Məhkəmə qərarları › İş №2(010)-4241/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4241/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4241/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X5 X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 X1 Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı BOKT MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2019-cu il tarixli, 01168 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh2 1411.21 manat məbləği əsas borc, 77.89 manat məbləği vaxtı keçmiş əsas borc, 3.35 manat hesablanmış adi faizlər üzrə borc, 2.59 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 1495.04 manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin, ümumilikdə 1525.04 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlə İddiaçı BOKT MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 01168 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı BOKT MMC-dən 60 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 1 % olmaqla 1503.41 manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında xx xxx 2019-cu il tarixli, 01168 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.2 və 3.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafıkinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri xx.xx.2020-ci il tarixədək həyata keçirmiş və həmin tarixdən bugünədək müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqailəsinin 2.2.1-ci bəndinə əsasən Borc alanın Borc verən qarşısında Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə — kredit məbləğinin və ya onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə (mülki—hüquqi) sanksiyalarının, eləcə də borcun tutulması üzrə məhkəmə xərclərinin və Borc alanın Borc verən qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Borc verənə dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla - Borc alanla birgə məsuliyyət daşıyır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq (xx.xx.2020-ci il tarixli 761 saylı xəbərdarlıq və xx.xx.2020-ci il tarixli 797 saylı Son xəbərdarlıq) olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, Borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda. Borc alan Borc verənə ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 0.1% dərəcəsi ilə hesablanan penya ödəyir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 01168 saylı Kredit (restruktrizasiya) Müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı BOKT MMC-dən 60 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 1% olmaqla 1503.41 manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında xx xxx 2019-cu il tarixli, 01168 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh2 banka olan borcun 7 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı BOKT MMC-nə xx xxx 2019-cu il tarixli, 01168 saylı kredit borcuna görə 1411,21 manat əsas, 77,89 manat vaxtı keçmiş əsas borc, 3,35 manat hesablanmış adi faizlər üzrə borc, 3,35 manat hesablanmış adi faizlər üzrə borc, 2,59 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla, cəmi 1495,04 manat borcu vardır. xx.xx.2020-ci il tarixli, 38054 №-li mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 01168 saylı Kredit (restruktrizasiya) Müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı BOKT MMC-dən 60 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 1% olmaqla 1503.41 manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında xx xxx 2019-cu il tarixli, 01168 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən xx xxx 2019-cu il tarixli, 01168 saylı kredit borcuna görə 1411,21 manat əsas, 77,89 manat vaxtı keçmiş əsas borc, 3,35 manat hesablanmış adi faizlər üzrə borc, 3,35 manat hesablanmış adi faizlər üzrə borc, 2,59 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla, cəmi 1495,04 manat məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx xxx 2019-cu il tarixli, 01168 saylı kredit borcuna görə 1411,21 manat əsas, 77,89 manat vaxtı keçmiş əsas borc, 3,35 manat hesablanmış adi faizlər üzrə borc, 3,35 manat hesablanmış adi faizlər üzrə borc, 2,59 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla, cəmi 1495,04 manat məbləğində pul tutularaq İddiaçı X5 X1 Cəmiyyətinə ödənilməlidir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx xxx 2019-cu il tarixli, 01168 saylı kredit borcuna görə 1411,21 manat əsas, 77,89 manat vaxtı keçmiş əsas borc, 3,35 manat hesablanmış adi faizlər üzrə borc, 3,35 manat hesablanmış adi faizlər üzrə borc, 2,59 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla, cəmi 1495,04 (bir min dörd yüz doxsan beş manat dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı X5 X1 Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı X5 X1 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar