyanın ödənilməsi haqqında qərar verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ildən Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında (indiki ADPU-nun Quba filialı) 0.5 ştat dosent işləmiş, 2014-cü ildən isə 1.0 tam ştat üzrə dosent vəzifəsində çalışmışdır. 2010-2012-ci illərdə dosent diplomuna Nazirlər Kabinetinin nəzərdə tutduğu qərara əsasən verilən əlavə ödəniş ştat üzrə əmək haqqının üzərinə hesablanmışdır. 1997-ci ildə ADPU-da “İqtisadi və sosial fənlər” kafedrasının müdiri işləmiş Ə.Q.Allahverdiyev bu filiala direktor təyin olunmuşdur. O zaman və elə indi də Quba filialında yeganə dosent olduğu üçün Təhsil Nazirliyindən ona (iddiaçıya) istinadla (“ADPU-da dünya səviyyəli mütəxəssis vardır”) filialda “Riyaziyyat və informatika müəllimiyi” ixtisası açılmasına 2013-2014-cü tədris ilindən müvəffəq olmuşdur. Bununla da tədrisin bütün çətin yükü tam ştat dosent kimi onun üzərinə düşmüşdür. Buna baxmayaraq, 2012-ci il tarixindən bu günə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərə vəzifə maaşlarına elmi dərəcəsinə və elmi adlara görə ödənilən əlavə məbləğin müəyyən edilməsi haqqında” bütün qərarları onun timsalında yerinə yetirilməmişdir. Bu barədə çox sayda həm şifahi, həm də ADPU rektoru yanında tələbləri olmuşdur. Lakin bu günədək haqqı tapdalanmişdır. Əvəzinə, rəhbərlik onu izləmə ilə, səngiməyən başqarışdırıcı amillərlə incitmişdir. Nəhayət, 2019-cu ildən ADPU-nun Quba filialının direktoru vəzifəsinə f.ü.f.d., dosent Cavabdeh təyin edilmişdir. O da keçmiş direktorun yolunu davam etdirmişdir. Haqqının tapdalandığı barədə o, Cavabdehlə dəfələrlə söhbət etmiş, lakin bu tələblər nəticəsiz qalmışdır. Pandemiya dövründə meydana çıxan çətinliklərlə əlaqədar olaraq onunla söhbəti e-maillə həyata keçirilmişdir. Məhz buna görə bu direktor da yalan vədlər vermiş, hətta demişdir ki: “Dosentlik diplomuna ödəniş olmaz. Kim edibsə, onu cəzalandıracaqlar”. Əslində, direktor bu haqda öz uydurmalarını ona telefonla demişdir. Bütün aldatmalar eyni olduğuna görə həmin söhbətlərdən sonra onun izlənmələri başlanmışdır. Hər ayın 30-na yaxın müxtəlif formalarda başqarışdırma oyunları davam etdirilmiş, sanki maaşının verilməyəcəyi bildirilmişdir. Təsəvvür edilsə ki, 38 il elmi-pedaqoji staja, o cümlədən 27 ilini yalnız xarici dövlətlərin və Respublikanın 13-14 fundamental universitetlərində riyaziyyatın 75 bölməsi üzrə və dörd dildə (Azərbaycan, ingilis, rus, türk) mühazirə demiş bir dosentə bu haqsızlıqlar necə təsir edər? Dünyada yalnız xaricdə olan 60-dan çox simpozium, konqres, konfraslarda təşkilatçı, plenar iclaslarda sədrlik edən, 24 xarici beynəlxalq jurnalın baş redaktoru, redaktoru, müavini, rəyçisi (onlardan 10-u elə ABŞ-da), müxtəlif tətbiq sahələrində elmi məqalələrinə çox sayda sitat gətirilən, ədaləti, tərbiyəsi, biliyi, nümunəvi işlərinə görə seçilən, Azərbaycanın adını uca tutan bir alimin adının Cavabdeh göstərişi ilə ADPU-nun Elmi Şura üzvlüyünə salınmaması elmə, təhsilə sayğısızlıq deyilmi? Qubada 120 manata kiranənişin qalan, hər həftə ailəsinə baş çəkməyə çətinliklə də olsa ona dözən və 0.5 ştat əvəzçiliyindən məhrum edilən, dövlətin elmə, təhsilə qayğı rəmzi kimi dosent əlavə ödənilməsini kəsən direktor və rektorların hansı təhsili quracağı yalan saytlarda özlərinə tərif tutmaqdan başqa şey deyil. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, ADPU-nun Quba filialında əvvəlcə 1/2 ştat, sonra tam ştat üzrə işləmiş, ona görə filialda ayrıca ixtisas açılmışdır. Bütün bu fəaliyyətinə və üstəlik, Nazirlər Kabinetinin müvafiq qərarı olmasına baxmayaraq, ona dosent diplomuna görə əmək haqqı hesablanmamışdır. Bu proses həm filialın əvvəlki direktorunun, həm də 2019-cu ildən hazırkı tarixədək direktoru olan iş üzrə Cavabdeh dövründə davam etdirilmişdir. Hazırda o, 2012-ci ildən bu günə qədər dosent diplomuna görə ona ödənilməli olan, lakin ödənilməmiş pulu cavabdehdən tələb edir. O, cavabdehin başqa cavabdehlə - ADPU-nun Quba filialı ilə əvəz olunmasına razı deyil. Hesab edir ki, cavabdeh həmin filialın direktorudur və ödənilməyən pula görə o məsuliyyət daşıyır. Cavabdeh ona qarşı həmişə qərəzli münasibətdə olmuş, onu iclaslardan kənarda saxlamışdır. Ona görə də hesab edir ki, tələb etdiyi pul məhz Cavabdeh tutulmalıdır. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddia düzgün cavabdehə qarşı qaldırılmamışdır. Belə ki, iddia ərizəsində ADPUnun Quba filialının direktoru Cavabdeh kimi göstərilsə də iddia tələbindən görünür ki, iş üzrə əsl cavabdeh ADPU-nun Quba filialıdır. Elə iddia ərizəsində iddiaçı özü də göstərmişdir ki, cavabdeh həmin filialda 2019-cu ildən etibarən direktordur, buna baxmayaraq o, əvvəlki direktorun dövründə ona ödənilmədiyini iddia etdiyi pulu da cavabdehdən tələb edir. Həmçinin, iddiaçı nəzərə almamışdır ki, filialın heç bir direktoru işəgötürən deyil, çünki əmək müqaviləsi bağlanarkən ADPU-nun Quba filialı və iddiaçı arasında bağlanmışdır. Bu səbəbdən iddiaçının işəgötürənlə olan istənilən əmək mübahisəsi üzrə cavabdeh ADPU-nun Quba filialıdır. Odur ki, məhkəmədən iddianın düzgün cavabdehə qarşı qaldırılmadığını nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. İş üzrə sübutlarla bağlı qeyd edilməlidir ki, iddia ərizəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarının mətnləri, iddiaçının elmi-pedaqoji fəaliyyətini əks etdirən məlumatlar əlavə edilsə də həmin sənədlər iş üçün sübut əhəmiyyəti daşımadığından, bir çoxu lazımi qaydada təsdiq edilməmiş adi kserosurət şəklində olduğundan və Azərbaycan Respublikasının dövlət dilinə tərcümə edilmədən məhkəməyə təqdim edildiyindən məhkəmə hazırkı qətnamədə həmin sənədlərə istinad edə bilmir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2010-cu ilin sentyabr ayından 0.5 ştat, 2014-cu ilin setyabr ayından tam ştat vahidi üzrə dosent işləmiş, 08.07.2021-ci il tarixdən onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında dosent kimi işlədiyi 2012-2021-ci illər ərzində dosent olmasına görə ona əlavə haqq ödənilməli olduğu halda ödənilmədiyinə istinad edərək həmin ödənilməmiş pul məbləğinin hesablanaraq filialın hazırkı direktoru olan Cavabdeh tutulmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdehin ADPU-nun Quba filialı ilə əvəz edilməsinə razı olmadığını bildirmiş, cavabdehin nümayəndəsi (vəkili) isə iddianın buna cavab verməli olan cavabdehə qarşı qaldırılmadığını bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Göründüyü kimi mübahisə İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında işlədiyi 2012-2021-ci illər ərzində ona ödənilmədiyini iddia etdiyi dosent haqqı ödənişi ilə bağlıdır. Bu halda həmin tələbin yönəldiyi əsl cavabdehin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı olduğu aydındır. Çünki, iddiaçının həmin filialda işlədiyi dövrdə əmək haqqı və digər ödənişlərlə bağlı yaranan istənilən mübahisəsinə görə cavabdeh məhz həmin filialdır. Hər hansı şəxs, o cümlədən həmin filialın hazırkı direktoru bu iş üzrə iddiaya cavab verməli olan şəxs deyil. Üstəlik, nəzərə alınsa ki, iddia ərizəsində göstərildiyi kimi cavabdeh həmin filialda direktor vəzifəsinə 2019-cu ildən təyin edilmişdir, bu halda iddiaçı cavabdehdən faktiki olaraq həmin filialda direktor olmadığı dövrə görə də pul tələb etmişdir. Hər bir halda iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh nə bu filialda direktor olduğu dövrdə, nə də əvvəlki dövrdə filialla işçi arasında olan əmək mübahisələrinə görə cavabdeh deyil. İş üzrə cavabdehin əsl cavabdehlə (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı) əvəz edilməsi iddiaçıya təklif edilsə də o, buna qarşı çıxmış, tələb etdiyi pulun məhz Cavabdeh tutulmasını xahiş etmişdir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, işə irəli sürülmüş tələblər üzrə baxan məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaya cavab verməli olan Cavabdeh deyil, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialıdır. Odur ki, iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Məhkəmə hesab edir ki, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) edilməsi mümkün deyil. Belə ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-in 50-ci maddəsi). Məhkəmə, həmçinin, iddiaçıya izah edir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı) qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh hazırkı iddiaya cavab verməli olan şəxs olmadığından iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4173/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4173/2021
17.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver