Məhkəmə qərarları › İş №2(010)-4184/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4184/2022

28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4184/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi X* iştirakı ilə, İddiаçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiаçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.4 manat məbləğində vəsaitin alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-75/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.*, *77.2.2, *77.2.3, və *85.2.2-ci maddələri ilə təqsirli bilinərək 0* il *0 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası onlara həvalə edilmiş, 3*.05.2022-ci il tarixdə böyük icra məmuru Ə.Fərzəndov və məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbaq məhkum - hazırkı iş üzrə Cavabdeh təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh barəsində olan hökmün icrası məqsədi ilə idarəyə dəvət olunmuş və müəyyən olunmuşdur ki, məhkum ona təhkim olunmuş bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və bir ədəd qolbağı itirmişdir. Bu barədə məhkumun izahatı alınmış, izahatında o, içkili vəziyyətdə olduğu zaman elektron qolbağı klipslərindən qıraraq açdığını və daha sonra bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və bir ədəd qolbağı itirdiyini bildirmişdir. Həmçinin cavabdehə bildiriş təqdim olunaraq, ona təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.4 manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da bu günə kimi həmin məbləğ müvafiq bank hesabına köçürülməmişdir. Belə olan halda cavabdehin təqsirindən, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnmiş və onlara maddi ziyan dəymişdir. "xxxx" QSC-nin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifələri qoyulmuşdur. Lakin cavabdehə elektron nəzarət vasitəsi təhkim olunduqdan bir neçə gün sonra məlum olmuşdur ki, o, elektron qolbağa müdaxilə etmişdir. Bundan sonra məhkum idarəyə dəvət olunmuş, izahatı alınmışdır. O, izahatında içkili olduğu üçün ona təhkim edilmiş elektron qolbağı klipslərdən qıraraq açdığını və elektron qolbağı, mobil qurğunu, enerji adapterini və mobil qurğunun kavrasını itirdiyini bildirmişdir. Yəni, cavabdeh elektron qolbağı özü çıxardığını və itirdiyini etiraf etmişdir. Bundan sonra ona itirilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.4 manat pulu ödəməsi təklif edilmişdir. Cavabdeh həmin məbləği könüllü ödəmədiyi üçün tərəflərindən məhkəməyə müraciət edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, *(0*0)-75/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *77.2.*, *77.2.2, *77.2.3, *85.2.* və *85.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *85.2.* və *85.2.2-ci maddələri ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *77.2.*, *77.2.2 və *77.2.3-cü maddələri ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilmiş, Cavabdeh məhkəməyədək icraat zamanı *6.06.202*-ci il tarixdən *8.06.202*-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 02.**.202*-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 03 (üç) gün, ümumilikdə isə tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 05 (beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Cavabdeh təyin edilən 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından *0 (on) ay *0 (on) gün çıxılmış və Cavabdeh çəkilməsi üçün qəti olaraq, 0* (bir) il *0 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmiş, Cavabdeh üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasya İdarəsinə həvalə edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi və Cavabdeh məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi hökm edilmişdir.

6. Bakı şəhəri Probasiya İdarəsi tərəfindən 3*.05.2022-ci il tarixdə Cavabdeh barəsində “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə protokol tərtib edilmiş, protokol Cavabdeh və X4 tərəfindən imzalanmışdır.

7. Məhkum Cavabdeh tərəfindən Bakı şəhər Probasiya İdarəsinə verilmiş xx.xx.2022-ci il tarixli izahatın surətindən görünür ki, izahatda deyilir: “Mənim 0*.06.2022-ci il tarixdə 23:00-dan xx.xx.2022-ci il 00:3*-dək, 0*:33-dən 07:00-dək və xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 07:00-dək vaxt məhdudiyyətini pozmağımın səbəbi həmin vaxt içkili olduğum üçün evə getməmişəm. xx.xx.2022-ci il saat 07:45-də elektron qolbağa müdaxilə etməyimin səbəbi həmin vaxt içkili olduğum üçün mənə tətbiq olunmuş elektron qolbağı klipslərindən qıraraq açmışam. Sonra içkili olduğum üçün elektron qolbağı, mobil qurğunu, enerji adapterini və mobil qurğunun kavrasını itirmişəm. Hal-hazırda əməlimdən peşmanam. Xahiş edirəm, üzürlü hesab edin. Bir daha təkrarlamayacağıma söz verirəm”.

8. "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elektrik adapteri, proqram lisenziyası üçün cəmi 2277.40 manat nəzərdə tutulur.

İşin faktiki halları.

9. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, *(0*0)-75/2022 saylı hökmü ilə 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq * il *0 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək kimi vəzifələr qoyulmuşdur. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh elektron qolbaq və ona bağlı elektron nəzarət vasitələri təhkim edilmişdir. Hazırda iddiaçı Bakı şəhər Probasiya İdarəsi məhkum-Cavabdeh ona təhkim edilmiş və üzərinə işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulmuş elektron qolbağı və elektron nəzarət vasitələrini itirdiyini iddia edərək dəymiş zərəri cavabdehdən tələb edir.

Tətbiq edilən hüquq.

*0. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi.

Maddə *5-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri. *5-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. *5-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

**. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *0 aprel 20*8-ci il tarixli, *44 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin” Siyahısı. *. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər: *.*. elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər...

*2. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydaları.

2. Elektron nəzarət vasitələrinin tətbiqinə dair tələblər. 2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur.

*3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 2*. Zərərin əvəzinin ödənilməsi. 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 2*.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə *096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə *097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

*4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə *85. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. *85.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

*5. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.* Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.*.2. iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda – 30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*4. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

*6. Məhkəmə hesab edir ki, məhkum Cavabdeh ona təhkim edilmiş və üzərinə işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulmuş elektron qolbağa müdaxilə edərək onu açmış, sonra elektron qolbağı ona bağlı elektron nəzarət vasitələri ilə birlikdə itirmişdir. *7. Məhkəmə cavabdehi elektron qolbağın itirilməsinə görə təqsirli hesab edərkən o halı nəzərə alır ki, cavabdeh İsmayılov X2 İdarəsinə verdiyi izahatda içkili olduğu üçün ona təhkim olunmuş elektron qolbağı klipslərindən qıraraq açdığını və elektron qolbağı, mobil qurğunu, enerji adapterini və mobil qurğunun kavrasını itirdiyini bildirmişdir. Halbuki, o, həmin qurğu və nəzarət vasitələri ona təhkim edildiyi andan onları işlək vəziyyətdə saxlamağa borclu olmuş, bununla bağlı məsuliyyətin ona izah edildiyini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin, Cavabdeh özü də verdiyi izahatda cihazı itirdiyinə görə məsuliyyətini dərk etdiyini göstərmişdir. *8. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh ona təhkim edilmiş və işlək vəziyyətdə saxlamağa borclu olduğu elektron nəzarət vasitələrini öz təqsirli hərəkətləri ilə itirdiyinə görə iddiaçı həmin qolbaq və elektron nəzarət vasitələrinin dəyərinin dəymiş zərər kimi cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri.

*9. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən iddianın qiymətinə (2277.4 manat) mütənasib olan ödənilməmiş 42.77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.4 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul və ödənilməmiş 42.77 manat (qırx iki manat yetmiş yeddi qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. 2*. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddia təmin edilsin. Cavabdeh 2277.4 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilməmiş 42.77 manat (qırx iki manat yetmiş yeddi qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar