Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4177/2020 14.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdeh X2 qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh X1 Suraxanı Rayon Məhkəməsinin 2(010)-3944/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, onun xeyrinə uşağın saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilməsinə, cavabdeh X1 xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən iddia ərizəsinin forması və məzmunu ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən ərizə tərtib edilərkən cavabdehin ünvanı tam göstərilməmiş, cavabdehin ünvanı kimi sadəcə olaraq “Bakı şəhəri” qeyd edilmiş, cavabdehin faktiki yaşayış yeri ilə bağlı qeyri-dəqiq məlumat verilmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Bundan başqa, iddia ərizəsinə cavabdehin qeydiyyat yeri barədə DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş arayış da əlavə edilməmişdir ki, bu da cavabdehin qeydiyyat yerinin müəyyən edilməsini mümkünsüz edir. Cavabdehin qeydiyyat yerinin müəyyən edilməsi isə işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmasının müəyyən edilməsi üçün vacibdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən iddia ərizəsinin forması və məzmunu ilə bağlı Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X2 qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva.
Məhkəmə qərarları › İş №2(010)-4177/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4177/2020
14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver