Məhkəmə qərarları › İş №2(010)-4211/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4211/2025

25.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4211/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Lalafo.az saytında ilkin ödəniş 2000 manat olmaqla, avtomobil almaq istəyi ilə bağlı elan yerləşdirlmişdir. xx.xx.2024-cü il tarixdə 051-330.39-78 nömrəli mobil telefondan ona zəng gəlmişdir. Telefonda zəng edən şəxs özünə aid maşın salonunun olduğunu, elanda qeyd etdiyi şərtlərlə uyğun avtomobil verə bildiyini bildirərək, maşın salonunda “Whatsapp”da canlı görüntü açaraq salonda olan avtomobilləri göstərmişdir. Sonra həmin maşın salonundan telefonuna məkan məlumatlarını göndərmişdir. O, həmin şəxsin göndərdiyi məkan məlumatlarına uyğun olaraq ünvana gedən zaman Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən, “X3 №1” maşın salonuna çatmışdır. Həmin maşın salonunun qarşısında onu adının Sahib olduğunu bildirən və özünü avtomobil salonun sahibi kimi təqdim edən şəxs qarşılamışdır. Ona ilk öncə 2021-ci il buraxılışlı, “Elantra” maşını təqdim etmişdir. O, həmin maşını idarə edib baxdıqdan sonra bəyənmədiyini və salonda olan avtomobillərə baxmaq istədiyini bildirmişdir. O, həmin şəxslə birlikdə salonda olan maşınlara 3 saatdan çox olan bir müddətdə baxmış və 2024-cü il buraxılışlı, “Toyota Corolla” markalı avtomobili ilkin ödəniş 2000 manat olmaqla, həmin pulun qalan hissəsini isə 500 manat ödəməklə alınmasına razılaşmışlar. Həmin şəxs şəxsiyyət vəsiqəsinin şəklini telefonla çəkərək bilmədiyi kiməsə göstərmiş, sonra kiməsə zəng edib göndərdiyi şəxsiyyət vəsiqəsinə “Toyota Corolla” markalı avtomobilin sənədləşməsini tapşırmışdır. Sonra ona 2000 manat pulun ödəniş etməsini bildirmişdir. O, üstündə nağd pul olmadığını, pulunun kart hesabında olduğunu bildirmişdir. Həmin şəxs özünün istifadəsində olan “Kapital Bank”a məxsus **********149811 nömrəli kart hesabını ona demiş, o da həmin hesaba 2000 manat pul köçürmüşdür. Sonra həmin şəxs onunla birlikdə ona məxsus “Oka” markalı maşınla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “ASAN xidmət”ə “Toyota Corolla” markalı avtomobilin adına sənədləşdirilməsi üçün getmişlər. Həmin ünvana çatdıqda həmin şəxs maşından düşərək “1 dəqiqə gözlə gəlirəm” deyərək çıxıb getmişdir. Həmin şəxsin gəlmədiyini görərək, təxminən 30 dəqiqə sonra onun mobil telefonuna zəng etmişdir. Həmin şəxs telefonda 4 dəqiqə sonra onun yanında olacağını demişdir. Yenə bir neçə dəqiqədən sonra ona dəfələrlə zəng etsə də, telefonu açan olmamışdır. Sonra o, internetdən “X3 № 1” maşın salonunun telefon nömrəsini tapıb zəng edərək hadisə barədə məlumat verən zaman, onlar “X3 №1” maşın salonunun elə bir işçisinin olmadığını, bir dələduz tərəfindən aldadıldığı bildirilmişdir. O, pulun qaytarılması və həmin şəxsin məsuliyyətə cəlb edilməsi üçün Nizami RPİ-nin 23 saylı PB-nə rəsmi olaraq şikayət ərizəsi ilə müraciət etmiş və hadisə yerində olan kamera izləndikdən sonra həmin şəxsin əvvəllər məhkum olunmuş və xx.xx.2024-cü il tarixdə Binəqədi rayonunda yenidən etdiyi dələduzluq əməlinə görə Binəqədi RPİ tərəfindən axtarışa verilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh olması bildirilmişdir. Beləliklə, cavabdeh ona “X3 №1” maşın salonuna gəldiyi zaman onu salonun sahibi və ya personalı kimi tanıdığını əmin olduqdan sonra, etibarından sui-istifadə edərək “Toyota Corolla” markalı avtomobili ona satmaq adı ilə ilkin ödəniş kimi özünün istifadəsində olan “Kapital Bank”a məxsus kart hesabına köçürdüyü 2000 manat pul vəsaitini mənimsəmiş və ona qarşı 2000 manat olmaqla külli miqdarda dələduzluq etmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

5. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-339/2025 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-1472/2024 nömrəli qərarı ilə Cavabdeh cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasının ləğv edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-214/2023 nömrəli hökmü ilə Cavabdeh təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək Cavabdeh üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmişdir.

7. Məhkəmənin sorğusuna Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-339/2025 nömrəli hökmü qanuni qüvvəsini almışdır. İşin faktiki halları.

8. Cavabdeh İddiaçı qarşı dələduzluq cinayəti törətmiş, nəqliyyat vasitəsinin nisyə alğı-satqı müqaviləsinin bağlanması məqsədi ilə 2000 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)- 339/2025 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, ona 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə cavabdeh-təqsirləndirilən şəxs Cavabdeh iddiaçı-zərərçəkmiş şəxs İddiaçı aldadaraq ondan cəmi 2000 manat məbləğində pul vəsaiti aldığı müəyyən edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır.

9. Hazırda iddiaçı həmin hökmlə cavabdeh tərəfindən ona vurulduğu müəyyən edilən 2000 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb edir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

12. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

13. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, Cavabdeh İddiaçı qarşı dələduzluq cinayəti törədərək, ona 2000 manat məbləğində zərər vurmuşdur. İşin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (§ 11).

14. Belə olan halda məhkəmə yalnız cavabdehin iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyıb-daşımaması, yəni iddiaçının cavabdehdən həmin zərəri mülki qaydada tələb etməkdə haqlı olub-olmaması məsələsinə münasibət bildirir.

15. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 15.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 15.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 15.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 15.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

16. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).

17. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı qarşısında mülki məsuliyyət daşıyır.Odur ki, iddiaçı cavabdehdən qanuni qüvvəyə minmiş hökmlə ona vurduğu müəyyən edilən zərəri – 2000 manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2025-ci il tarixli elektron çıxarışdan görünür ki, İddiaçı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. Belə olan halda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, dövlət rüsumu ödəməkdən azad edilmişdir.

20. Odur ki, ödənilməmiş 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar