Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4231/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02.09.2020-ci il tarixli 303195-1-35148 saylı "Nağd pul krediti müqaviləsi"nə əsasən 01.07. 2021-ci il tarixinə Banka borclu olduğu 2795,18 AZN məbləğində əsas borc, 87,70 AZN məbləğində faiz üzrə borcu, 22,00 AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 2904,88 AZN pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.40 AZN dövlət rüsumunun Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bank VТВ (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh Ağahüseyn oğlu (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 02.09.2020-ci il tarixli 303195-1-35148 saylı "Nağd pul krediti müqaviləsi"nə əsasən Cavabdeh illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka 2795,18 AZN məbləğində əsas borc, 87,70 AZN məbləğində faiz üzrə borcu, 22 AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 2904,88 AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək "Kredit alan" ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02.09.2020-ci il tarixli 303195-1- 35148 saylı "Nağd pul krediti müqaviləsi"nə əsasən 01.07. 2021-ci il tarixinə Banka borclu olduğu 2795,18 AZN məbləğində əsas borc, 87,70 AZN məbləğində faiz üzrə borcu, 22,00 AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 2904,88 AZN pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.40 AZN dövlət rüsumunun Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 20.09.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, hazırda iş yükünün artması səbəbi ilə əlaqədar olaraq, “Bank VTB (Azərbaycan) ASC-nın münasibət bildirilməli olduğu zəruri hallar istisna olmaqla hazırkı mülki işə Bankın məhkəmə iclasında iştirakı olmadan baxıb, iddia tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 02 sentyabr 2020-ci il tarixli 303195-1-35148 saylı nağd pul krediti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 22 faiz olmaqla, 48 ay müddətinə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan 01.07.2021-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02.09.2020-ci il tarixli 303195-1-35148 saylı kredit müqaviləsinə əsasən 01.07.2021-ci il tarixinə 2795,18 (iki min yeddi yüz doxsan beş manat on səkkiz qəpik) manat məbləğində əsas borc, 87,70 (səksən yeddi manat yetmiş qəpik) manat məbləğində faiz üzrə borcu, 22,00 (iyirmi iki) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 2904,88 (iki min doqquz yüz dörd manat səksən səkkiz qəpik) manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 25.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh gecikdirməyə görə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı ASC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, “Bank VТВ (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh Ağahüseyn oğlu (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 02.09.2020-ci il tarixli 303195-1- 35148 saylı "Nağd pul krediti müqaviləsi"nə əsasən Cavabdeh illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka 2795,18 AZN məbləğində əsas borc, 87,70 AZN məbləğində faiz üzrə borcu, 22 AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 2904,88 AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək "Kredit alan" ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 02.09.2020-ci il tarixli 303195-1-35148 saylı "Nağd pul krediti müqaviləsi"nə əsasən 01.07. 2021-ci il tarixinə 2795,18 (iki min yeddi yüz doxsan beş manat on səkkiz qəpik) manat məbləğində əsas kredit borcunun, 87,70 (səksən yeddi manat yetmiş qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 22 (iyirmi iki) manat məbləğində cərimə borcunun, cəmi 2904,88 (iki min doqquz yüz dörd manat səksən səkkiz qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 02.09.2020-ci il tarixli 303195-1-35148 saylı "Nağd pul krediti müqaviləsi"nə əsasən 01.07. 2021-ci il tarixinə 2795,18 (iki min yeddi yüz doxsan beş manat on səkkiz qəpik) manat məbləğində əsas kredit borcunun, 87,70 (səksən yeddi manat yetmiş qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 22 (iyirmi iki) manat məbləğində cərimə borcunun, cəmi 2904,88 (iki min doqquz yüz dörd manat səksən səkkiz qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC -yə ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4231/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4231/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver